Icma.az
close
up
RU
“Makler evləri” ilə bağlı VACİB XƏBƏR

“Makler evləri” ilə bağlı VACİB XƏBƏR

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illər Bakı və Abşeronun əksər qəsəbələrində “makler evi” kimi tanınan fərdi yaşayış evlərinin tikintisi sürətlə genişlənir. Əvvəllər daha çox kiçik torpaq sahələrində inşa edilən yığcam evlərə üstünlük verilirdisə, artıq sifarişdən asılı olaraq iki və ya daha çox mərtəbəli, geniş həyətyanı sahəyə malik tikililər də daxil edilir. Lakin tələbatın artmasına baxmayaraq, bir çox alıcı bu cür evlərin keyfiyyət və davamlılıq baxımından ənənəvi üsulla tikilənlərdən xeyli geridə qalmasından narazılıq edir.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, “makler evləri”ndə tikintinin keyfiyyəti onu həyata keçirən və satan şəxsin, bir növ, öz seçiminə bağlı olan məsələdir:

“Makler evləri” dediyimiz daşınmaz əmlaklar ayrı-ayrı şəxslər tərəfindən bu sahədə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi formasıdır. Eyni adam, tutaq ki, Bakının ucqar ərazilərindən birində, şəhərdənkənar ərazilərdə 20 sot torpaq sahəsi alır. Həmin 20 sot torpaq sahəsində 200 kvadratmetrlik bölgü aparmaqla, yəni 2 sotdan bölməklə, burada 10 dənə ev tikir. Marqarita pizza

Bu da, təbii ki, ümumi olaraq el arasında "makler evi" kimi qiymətləndirilir. Burada tikintinin keyfiyyəti onu həyata keçirən və satan şəxsin, bir növ, öz seçiminə bağlı olan məsələdir. Mən bu sahədə fəaliyyət göstərən elə adamlar tanıyıram ki, kifayət qədər keyfiyyətli iş görürlər. Onlar heç bir halda sənədsiz torpaq qətiyyən almırlar, yalnız sənədli torpaqlar alırlar. Çünki evi tikib bitirəndən sonra daha çox kiçikölçülü, aşağıölçülü evlərə üstünlük verirlər ki, onu daha asan sata bilsinlər, hətta ipoteka üçün yararlı olsun”. 

Ekspert əlavə edib ki, alıcılar aşağıdakı nüanslara diqqət etməlidir:

“Amma elə şəxslər də var ki, heç bir biznes planlaması aparmadan "harada gəldi, necə gəldi" prinsipi ilə fəaliyyət göstərirlər və sonrakı mərhələdə onların o evləri satmasında da problemlər yaranır. Bəli, belə hallar var ki, məsələn, evin çöl divarları qoşa daşdan olmalıdır, amma bir daşdan — bir mişar daşından ibarət inşa edilirlər. İzolyasiya işləri düzgün qaydada görülmür, evin özülü standartlara uyğun deyil, istifadə olunan tikinti materialları keyfiyyət göstəricilərinə görə çox aşağı standartlara malikdir, istifadə olunan materiallarda müəyyən komponentlər çatışmır və s. və ilaxır. Belə hallar kifayət qədərdir və bu, sonrakı mərhələdə evi alan şəxs ilə evi satan şəxs arasında bəzən mübahisələrə qədər gətirib çıxara bilir.

Amma bir daha qeyd edirəm, vətəndaşlara tövsiyəmiz odur ki, ucuz variantlara üstünlük verməkdənsə, daha çox keyfiyyətə diqqət etsinlər. Çünki birinci növbədə evin sənədi olmalıdır. Sənəd yoxdursa, o evə yaxın getməyin, o evi almayın. Sənədi olan evin, təbii ki, keyfiyyət göstəricilərinə diqqət olunmalıdır; ən azından orada istifadə olunan tikinti materiallarına baxılmalıdır və s. Amma aydın məsələdir ki, bu gün ev almaq istəyində olan şəxslərin maddi imkanları bəzən bu tələblərə cavab vermir və nəticə də göz qabağındadır”.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 Sentyabr 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri