Icma.az
close
up
RU
​“MAKLER EVLƏRİ” İLƏ BAĞLI HANSI RİSKLƏR VAR? Ekspertdən XƏBƏRDARLIQ

​“MAKLER EVLƏRİ” İLƏ BAĞLI HANSI RİSKLƏR VAR? Ekspertdən XƏBƏRDARLIQ

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər Bakı və Abşeron ərazisində “makler evi” kimi tanınan fərdi yaşayış evlərinin tikintisi geniş yayılıb. Tələbatın artması ilə bu evlərin ölçüsü və mərtəbəliliyi də dəyişib, lakin tikinti keyfiyyəti ilə bağlı suallar qalmaqdadır. Xüsusilə bəzi evlərdə istifadə olunan materialların keyfiyyəti, konstruksiyanın davamlılığı və tikinti standartlarına uyğunluq alıcıları düşündürür.

Bəs “makler evləri”nin tikinti keyfiyyəti və təhlükəsizliyi ilə bağlı hansı tələblər mövcuddur? “Makler evləri”nin keyfiyyətsiz tikildiyini hansı əlamətlərdən müəyyən etmək olar və alıcı ev almamışdan əvvəl nələrə diqqət etməlidir? Bu evlərin tikintisində qanunvericilik və tikinti normalarına nə dərəcədə əməl olunur, nəzarət mexanizmləri kifayət qədərdirmi?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, 2020-ci ildən sonra ölkədə daşınmaz əmlakın qiymətində kəskin artım müşahidə olunur.

Onun sözlərinə görə, qiymətlərin yüksəlməsi fonunda qanunsuz tikililərin dövriyyəsi və alqı-satqısı da artıb: “Daşınmaz əmlakın əlçatanlığının azalmasından müxtəlif işbazlar istifadə etməyə başlayıblar. Onlar daha çox qanunsuz tikililərin inşasına yönəlib, nəticədə xüsusilə büdcəsi məhdud olan vətəndaşlar bu cür evlərin alıcısına çevriliblər. Bahalaşma fonunda müxtəlif qanunsuz evlərin həm dövriyyəsi, həm də alqı-satqısı artıb. Daşınmaz əmlakın əlçatanlığı azaldığı üçün müxtəlif işbazlar bundan istifadə etməyə başlayıblar və qanunsuz tikililərin inşasına daha çox yol verilib. Təəssüf ki, nəticədə, xüsusilə regionlardan olan və büdcəsi məhdud vətəndaşların bir qismi belə evlərin alıcısına çevrilib”.

E.Azadov qeyd edib ki, 2023-cü ilin oktyabrında qanunsuz tikililərə kommunikasiya xətlərinin çəkilməsi ilə bağlı müvafiq normativ tələblər sərtləşdirilib: “Bu dəyişiklik müəyyən qədər işbazların fəaliyyətinin qarşısını alsa da, ölkədə əvvəldən mövcud olan çoxsaylı qanunsuz tikililər problemini tam aradan qaldırmayıb. Ölkədə qanunsuz tikililərin dəqiq sayı məlum deyil. Təxmini hesablamalara əsasən, belə tikililərin sayı 700-800 min arasında ola bilər və onların təxminən 500 mini Bakı və Abşeron ərazisində formalaşıb”.

Ekspert istehlakçıları qanunsuz tikililərlə bağlı risklər barədə də xəbərdar edib. Bildirib ki, bu cür evlərin əhəmiyyətli hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda, eləcə də tikintiyə məhdudiyyət qoyulan mühafizə zolaqlarında inşa edilir: “Bəzi evlər kommunikasiya xətlərinin altında və ya yaxınlığında, dəmir yolu xəttinə 60 metrdən yaxın ərazilərdə, su hövzələrinin mühafizə zolaqlarında və digər tikinti məhdudiyyətlərinin tətbiq olunduğu sahələrdə inşa edilir. Belə ərazilərdə tikinti aparılmasına qanunvericiliklə yol verilmir. İstehlakçılar bu riskləri nəzərə almalıdırlar”.

Ekspert qanunsuz tikililərlə bağlı digər mühüm problemin onların sənədləşdirilməsi olduğunu vurğulayıb: “Belə evləri alan şəxslər gələcəkdə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və qeydiyyat məsələsində problemlərlə üzləşə bilərlər”.

E.Azadov sonda bu tip evlərin tikinti keyfiyyəti ilə bağlı risklərə diqqət çəkib: “Bəzi tikililər tikinti norma və standartlarına əməl edilmədən inşa olunur. Hətta müəyyən hallarda evlərin bünövrəsiz və ya bir daşla tikildiyi, nəticədə nəmişlik və su sızması kimi problemlərin yarandığı qeyd edilir. Belə evlərin alınması zamanı istehlakçı həm maliyyə vəsaitini itirmək, həm də mülkiyyət hüquqlarını rəsmiləşdirə bilməmək riski ilə üzləşir. Bundan başqa, bəzi hallarda həmin evlərdə qeydiyyata düşmək də mümkün olmur”.

Oğuz Ayvaz 

“AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Sentyabr 2026 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri