Makqreqor İrlandiya prezidentliyinə namizədliyini verəcəyini açıqlayıb
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Məşhur MMA döyüşçüsü, UFC-də keçmiş dünya çempionu Konor Makqreqor İrlandiyada prezidentlik kampaniyasına başladığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, Makqreqor bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
O, tərəfdarlarını namizədliyini dəstəkləmək üçün yerli dairə məsləhətçiləri ilə əlaqə saxlamağa çağırıb. Makqreqor prezident seçilərsə, İrlandiya sərhədlərinin təhlükəsizliyini təmin edəcəyini, Aİ-nin miqrasiya paktından çıxacağını və "idxal edilmiş cinayətkarlar" adlandırdığı şəxslərin deportasiya ediləcəyini vəd edib.
Bundan əlavə, o, 1922-ci il konstitusiyasının qanunların ümumxalq səsverməsi ilə qəbul edilməsinə və veto qoyulmasına imkan verən müddəalarını bərpa etmək niyyətindədir.
Xatırladaq ki, İrlandiyada prezident seçkisi oktyabrın 24-nə təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 05 Sentyabr 2025 03:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















