Icma.az
close
up
RU
Makron: Fələstin dövlətini tanımaq...

Makron: Fələstin dövlətini tanımaq...

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Fransa Prezidenti Emmanuel Makron Sinqapura səfəri zamanı dünya gündəminə dair mühüm açıqlamalar verib. 

"Cebheinfo.az" xəbər verir ki, o, bəzi şərtlərlə Fələstin dövlətinin tanınmasının “təkcə mənəvi məsuliyyət yox, həm də siyasi bir zərurət olduğunu” vurğulayıb.

ABŞ-nin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında atəşkəsin və girov mübadiləsinin təmin olunmasına dair cəhdlər davam etdiyi bir vaxtda Makron, İsrailin Qəzzaya qarşı hücumlarına da toxunub. O, İsrailin Qəzzadakı humanitar vəziyyətə adekvat şəkildə reaksiya vermədiyi təqdirdə Avropa ölkələrinin İsrailə qarşı "birgə yanaşmalarını sərtləşdirməli olduqlarını" deyib. 

Makron həmçinin Rusiya-Ukrayna müharibəsinə toxunaraq ABŞ-də Tramp administrasiyasının “Ukraynada atəşkəslə bağlı addım atmayan Rusiya qarşısında hansı cavabı verəcəyinin ABŞ-nin inandırıcılığı üçün bir sınaq olduğunu” söyləyib.

O, Avropa ölkələrinin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduqlarını bildirib.Fransa Prezidenti, ABŞ Prezidenti Tramp və onun komandasının da bu məsələdə eyni mövqeni nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

Makron 28 may tarixində İndoneziyaya səfəri zamanı da İsrailin Qəzzaya hücumları ilə bağlı fikirlər səsləndirmişdi.O, “7 oktyabr 2023-cü il hadisələrini qınadıqlarını və İsrailin özünü müdafiə etmək hüququnu tanıdıqlarını” qeyd edərək, həmin tarixdən etibarən atəşkəsin əldə olunması üçün çağırış etdiklərini və sülhün bərqərar olunması, humanitar yardımın çatdırılması üçün çalışdıqlarını bildirmişdi.

Makron çıxışında, "Buna görə də biz iki dövlətli həllə və qarşılıqlı tanınmaya aparan bir prosesin yenidən canlandırılması üçün təşəbbüslər göstəririk.Cənab Prezident (Subianto), siz də eyni mövqeni müdafiə etdiniz, yəni bu gün yalnız siyasi bir mövqenin sülhü bərpa edə və onu uzunmüddətli olaraq qurmağa imkan verəcəyini ifadə etdiniz... Fələstin dövlətinin tanınması ilə yanaşı, İsrail dövlətinin və onun regionda sülh və təhlükəsizlik içində yaşamaq hüququnun tanınması istiqamətində yeni bir dinamika yaratmaq məqsədilə yaxın günlərdə Səudiyyə Ərəbistanı ilə birlikdə Nyu-Yorkda Qəzza ilə bağlı bir konfrans təşkil edəcəyik". 

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 May 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see320

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see267

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see226

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see223

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see220

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see218

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see213

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see198

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see192

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri