Icma.az
close
up
RU
Makaron və ağ çörək beyin üçün TƏHLÜKƏLİDİR

Makaron və ağ çörək beyin üçün TƏHLÜKƏLİDİR

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Britaniyalı alimlərin apardığı son araşdırma narahatlıq doğuran nəticə ilə yadda qalıb: makaron, ağ çörək və digər qlüten tərkibli məhsullardan tez-tez istifadə bəzilərində beyinə ciddi zərər vura bilər.

News24.az Bizim.Media-a istinadən xəbər verir ki, bu qidalar qlüten ataksiyası adlı nevroloji pozğunluğu tətikləyə bilər.

Qlüten ataksiyası nədir?

Qlüten ataksiyası – autoimmün xəstəlikdir, yəni immun sistemi səhvən beynin müəyyən bölgələrinə, xüsusilə hərəkət və tarazlığa cavabdeh olan beyincik toxumalarına hücum edir. Bu vəziyyət qlütenə həssaslıq və ya gizli çölyaki (seliakiya) olan insanlarda inkişaf edə bilər.

Onun əlamətləri isə - Yüngül başgicəllənmə, gediş zamanı qeyri-sabitlik, koordinasiya pozğunluğu, yöndəmsizlik, nitqdə çətinlik, irəliləyən hallarda – hərəkətə nəzarətin itməsi, nitq pozuntusu, hətta qismən iflicdir.

Qlüten təkcə buğda, çovdar və arpa deyil, gözlənilməyən qidalarda da ola bilər:

Sous və qatılaşdırıcılar (çünki tərkibində buğda unu var)

Pivə (arpa maltı əsasında)

Səhər yeməkləri (quru dənli məhsullar, müslilər)

Kolbasa, paştet, hazır yarımfabrikatlar

Şirniyyat məhsulları

Qlütenə həssaslığı olanlar məhsul tərkiblərini diqqətlə oxumalı və daha çox təbii və az emal olunmuş qidaları seçməlidirlər. Onun qarşısını almaq və müalicə etmək mümkündür. Qlüten ataksiyası erkən mərhələdə tamamilə dayandırıla bilər. Bunun üçün qlüteni rasiondan çıxarmaq kifayətdir. Qlütensiz qidalanma yalnız çölyaki deyil, bir çox autoimmün və sinir sistemi xəstəliklərində də effektiv nəticə verir.

Bu yanaşma koordinasiyanı yaxşılaşdırır, beyin fəaliyyətini aydınlaşdırır, ümumi vəziyyəti sabitləşdirir.

Beyni qorumağın əlavə yolları

İlkin olaraq, bağırsaq mikroflorasını gücləndirin. Probiotiklər və lif iltihabı azaldır. Ultraemal olunmuş qidalardan uzaq durun, onların tərkibində gizli qlüten və zərərli əlavələr var. B qrup vitaminləri (xüsusilə B6 və B12), həmçinin maqnezium qəbul edin. Bunlar sinir sistemini dəstəkləyir

Makaron və ağ çörək kimi qidalar gündəlik həyatımızın bir parçasıdır, lakin bəziləri üçün bu məhsullar beyin sağlamlığı baxımından risklidir. Əgər qlütenə qarşı həssaslığınız varsa və ya səbəbsiz koordinasiya pozuntuları, başgicəllənmə yaşayırsa, qlütensiz qidalanma sizin üçün açar ola bilər. (lent.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 İyul 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri