Icma.az
close
up
RU
Kim kimdən öyrənməlidir?

Kim kimdən öyrənməlidir?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İnsanla heyvanı ayırmaq bir vaxtlar çox asan idi: deyirdilər ki, insan şüurludur, alət düzəldir, düşünür, heyvan isə yalnız instinktlə hərəkət edir.

Lakin bu günün reallığına və cəmiyyətin gəldiyi nöqtəyə baxanda, bu sərhəd nəinki bulanıqlaşır, hətta tərsinə çevrilir. 

İnsan və heyvan: kim kimdən öyrənməlidir? 

Biz illərdir biologiya dərsliyində oxumuşuq ki, insanı heyvandan ayıran əsas cəhət onun düşüncəsi, vicdanı və mərhəmətidir. Amma görünür, bu təriflər yalnız kağız üzərində qalıb. Reallıqda isə bəzən heyvanlara "heyvan" deməyə insanın dili gəlmir, çünki onların etmədiyi qəddarlığı, tamahkarlığı və insafsızlığı məhz "şüurlu" insan edir.

Heyvan yalnız acanda ovlayır. Qarnı tox olan aslan böyründən keçən ceyrana toxunmaz. İnsan isə tox olsa da gözü doymur, başqasının haqqını yemək, var-dövlət toplamaq və daha çoxuna sahib olmaq üçün bütöv bir nəslin gələcəyini məhv edə bilər.  Bir it sahibinə və ya qurd öz sürüsünə heç vaxt xəyanət etməz. Amma insan öz mənfəəti, bir neçə manat pulu və ya vəzifəsi üçün ən yaxın dostunu, hətta doğmasını satmağa hazırdır.

Heyvanlar təbiətin bir hissəsidir və onu qoruyur, tarazlığı saxlayır. İnsan isə yaşadığı evi — meşələri yandırır, çayları çirkləndirir, nəfəs aldığı havanı zəhərləyir və sonra da bunu "sivilizasiya" adlandırır. Bu da sözdə insanın təbiətə münasibəti, onu qoruması...
Bir heyvan başqa bir heyvanı heç vaxt zövq üçün, əylənmək üçün öldürmür və ya incitmir. Yalnız insan başqasının acısından zövq ala, gücsüzə əzab verib bundan qürur duyğusu yaşaya bilər.

Heyvanlar aləmində irqçilik, saxta təbəqələşmə və ya din, millət davası yoxdur. Bir qarışqa digərini "hansı sinifdəndir" deyə ayıramaz. İnsan isə öz növünü dərəcələrə bölür, özündən olmayanı alçaldır, min bir bəhanə ilə müharibələr çıxarır və milyonlarla günahsızın qanını tökür.

Heyvanlar instinktlə yaşayır və öz təbiətinə sadiq qalır. İnsan isə şüuru ola-ola insanlığını itirirsə, bu, heyvanlıq da deyil? - çünki heç bir heyvan öz növünə və yaşadığı dünyaya insan qədər zərər vurmur. Bəlkə də həqiqi "heyvanlıq", şüurlu şəkildə vicdanı tapdalamaq bacarığıdır ki, bunu da dünyada yalnız insan bacarır. 

İnsanla heyvanın həqiqi fərqi nə biologiyadadır, nə də intellektdə; əsl fərq şüurun necə çirkin məqsədlərə alət edilməsindədir:

Təbiətdə heç bir heyvan öz növündən olan minlərlə həmcinsini sırf ideoloji, siyasi və ya sərhəd bəhanəsilə kütləvi şəkildə qırmaq üçün planlar cızmır. İnsan isə "şüurlu" beynini sırf öz növünü daha sürətli, daha dəqiq və kütləvi şəkildə məhv etməyə hesblayır. Bir yırtıcı ovunu tutanda ona "ədalət", "qanun" və ya "yaxşılıq" haqqında mühazirə oxumur. İnsan isə uydurduğu saxta qanunların, bürokratik kağızların və müqavilələrin arxasında gizlənərək başqalarının həyatını məhv edir.

Bir həkimin pulu çatmayan xəstəni ölümə tərk etməsi, bir məmurun rüşvət üçün insan taleyini tapdalaması heyvanlar aləmində rast gəlinməyən, yalnız "sivil" cəmiyyətə xas bir vicdansızlıq ticarətidir. Sürüdə axsayan, yaralanan və ya qocalmış bir üzvə digər heyvanlar ya dəstək olur, ya da ən azından ona qəsdən əzab vermir.

İnsan cəmiyyətində isə kiminsə müdafiəsiz, kimsəsiz və ya zəif olduğunu görəndə, sistem və ya fərdlər həmin insanı daha da əzməyə, onun hesabına varlanmağa və ya onun çətinliyindən istifadə etməyə çalışır. Zəifdən istifadə etmək yalnız insani bir xislətdir.   Təbiətdəki hər bir canlı olduğu kimidir, dürüstdür və öz rolunu oynayır. Heç bir tülkü özünü sülh göyərçini kimi qələmə verib meşədə nitq söyləmir.

İnsan isə daxilən ən qəddar, ən çirkin niyyətləri daşıdığı halda, zahirən xeyriyyəçi, xilaskar və ya müqəddəs cildinə girə bilir. Riyakarlıq və ikiüzlülük biologiyanın deyil, yalnız insani şüurun istehsal etdiyi mənəvi fəsadlardır. Sonda belə bir sual ortaya çıxır: Əgər ağil, mərhəmət və vicdan insanı heyvandan ayıran əsas meyardırsa, bu keyfiyyətləri itirən varlığa nə deməliyik?

Əgər bir varlıq öz şüurunu yalnız zülmü artırmaq, dünyanı zəhərləmək və öz soydaşını alçaltmaq üçün istifadə edirsə, onun heyvandan üstün olduğunu iddia etmək sadəcə gülüncdür. Heyvanlar instinktin verdiyi dürüstlüklə yaşayır. İnsan isə mənəviyyatını itirəndə sadəcə heyvandan aşağı enmir, həm də öz şüurunun qurbanına dönmüş ən təhlükəli canlıya çevrilir.

Malik Məmmədov

Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Noyabr 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri