Icma.az
close
up
RU
“Makron kiçik ada dövlətlərinin hüquqlarına hörmətlə yanaşmağı öyrənməlidir”

“Makron kiçik ada dövlətlərinin hüquqlarına hörmətlə yanaşmağı öyrənməlidir”

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

COP29-un ən vacib məqamlarından biri də Qlobal Həmrəylik anlayışının tez-tez gündəmə gətirilməsi, populyarlaşdırılması oldu. İstər COP29-un açılış mərasimində, istərsə də bu tədbir çərçivəsində keçirilən Liderlər Sammitində, kiçik ada dövlətlərinin Sammitində, Bakı Təşəbbüs Qrupunun aksiyasında, eləcə də digər yan tədbirlərdə və panel müzakirələrində iqlim dəyişmələrinə qarşı mübarizədə, ətraf mühitin qorunmasında, ekosidə və kultursidə səbəb olan münaqişələrin qarşısının alınmasında qlobal həmrəyliyin bəşəriyyətin gələcəyi üçün nə qədər vacib instrumentasiyalardan biri olduğu öz təsdiqini tapdı.

Bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib.

O, qeyd edib ki, qlobal həmrəyliyin həmçinin neoimperializmdən və neokolonializmdən əziyyət çəkən xalqların, o cümlədən də kiçik ada dövlətlərinin üzləşdikləri problemlərin dünya birliyinin gündəminə gətirilməsində də rolu danılmazdır. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə COP29 çərçivəsində Fransa və Niderlandın müstəməkçilik siyasətinə qarşı keçirilən etiraz aksiyası da qlobal həmrəyliyə hesablanan bir aksiya idi. "Yaşıl və dekolonizasiya olunmuş dünya naminə həmrəylik" devizi altında keçirilən bu aksiya dünyada böyük rezonansa səbəb oldu:"Demokratiya", "insan hüquqları", "söz azadlığı", "beynəlxalq hüquq" kimi universal anlayışları öz əlində "bayrağ"a çevirmiş Fransa kimi supergücün dünyanın bir sıra ərazilərində hələ də yeni müstəmləkəçilik siyasətini davam etdirməsi bu aksiyanın sayəsində bir daha dünya birliyinin diqqətinə çatdırılmış oldu. Rəsmi Parisin aşağılayıcı bir ifadə ilə "dənizaşırı ərazilər" adlandırdığı kiçik ada dövlətlərində, o cümlədən Yeni Kaledoniyada həyata keçirdiyi diskriminasiya və sömürgəçilik siyasəti çox ağır iqtisadi və ekoloji fəsadlara səbəb olur, təbii sərvətlərin talanması və ətaf mühitin dəyişikliklərə məruz qalması ilə nəticələnir. Fransanın bəzi ərazilərdə nüvə sınaqları və kimyəvi silahların sınaqlarını keçirməsi də ətraf mühitin çirklənməsində və qlobal iqlim böhranının dərinləşməsində əhəmiyyətli təsirə malikdir.

Bakı Təşəbbüs Qrupunun keçirdiyi "Yaşıl və dekolonizasiya olunmuş dünya naminə həmrəylik" aksiyası Fransanın insanlıq əleyhinə, qeyri-humanist davranışlarının beynəlxalq ictimaiyyət tərəfindən qınanılması baxımından olduqca əhəmiyyətlidir. Makron Fransası kiçik ada dövlətlərinin hüquqlarına hörmətlə yanaşmağı öyrənməlidir. COP29-da yeni müstəmləkəçiliyin beynəlxalq qınaq hədəfinə çevrilməsi Fransa üçün ciddi dərs olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin COP29 çərçivəsində keçirilən kiçik ada dövlətlərinin Sammitində Makron rejiminin "dənizaşırı" ərazilərdə törətdiyi cinayətkar əməlləri ictimailəşdirməsi isə həmin ərazilərin xalqlarının hüquqlarının müdafiəsi baxımından olduqca önəmlidir. Prezidentin səsləndirdiyi fikirlər qlobal həmrəyliyə xidmət edir".

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Noyabr 2024 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri