Makron: Polşaya üç “Rafale” qırıcı təyyarəsi göndərəcəyik
Icma.az, Gununsesi saytına istinadən bildirir.
Fransa Rusiyanın Polşaya pilotsuz uçan aparatlarının müdaxiləsi fonunda bu ölkənin və Şərqi Avropanın digər dövlətlərinin hava məkanında patrulluq etmək üçün Varşavaya üç “Rafale” döyüş təyyarəsi göndərəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində məlumat verib.
“Rusiyanın pilotsuz təyyarələrinin Polşaya müdaxiləsindən sonra müttəfiqlərimizlə birlikdə Polşanın hava məkanını və NATO-nun şərq cinahını qorumaq üçün üç “Rafale” qırıcısı göndərmək qərarına gəldim”, – paylaşımda bildirilir.
Makron əlavə edib ki, bu öhdəliyi dünən Polşanın baş naziri Donald Tusk qarşısında götürüb, həmçinin məsələni NATO-nun baş katibi və şərq cinahın müdafiəsi ilə məşğul olan Böyük Britaniyanın Baş naziri ilə də müzakirə edib.
“Avropa qitəsinin təhlükəsizliyi bizim əsas prioritetimizdir. Biz Rusiyanın artan hədə-qorxuları qarşısında geri çəkilməyəcəyik”, – Fransa Prezidenti fikirlərini yekunlaşdırıb.
Baxış sayı:31
Bu xəbər 11 Sentyabr 2025 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















