Icma.az
close
up
RU
Fələstin dövlətini tanımaq istəyənlərin sayı artır

Fələstin dövlətini tanımaq istəyənlərin sayı artır

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Bu, nəyi dəyişəcək?

Müstəqil Fələstin dövləti yaranmayana kimi silahı yerə qoymayacağıq. Bu barədə HƏMAS bəyanat yayıb. “Silahlı müqavimətimiz milli hüquqlarımız bərpa edilmədən, paytaxtı Qüds olan müstəqil, tam suveren Fələstin dövləti yaranmayana qədər bitməyəcək”, - bəyanatda qeyd olunub. Qəzzada yaşanan məlum hadisələrlə paralel Fələstini müstəqil dövlət kimi tanımaq istəyən ölkələrin sayı da artır. Buna qarşı çıxanlar da az deyil. Məsələn, Niderland parlamenti Fələstin dövlətinin tanınmasına qarşı səs verib.
İsrailə qarşı siyasətlə bağlı yaranan fikir ayrılığı hökumətdə ciddi böhran yaradıb. Niderlandın xarici işlər naziri Kaspar Veldkamp cümə günü gecə qəfil istefa verib. O, hökumətin Qəzzadakı humanitar böhranla bağlı İsrailə qarşı daha sərt sanksiyalar tətbiq etməkdən imtina etməsinə etiraz edib.
Avstraliya isə sentyabrda Fələstin dövlətini tanıyacaq. Bu barədə Avstraliya Baş nazirinin Ofisi məlumat yayıb. Məlumata görə, Avstraliya sentyabrda BMT Baş Assambleyası zamanı Fələstin dövlətini tanıyacaq. Bəyanatda qeyd edilib ki, bu addım Qəzzada atəşkəsə və girovların azad olunmasına beynəlxalq dəstəyi gücləndirmək məqsədi daşıyır.
Avstraliya həmçinin vurğulayıb ki, ikidövlətli həll yoluna qarşı çıxması və İsraili tanımaması səbəbilə gələcək Fələstin dövlətində HƏMAS-a yer ola bilməz.
ABŞ vitse-prezidenti Cey Di Vens isə deyib ki, İsraillə Qəzzada hədəflərimiz eynidir, lakin bu hədəflərə çatmaqda fikir ayrılıqları var. Bundan əlavə, Vens Fələstin dövlətinin müstəqilliyini tanımağı planlaşdırmadıqlarını bildirib:“Bizim Fələstin dövlətini tanımaq planımız yoxdur. Fəaliyyət göstərən hökumətin olmamasını nəzərə alsaq, bunun nə demək olacağını başa düşmürəm”.
İtaliya i8sə hazırda Fələstinin dövlət kimi tanınması üçün şərtlərin mövcud olduğunu hesab etmir. İtaliya xarici işlər naziri Antonio Tayani deyib: “Hazırda Fələstin dövlətinin konstitusiya və beynəlxalq hüquq əsasında tanınması üçün heç bir şərt yoxdur. Biz onun yaradılması üçün çalışmalıyıq. Amma bu o demək deyil ki, biz İsrailə "Bombardmanı, dinc əhaliyə hücumu və itkiləri dayandırmağın vaxtıdır" deməməliyik. HƏMAS-a da deməliyik ki, o, fələstinlilərdən canlı qalxan kimi istifadə etməyi və qeyri-insani şəraitdə İsrailin siyasətinə görə heç bir məsuliyyət daşımayan girovları saxlamağı dayandırsın. Biz konkret olaraq sülhün qurulmasına yönəlmiş aydın siqnallar göndərməliyik”, - Tayani bildirib.
Qeyd edək ki, ötən həftə 70 keçmiş səfir və diplomat İtaliyanın Baş naziri Corcio Meloniyə Fələstinin tanınmasının zəruriliyi barədə məktub göndərmişdi.
Finlandiya da Fələstin dövlətini tanımağa hazırdır. Bunu Finlandiya Prezidenti Aleksandr Stubb sosial şəbəkə hesabında bildirib.
“Dövlətin tanınması prezidentin qərarıdır, lakin hökumətin təklifi əsasında olmalıdır. Fələstin dövlətinin tanınması təklifi olsa, mən onu qəbul etməyə hazıram. Onu təklif edib-etməyəcəyi hökumətin qərarıdır. Başa düşürəm ki, finlərin Fələstinin tanınması ilə bağlı fərqli baxışları və narahatlıqları var. Ancaq mən xarici siyasət məsələlərində Fələstin də daxil olmaqla, açıq, dürüst və obyektiv müzakirələri təşviq etmək istəyirəm”, - prezident vurğulayıb.
Portuqaliya da Fələstinin suverenliyini tanıya bilər. Bu barədə Portuqaliya Baş naziri Luis Monteneqronun Ofisi məlumat yayıb.
Bildirilib k, Portuqaliya sentyabr ayında BMT-nin iclasında Fələstin dövlətini tanıyacaq.
Qeyd edək ki, daha öncə Fransa, Böyük Britaniya, Kanada və bir neçə ölkə rəsmi olaraq Fələstini tanıyacaqlarını bəyan ediblər.
Ötən gün də Portuqaliya daxil olmaqla, 15 ölkə Fələstini tanımaq üçün digər dövlətlərə çağırış ediblər.
Fələstin dövlətinin tanınması nəyi dəyişəcək?
BBC yazır ki, xaricdəki diplomatik nümayəndəlikləri və Olimpiya Oyunları da daxil beynəlxalq idman yarışlarında iştirak edən komandaları ilə Fələstin yüksək beynəlxalq səviyyədə tanınır.
Lakin Fələstinin İsraillə davam edən münaqişəsi səbəbindən onun beynəlxalq səviyyədə razılaşdırılmış sərhədləri, paytaxtı və ordusu yoxdur. İsrailin İordan çayının qərb sahilini işğal etməsi səbəbindən 1990-cı illərin Oslo razılaşmasından sonra yaradılmış Fələstin Muxtariyyəti ərazisinə və əhalisinə tam nəzarət etmir. İsrailin işğalı altında olan Qəzza, faktiki olaraq, müharibə vəziyyətindədir.
Onun "kvazidövlət" statusunu nəzərə alsaq, Fələstin dövlətinin tanınması istər-istəməz bir qədər simvolik xarakter daşıyır. Bu, güclü mənəvi və siyasi bəyanatı təmsil edəcək, amma az şeyi dəyişəcək.
Və buna baxmayaraq, bu halda belə bir simvolik qərar çox əhəmiyyətlidir.
Hazırda Fələstin dövləti BMT-yə üzv olan 193 ölkədən 147-si tərəfindən tanınır.
BMT-də o, "daimi müşahidəçi dövlət" statusuna malikdir ki, bu da ona təşkilatın işində iştirak etməyə icazə verir, lakin qərarların qəbulunda səsvermə hüququ vermir.
Nəzərə alsaq ki, Fransa da yaxın həftələrdə Fələstini tanımağa söz verib və əgər Böyük Britaniya da bu qərarı versə, Fələstin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən dördünün dəstəyini qazanacaq (digər ikisi Çin və Rusiyadır).
Bu, İsrailin indiyədək ən güclü müttəfiqi olan ABŞ-ı azlıqda qoyacaq.
Vashington 1990-cı illərin ortalarında Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin Muxtariyyətini tanısa da, onu heç vaxt dövlət kimi tanımayıb.
Bir neçə ABŞ prezidenti ərəb-İsrail münaqişəsinin bir mərhələsində müstəqil Fələstin dövlətinin yaradılmasının tərəfdarı olduğunu bildirib. Lakin Donald Tramp onlardan biri deyil. Onun iki prezidentlik müddəti ərzində ABŞ-ın xarici siyasəti İsraili dəstəkləməyi öz üzərinə götürüb və qəbul edir.
İsrailin ən yaxın və ən güclü müttəfiqinin dəstəyi olmadan "iki xalq üçün iki dövlət"in yekun həllinə aparan sülh prosesini təsəvvür etmək mümkün deyil.
Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Elşən Manafov deyib ki, 2024-cü ilin mayında Norveç, İspaniya və İrlandiya hökumətləri tərəfindən Fələstin Azadlıq Təşkilatının (FAT) mestəqil dövlət kimi tanınması bu prosesin daha dinamik xarakter kəsb edəcəyi təəssüratını doğursa da, təbii ki, praqmatik deyil, daha çox simvolik mahiyyət kəsb edəcəyi şübhə doğurmadı və bu da səbəbsiz deyil: “Əvvəla, yuxarıda adları çəkilən dövlətlər qəbul etdikləri bu qərarların hansı amillərdən irəli gəldiklərinə aydınlıq gətirmişdilər. Norveç münaqişə tərəfləri arasında məlum Oslo razılaşmasının moderatoru olaraq bu addımı atmış və sülhün yaradılması istiqamətində siyasətinin bundan sonra da, dönməzliyinə aydınlıq gətirmişdi. İspaniya və İrlandiyaya gəlincə, onların bu qərarları Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin baş naziri Netenyahunu Qəzzada yaşanan hadisələrə görə məsul bilib, onun həbsi barədə qərar çıxarması fonunda qəbul edilmişdi. Butövlukdə isə bu üç ölkə Avropa Birliyi və ABŞ arasında Fələstin məsələsi üzrə əldə edilmiş konvensiyanı pozmuş olduqlarından qəbul edilmiş qərarların praqmatik əhəmiyyət kəsb etməyəcəyi bəlli idi, zira, həmin konvensiyaya görə əvvəlcə münaqişə tərəfləri razılığa gəlməli, İsrail FAT-ı tam müstəqil dövlət kimi tanımalı və yalnız bundan sonra "iki dövlət" layihəsinin reallaşdırılması istiqamətində proseslərə beynəlxalq səviyyədə start verilə bilərdi. İsrail isə FAT-ı 1994-cü ilin Oslo razılaşmalarına görə yalnız legetim idarə orqanı kimi tanıyıb, onun muxtariyyət hüququnu qəbul etsə də, beynəlxalq səviyyədə legitim hərəkət azadlığını qəbul etməyib». Maraqlıdır ki, FƏT hələ 1988-ci ildə özünü müstəqil dövlət elan edib və onun müstəqilliyi indiyədək 140 dövlət tərəfindən tanınıb, bununla belə, BMT də FAT yalnız 2012- ci ildən bəri müşahidəçi statusu ilə təmin edilib, bu isə onun qərarların qəbul olunmasında təmsilçilik hüququn olduğunu, lakin səsvermə hüququnun olmaması deməkdir.
Avropa Birliyi məkanında isə FAT-ın müstəqilliyinin tanınması istiqamətində ilk addım hələ 2014-cü ildə İsveç tərəfindən atılıb və onun müstəqilliyinin tanınması və ya dövlət kimi oturuşması proseslərində ciddi rol oynamayıb və bu da səbəbsiz deyil: «1933-cü ilin Montovideo konvensiyasına görə (Pan Amerika dövlətləri tərəfindən razılaşdırılb) müstəqil dövlətçilik üçün 4 amilin olması vacibdir, bunlar: daimi əhali, muəyyən ərazilər, beynəlxalq birliklə münasibətlər qurmaq imkanları, müstəqil hökumətdir. Maraqlıdır ki, bu 4 amildən yalnız biri Fələstin məsələsində hələ ki, yetərlidir - müəyyən ərazi, özu də İordan çayının sağ hövzəsinin İsrailin nəzarəti altında olduğu, 2007-ci ildən sonra isə Qəzzada seçkilərin nəticələrinə görə FAT deyil, HƏMAS-ın legetim siyasi hakimiyyət sayıldığı nəzərə alınarsa Fələstin müstəqilliyinin dünya birliyi tərəfindən tanınması əvvəla, İsraillə aparılan danışıqlar, daha sonra isə beynəlxalq güclər arasında əldə edilmiş razılıqlar fonunda baş tuta bilər. Belə ki, Avropa Birliyinin iki dövlət prinsipini qəbul edib Fələstini tanımasına baxmayaraq ABŞ və Böyuk Britaniya BMT TŞ-nin daimi üzvləri olaraq veto hüquqlarından istifadə edib bunu daim əngəlləyəcəklər, necə ki, indiyə qədər bunu ediblər. Daha sonra BMT TŞ-nin 15 üzvündən azı 9-u bu layihəni dəstəkləməlidir, burada konsensus olsa belə yenə məlum dövlətlərin veto hüququ öz sözunu deyəcək. İsrailin xeyrinə olan amillər də nəzərə alınmalıdır, Təl-Əviv FAT-la bəlli prinsip ətrafında danışıqlara razı olsa da HƏMAS-ı terrorçu təşkilat bilərək onu danışıqlar masası arxasında görmək istəmir, hərçənd Qəzza əhalisinin legitim siyasi qüvvə və hakimiyyət kimi tanıdığı tərəf məhz HƏMAS-dır, ən nəhayət, FAT və HƏMAS arasında qarşıdurma iki dövlət ideyasının gerçəkləşməsinin əleyhinə olan qüvvələrin xeyrinə işləyir. Ərəb, islam birliyinin Qəzzada yaşanan qətliamın fonunda İsraili yanacaqla təmin etməsi isə göstərir ki, bəlli ideyanın reallığa çevrilməsinin qarşısında əsas hüquqi və siyasi sipər ərəb və islam siyasi elitalarının korpirativ maraqlarıdır».

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Sentyabr 2025 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri