Mahnının sözlərini bilməyən müğənnini söydü, tutuldu Astarada ŞOK OLAY
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Astarada müğənnini söyən kişi saxlanılıb.
Lent.az-ın xəbərinə görə, hadisə rayon ərazisində fəaliyyət göstərən “7 Gözəl” şadlıq evində baş verib.
32 yaşlı Vüsal Xudaverdiyevin (şərti adla) sözlərinə görə, oğlunun kiçik toy məclisində müğənniyə mahnı sifariş verib. Lakin müğənni həmin mahnının sözlərini bilmədiyini deyib. Buna görə də o, əsəbiləşərək xanım müğənnini təhqir edib.
Müğənni də faktla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında V. Xudaverdiyev polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində müvafiq protokol tərtib olunub.
V. Xudaverdiyev ifadəsində zərərçəkəndən üzr istədiyini və əməlindən peşman olduğunu bildirib.
Məhkəmə onun barəsində 50 manat məbləğində inzibati cərimə cəzası təyin edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 26 Sentyabr 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















