Icma.az
close
up
RU
Makron Fransasının acizliyi, Azərbaycanın qüdrəti: BTQ, NATO şantaj olunur ŞƏRH

Makron Fransasının acizliyi, Azərbaycanın qüdrəti: BTQ, NATO şantaj olunur ŞƏRH

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransanın Azərbaycanı, onun neokolonializmə qarşı mübarizəsinə qarşı qərəzli yanaşması səngimir. Növbəti dəfə Azərbaycanı hədəfə alan qərəzli hesabatla çıxış edib. Rəsmi Parisin dövlət strukturlarının, habelə Fransa Milli Təhlükəsizlik və Müdafiə Baş Departamenti - "VIGINUM"un Azərbaycana, xüsusən də Bakı Təşəbbüs Qrupuna (BTQ) qarşı çıxıb. Azərbaycanın müstəmləkəçilikdən əziyyət çəkən xalqlara dəstək məqsədilə yaratdığı BTQ barəsində qərəzli, qeyri-obyektiv və böhtan xarakterli hesabat hazırlayıb. Həmin cızma-qaranı isə NATO ölkələrinə təqdim edib. Alyansın seçilməsi də elə belə deyil. Bəllidir ki, Azərbaycan adıçəkilən təşkilatla sıx əməkdaşlıq edir, onun proqramlarına qatılır, sülhyaratma missiyalarında aktiv iştirak edib. Makron Fransası bu hesabatla Azərbaycanın NATO ilə tərəfdaşlığına süni əngəllər yaratmaqdır.

Azərbaycan işğaldan, beynəlxalq hüququn işləməməsindən əziyyət çəkən ölkə olaraq həm Qoşulmama Hərəkatına sədrlik dövründə, həm də sonrakı illərdə dekolonizasiya prosesində lokomotiv rolunu öz üzərinə götürüb. Təzyiq və hədələrə baxmayaraq QH-nin 2023-cü ilin iyul ayında nazirlər iclasında dünyada müstəmləkəçiliyə qarşı beynəlxalq hüquqa uyğun olaraq mübarizə aparmaq üçün Bakı Təşəbbüs Qrupunun yaradılmasına nail olub. BTQ-nin apardığı fəaliyyət istiqamətindən biri də Fransanın əsarəti altında olan dənizaşırı ərazilərdə beynəlxalq hüquqa uyğun olaraq, dekolonizasiya prosesinə dəstək verməkdir. Ən acınacaqlısı odur ki, Fransa bütün problemlərini və üzləşdiyi çətinlikləri bir kənara qoyaraq bu prosesə dövlət qurumlarını qatıb. Xarici rəqəmsal müdaxilələrdən qorunma və nəzarət xidməti olan – “VİGİNUM” külli miqdarda vəsait, işçi qüvvəsi və vaxt sərf edərək BTQ-nin fəaliyyətinə dair 30 səhifəlik hesabat tərtib etməsi Azərbaycanın XXI əsrdə unudulmuş dekolonizasiya prosesinə verdiyi töhfəsinin bariz nümunəsi və Fransanın öz cinayətlərinin üstünün açılmasından qorxuya düşməsi ilə əlaqədardır.

Keçmiş müstəmləkələrində və dənizaşırı torpaqlarında artan müstəqillik hərəkatından qorxuya düşən Makron hökuməti məsələni NATO iclasının səviyyəsinə qaldırması onun necə rəzil durumundan xəbər verir. Özünü fövqəldövlət, demokratiya carçısı kimi sırımağa çalışan rəsmi Paris hesabatını NATO müttəfiqləri arasında yaymaqlan əlavə, müttəfiqlərinə Azərbaycan haqqında şikayət edib.

Neokolonializmə qarşı mübarizənin effektindən qorxuya düşən Fransa Alyans üzvlərini hədələyib də. Elan edib ki, Azərbaycanın tək Fransa ilə kifayətlənməyəcək, növbədə digər dövlətlər olacaq. Sonra isə acizanə şəkildə onlardan dəstək istəyib. Bu bir daha Azərbaycanın apardığı işin uğurundan, onun qüdrətinin Cənubi Qafqaz hüdudlarından kənara çıxmasının göstəricisidir.

Bəs Yelisey sarayının irihəcmli anti-Azərbaycan hesab ortaya qoymaqda, BTQ-ni hədəfə almasının səbəbi nədir? Şübhəsiz ki, BTQ-yə qarşı böhtan və qərəzli tezislər səsləndirməklə əslində əsarət altında saxladığı ərazilərdə törətdiyi cinayətlərdən, daxili idarəçilikdəki səriştəsizliyindən beynəlxalq və daxili ictimaiyyətinin fikrini yayındırmaq istəyir. Məhz bu səbəbdən də Azərbaycanın beynəlxalq aləmdə xarici düşmən obrazını yaratmağa çalışır.

BTQ-yə qarşı hücum onu deməyə əsas verir ki, qurum artıq hədəfinə çatıb. Fransanın işğalı altında olan ərazilərin nümayəndələrinin iştirakı ilə yaradılan BTQ-nin fəaliyyəti Fransa hökumətini ciddi narahat etdiyindən onlar qarayaxma kampaniyasını dayandırmır, təşkilatla əməkdaşlıq edən şəxsləri daima təqib edir, süni maneələr yaratmaqdan əl çəkmir.

BTQ bu yaxınlarda keçirdiyi hesabat tədbirində bəyan edib ki, Fransa koloniyalarında insan hüquqları kobud şəkildə pozulub. Onların ictimailəşdirilməsi Fransa hökuməti tərəfindən Azərbaycana qarşı “dezinformasiya müharibəsi” kimi təqdim olunur.

Hesab edirik ki, Fransanın BTQ-ni, bütövlükdə Azərbaycanı hədəfə almasının qərəzli bir hesabat hazırlamasının köklü səbəbləri var. Əvvəla, BTQ-nin fəaliyyətə başlamasından keçən 1 il 4 ay ərzində əməkdaşlıq etdiyi ərazilərin sayı 18-ə çatıb. 2024-cü ildə Qəmər Adaları da əhatə dairəsinə qoşulub. Elan edilib ki, 2025-ci ildə Bakı Təşəbbüs Qrupunun hesabatında kolonizasiya bölgələrinin sayı daha çox olacaq. Məsələn, təkcə, bu il 7-dən çox hesabat hazırlayıb təqdim edilib. Bu il isə 17 beynəlxalq konfrans keçirilib və onların bəziləri BMT qərargahlarında, Nyu-Yorkda, Cenevrədə baş tutub. Həmçinin BMT-nin İnsan Hüquqları Komitəsindən Fransa hökumətinin Martinik və Yeni Kaledoniyada həyata keçirdiyi müstəmləkəçilik haqqında hesabat istənilmişdi. Bu son 5 ildə Fransa hökuməti qarşısında ilk tələb idi. BTQ tərəfindən 5 memorandum imzalanıb və bu üzrə 5 region üzrə QHT-lər, təşkilatlarla sıx əməkdaşlıq edilir. bütün bunlar da Yelisey sarayını hərəkətə keçirib və yuxarıda qeyd olunan hesabat da bundan irəli gəlir.

Yekun olaraq sadəcə onu deyə bilərik ki, Fransanın bütün təzyiqləri kimi, qeyd etdiyimiz "hesabatı" da nəticə verməyəcək. Anlamalıdır ki, Azərbaycanın başlatdığı hərəkat qarşısıalınmaz prosesə çevrilib, xalqların tələbini yerinə yetirməkdən başqa yolu yoxdur.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://report.az
archiveBu xəbər 28 Dekabr 2024 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri