Makron: 26 ölkə Ukraynaya qoşun göndərmək öhdəliyi götürüb
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"İstəklilər koalisiyası"nda iştirak edən təqribən 26 ölkə Ukrayna ərazisinə hərbi kontingent göndərməyə hazır olduğunu bildirib".
Oxu.Az "İzvestiya" nəşrinə istinadla xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron koalisiyanın Parisdə keçirilən iclasının yekunlarına dair mətbuat konfransında deyib.
"Həqiqətən də hazırda 26 ölkə var ki, onlar rəsmən öhdəlik götürüblər. Bir neçə başqa ölkə hələ öz mövqelərini yumşaldır, lakin 26 ölkə Ukraynada qoşun yerləşdirmək öhdəliyi götürüb", - deyə o qeyd edib.
Qeyd olunur ki, bu tədbirlər Ukrayna tərəfi üçün təhlükəsizlik zəmanətləri kimi nəzərdə tutulub. Fransa prezidentinin sözlərinə görə, sülhməramlı qüvvələr "quru, dəniz və hava" əməliyyatlarında iştirak edəcəklər.
Fransa lideri vurğulayıb ki, koalisiya tezliklə bu təşəbbüsdə iştirak etmək üçün ABŞ-nin töhfəsi barədə razılığa gəlməyə ümid edir.
Makron əlavə edib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlardan imtina edərsə, tərəflər cavab olaraq əlavə sanksiyalar tətbiq edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 04 Sentyabr 2025 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















