Icma.az
close
up
RU
Mahmudun ömrü əbədi oldu

Mahmudun ömrü əbədi oldu

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəhid Mahmud Mayıllının 24 yaşının tamamı münasibətilə
2002-ci ildə dağlar diyarı Yardımlı rayonunun Avşar kəndində dünyaya göz açan Mahmud Əflatun oğlu Mayıllının Vətən sevgisi Uca Tanrıdan gəlirdi. Elə İkinci Qarabağ müharibəsində 18 yaşında şəhidlik zirvəsinə onu ucaldan bu ilahi sevgi oldu. Həm də Mahmud çiçək ömrünü Vətəninə qurban verməklə dünya boyda ölümsüzlük qazandı. Bundan sonra illər keçəcək, qərinələr ötəcək bu Vətən sevdalısı milyonların qəlbində yaşamaqla, şərəfli həyat yolu gələn nəsillərə də örnək olacaqdır. Axı, Vətən, torpaq yolunda canını qurban verənlər göyün üzündə Günəşə dönüb ölümsüz ömür qazanırlar. Yardımlının mərd oğlu Mahmudda belə. Bu igidin ədədi həyat yoluna dövlət tərəfindən müharibə meydanında göstərdiyi şücaəti nəzərə alınaraq “Vətən uğrunda”, Füzulinin, Xocavəndin azadlığına görə medalları da əlavə olundu...
Mahmud 2020-ci ili iyul ayında həqiqi hərbi xidmətə gedir. Torpağına-daşına ürəkdən vurulmaqla adına can dediyi doğma Azərbaycanın hər qarışını özünə müqəddəs bilir, onu canından üstün tutmaqla göz-bəbəyi kimi qoruyur. Təlimlərə isə 30 il əzəli, əbədi yurd yerimiz olan Qarabağ torpaqları əsarətdə saxlayan yağı düşmənə məqamı gələndə qan qusdurmaq amalı ilə qoşulur. Nəhayət ki, sentyabrın 27-də arzusu həyata keçir. Ermənistan hərbi birləşmələri cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərini, yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmasına cavab olaraq Ordumuz Ali Baş Komandanın əmri əsasında əks-hücuma keçir. Vətən müharibəsi başlanır. Əsgər Mahmud da torpağı Vətən edən qəhrəman oğullar cərgəsində odun-alovun içinə atılır. Və ən qaynar nöqtələrdə qələbəyə böyük ümid bəsləməklə əzmlə döyüşür, erməni dığalarına sarsıdıcı zərbələr endirir. Döyüşdən-döyüşə min əzablı, ölümlü yollar keçsə də Vətənə olan sevgisi bir an belə azalmır. Qəhrəman əsgər Mahmud Füzuli, Füzuli-Xocavənd istiqamətində gedən müharibə də göstərdiyi hünərlə əsl tarix yazır. Burada məhv etdiyi dığaların sayı bilinmir. Vuruşa-vuruşa son dəfə “Vətən” deyib canını ona qurban verir. ..
Bəli, Mahmud Mayıllı çox qısa, amma şərəfli bir ömür yaşadı. Odur ki, indi harada bir Günəş müqəddəsliyi var, onun sorağı oradan gələr. Heç bir zaman qəhrəmanlıq simvoluna dönən adı xalqın dilindən düşməz.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 İyul 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri