Makron hər yerə burnunu soxur Marko Rubio onu kəskin ittiham etdi
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
ABŞ dövlət katibi Marko Rubio Fransa prezidenti Emmanuel Makronu İsraillə HƏMAS arasında atəşkəs danışıqlarını pozmaqda ittiham edib.
"Ölkə.az" xəbər verir ki, Rubio “Eternal Word Television Network” kanalına müsahibəsində bildirib:
“Əgər mən HƏMAS olsaydım, belə qərara gələrdim: gəlin atəşkəs bağlamayaq… çünki bizi mükafatlandıra bilərlər, biz bunu qələbə kimi qiymətləndirə bilərik”.
Marko Rubionun sözlərinə görə, Makronun qərarı digər ölkələrə də təsir edib və onlar sentyabra qədər atəşkəs əldə olunmasa, Fələstini tanımağa hazır olduqlarını bəyan ediblər.
Siyasi müşahidəçilər hesab edirlər ki, Makronun diplomatik mövqeyi təkcə Yaxın Şərqdə deyil, Cənubi Qafqazda da prosesləri ləngidir. Azərbaycan–Ermənistan sülh danışıqlarında Fransanın birtərəfli mövqeyi və İrəvanı qızışdıran çıxışları, davranışları real irəliləyişin qarşısını alan əsas amillərdən biridir.(Musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 10 Avqust 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















