Icma.az
close
up
RU
Mahmud Ul Həsən Xan: Pakistan heç bir halda öz suverenliyini güzəştə getməyəcək

Mahmud Ul Həsən Xan: Pakistan heç bir halda öz suverenliyini güzəştə getməyəcək

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Hindistan Hərbi Hava Qüvvələri və Hindistanın Silahlı Qüvvələri Kəşmirdəki nəzarət xəttindən atəş açaraq Pakistanın beynəlxalq sərhədlərini pozdu və "Sindoor Əməliyyatı"na başladı. Ötən gün səhər saatlarından etibarən Pakistana raket zərbələri endirib, məscidləri, dini məkanları və dinc insanların evlərini hədəfə alıb. Nəticədə, günahsız insanları, uşaqları, qadınları qətlə yetirməklə bir daha insanlığa qarşı dövlət terroruna əl atıb. Bu, XXI əsrdə terrorizm, ayrı-seçkilik və soyqırımının ən böyük dəstəkçiləri olan Hindistanın hərbiləşdirilmiş ifrat sağçı RSS (Rashtriya Swayamsevak Sangh) təşkilatının və Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Hindistan Xalq Partiyasının (BJP) əsl simasını göstərir. Bu nifrət dolu ideologiya daşıyıcıları region üçün əsas təhlükə, qeyri-sabitlik mənbəyinə çevrilib və beynəlxalq ictimaiyyət qarşısında Hindistanın müharibə ritorikasını cilovlamaq məsuliyyətini ortaya qoyur".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Hindistanın Pakistana qarşı hücumlarını şərh edən İslamabad Cənubi Asiya və Beynəlxalq Tədqiqatlar Mərkəzinin İcraçı Direktoru, Pakistan-Çin İnformasiya Dəhlizi QHT rəhbəri, Azərbaycan və MDB, Çin və BRİKS ölkələri üzrə mütəxəssis Mahmud Ul Həsən Xan bildirib.

O, Hindistanın beynəlxalq hüquqa məhəl qoymadığını vurğulayıb:

"Pakistan bu hücumlara ağır artilleriya və raket zərbələri ilə cavab verib, üç "Rafale" döyüş təyyarəsi də daxil olmaqla beş Hindistan döyüş təyyarəsi vurulub. Qarşı tərəf bu hücumun aprel ayında Kəşmirin Pahalgam bölgəsində baş verən və əksəriyyəti Hindistan vətəndaşı olan 26 nəfərin ölümünə səbəb olan terror aktına cavab olduğunu iddia edir. Ancaq bu iddiaların əsası yoxdur. Çünki Hindistanın əlində heç bir konkret sübut yoxdur və Pakistana qarşı bu ittiham, əslində, müharibə təhrikçiliyinə əsaslanan qəsdən hazırlanmış bir planın tərkib hissəsidir.

Son qarşıdurmalarda Hindistanın hava üstünlüyü yerlə bir edildi. Pakistan Hərbi Hava Qüvvələri öz üstünlüyünü, müxtəlif sahələr üzrə ixtisaslaşdığını, müstəsna hava imkanlarını və döyüş hazırlığını həm taktiki, həm də strateji baxımdan aydın şəkildə nümayiş etdirdi".

Mahmud Ul Həsən Xan vurğulayıb ki, Hindistanın mülki ərazilərə və əhaliyə qarşı hüquqa sığmayan təcavüzü BMT Nizamnaməsinin 151-ci maddəsinin açıq şəkildə pozulmasıdır və bu, Pakistanla Hindistan arasında gərginliyi daha da artırır. Müsahib söyləyib ki, Hindistanın "Nilum-Celum" su elektrik stansiyasına qarşı hücum cəhdi ciddi bir dövlət terroru aktıdır və Pakistanın su ehtiyatlarına qarşı təhdidləri əhəmiyyətli dərəcədə artırıb.

Ekspert bildirib ki, nüvə silahlarından istifadə ehtimalı da nəzərə alınmalıdır:

"Hindistanın sağlam düşüncədən məhrum siyasətçiləri və hərbi rəhbərliyi bölgədə sülh və sabitliyi pozur. Hindistan, Pakistanı tammiqyaslı müharibəyə və nüvə seçiminə yönəltməyə çalışır. Pakistanın bəzi şəhərlərinə edilən PUA və raket hücumları Pakistan Silahlı Qüvvələrini və xalqını qəzəbləndirib. Öz xalqını qoruyan hər bir ləyaqətli dövlət kimi, Pakistan da lazım olanı edir.

2016 və 2019-cu illərdəki əvvəlki hərbi böhranlardan fərqli olaraq, bu dəfə daha böyük bir eskalasiya riski olduqca real görünür. Yenidən vurğulamaq istəyirəm ki, Hindistan və Pakistan nüvə silahına malik ölkələr olduğundan, bu, qətiyyən kiçildilməməli və ciddi yanaşılmalı bir vəziyyətdir. Hindistanın hərbi avantürizmi, Pakistanı öz maraqlarını qorumaq üçün bütün tədbirləri görməyə məcbur edib. Pakistan müharibəyə başlamayıb və ilk hücumu edən tərəf də olmayıb - bu açıq-aşkardır. Pakistan Silahlı Qüvvələri cavab hücumlarında heç bir mülki və ya dini obyekti hədəfə almayıb və bununla da bəşəriyyətə və xalqa olan hörmətini, dinlərarası harmoniyaya və tolerantlığa inamını nümayiş etdirib".

Siyasi şərhçi Azərbaycan, Türkiyə və Çinin Pakistanla həmrəyliyinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib:

Azərbaycan, Türkiyə və Çinin Pakistanla böyük həmrəylik göstərməsi və Hindistanın açıq təcavüzünü qətiyyətlə pisləməsi tarixi əhəmiyyət daşıyan hadisədir. Çətin bir dövrdən keçiririk. Azərbaycanlı və türkiyəli qardaşlarımızın gözü və qulağı bu gün Pakistandadır, biz bunu bilirik. İkinci Qarabağ müharibəsində Azərbaycanda olduğu kimi, bu gün də tarixə düşəcək bu siyasi və mənəvi dəstək və həmrəylik bizə güc verir. Dövlətimiz BƏƏ və Səudiyyə Ərəbistanı kimi ölkələrlə daim əlaqədədir və BMT səviyyəsində fəal diplomatiya aparır.

Mahmud Ul Həsən Xan Pakistanın heç vaxt öz ərazi bütövlüyündən və suverenliyindən imtina etməyəcəyini və Hindistanın təcavüzü davam etdiyi müddətcə lazımi cavabın veriləcəyini vurğulayıb.

"Baş nazir Şahbaz Şərif son çıxışında dövlətimizin gücünü və qətiyyətini nümayiş etdirdi və Hindistana lazım olan mesajı verdi. Pakistan müharibə tərəfdarı deyil və verilən cavabın məhz qarşılıq xarakterli olması bunun sübutudur. Amma xalqımız, dövlətimiz və ordumuz Hindistanın təcavüzü davam edərsə, ən sərt cavab addımını atmaqdan çəkinməyəcək. Pakistan öz suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini bütün gücü ilə müdafiə edəcək.

Düşünürəm ki, Çin, ABŞ, Rusiya və digər böyük dövlətlər, eləcə də BMT, yaxınlaşmaqda olan müharibənin qarşısını almaq üçün Hindistana təzyiq göstərməkdə artıq gecikməməlidirlər".

Söhrab İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 May 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see167

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see163

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see149

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see127

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see119

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri