Icma.az
close
up
RU
Pistorius Almaniyanı müharibəyə hazır vəziyyətə gətirmək istəyir, amma problemlər var WP

Pistorius Almaniyanı müharibəyə hazır vəziyyətə gətirmək istəyir, amma problemlər var WP

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Almaniya müdafiə naziri Boris Pistorius "ölkə müharibəyə hazır olmalıdır” ("kriegstüchtig”) ifadəsinə görə partiyasının sol qanadının sərt tənqidinə məruz qalıb. Bununla belə, demək olar ki, üç ildir bu vəzifədə olmasına baxmayaraq, o, hələ də Almaniyanın ən populyar siyasətçisi olaraq qalır.

Qaynarinfo xəbər verir ki, "The Washington Post" qəzetinin yazdığına görə, bu sərt xasiyyətli müdafiə nazirinin davamlı populyarlığı Almaniyanın və ümumilikdə Avropa İttifaqının üzləşdiyi daxili ziddiyyətləri ən aydın şəkildə göstərir. II Dünya müharibəsindən sonra özünü "sülh layihəsi” kimi tanıdan bu qitə indi artan Rusiya təhlükəsi fonunda silahlanmaq və özünü müdafiə etmək zərurəti ilə üz-üzədir. Jurnalistlərin fikrincə, bu, Almaniyanın öhdəsindən çətinliklə gələ bildiyi bir vəzifədir.

Qəzet qeyd edir ki, Rusiyanın aqressiyası və ABŞ prezidenti Donald Trampın Avropanın öz təhlükəsizliyinə görə daha çox məsuliyyət daşımalı olduğu tələbi ictimai rəyin dəyişməsinə səbəb olub. Lakin Almaniyada yaranmış kövrək vəziyyət – kiçik, zəif və yetərincə hazırlıqsız ordu – Pistoriusun əsaslı dəyişikliklər aparmaq üçün siyasi iradə və geniş ictimai dəstək toplamaq imkanlarını sual altına alır.

Sosial-demokrat partiyasının sabiq lideri Ziqmar Qabriel bu barədə belə deyib:

"Almanlar İsveçrə kimi olmaq istəyirlər – iqtisadi cəhətdən güclü, lakin mümkün qədər siyasi neytral. Biz hələ də müharibə haqqında ciddi düşünməyə hazır deyilik".

Qabrielin fikrincə, Pistoriusun remilitarizasiya təşəbbüsü "Almaniyanı Avropada və dünyada öz yerini dəqiq müəyyən etməyə məcbur edəcək”.

Məcburi hərbi xidmətin bərpası ilə bağlı kəskin debat Pistoriusun qarşısında duran çətinlikləri açıq şəkildə göstərir. Medianın yazdığına görə, hazırda Almaniya ordusunda 260 minlik hədəfə çatmaq üçün 80 min hərbçi çatışmır, üstəlik minlərlə ehtiyat hərbçi də lazım olacaq.

Bu vəziyyətdə Pistorius partiyasının hərbi çağırışa qarşı mövqeyi ilə real vəziyyət arasında balans tapmağa çalışır, çünki yalnız könüllü xidmət əsasında orduyu tamamlamaq mümkün görünmür.

Nazir könüllülük prinsipi əsasında yeni xidmət modelini təqdim etsə də, kansler Fridrix Mersin rəhbərlik etdiyi sağ-mərkəzçi Xristian Demokrat İttifaqı (XDU) bu təklifi bloklayıb.

Ötən ay hökumət koalisiyası hərbi çağırışın lotereya yolu ilə aparılmasını nəzərdə tutan yenilənmiş plan təqdim edib, lakin bu dəfə məhz Pistorius həmin ideyaya qarşı çıxıb.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Noyabr 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see294

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see294

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see290

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see271

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see269

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see263

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see262

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see241

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see226

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see214

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see213

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see213

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see211

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see209

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see207

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see201

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see197

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see189

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see182

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri