Icma.az
close
up
RU
Makron yaxın dostlarına vəzifə payladı Fransada yeni hökumət formalaşdırıldı

Makron yaxın dostlarına vəzifə payladı Fransada yeni hökumət formalaşdırıldı

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransada yeni nazirlər kabinetinin tərkibi elan olunub. Hökumətə Sébastien Lekornu rəhbərlik edəcək.

“AzPolitika” xəbər verir ki, bu barədə məlumatı bazar günü axşamı Yelisey sarayı yayıb. Yeni hökumətin ilk iclası bu gün keçiriləcək.

Lakin müşahidəçilər qeyd edirlər ki, yeni kabinetin gələcək fəaliyyəti hələ də qeyri-müəyyəndir. Çünki hökumət hazırda büdcənin qəbul edilməsi üçün Milli Assambleyada kifayət qədər səsə malik deyil.

Yeni kabinetdə bir sıra diqqətçəkən dəyişikliklər edilib: Müdafiə naziri vəzifəsinə təcrübəli siyasətçi, keçmiş maliyyə naziri Bruno Le Maire gətirilib. Maliyyə naziri postunu isə prezident Emmanuel Makronun yaxın silahdaşı hesab edilən Roland Lescure tutub. Xarici işlər naziri Jean-Noël Barrot öz vəzifəsində qalıb. Digər bir neçə tanınmış nazir də portfellərini qoruyub saxlayıb. Ümumilikdə, kabinet Prezident Makronun tərəfdarları və mərkəzçi qüvvələrin nümayəndələrindən ibarətdir.

Xatırladaq ki, Sebastien Lekornunun baş nazir təyin olunması parlamentin onun sələfi François Bayrouya qarşı etimadsızlıq səsverməsindən sonra mümkün olub. Bayrou tərəfindən təqdim edilən büdcə layihəsi həm sol, həm də sağ müxalifət tərəfindən dəstəklənməmişdi. Layihədə sosial xərclərin ixtisar edilməsi nəzərdə tutulurdu.

Yeni Baş nazir Lökornu isə büdcə layihəsinə dəyişikliklər edərək sosialistlərin bir sıra tələblərini nəzərə alıb. O cümlədən varlılardan alınan verginin artırılması təklif edilib. Bununla belə, hələ də sol qüvvələrin büdcəni dəstəkləyib-dəstəkləməyəcəyi aydın deyil.

Qeyd edək ki, Lökornu kompromis əldə edəcəyinə ümid edir və büdcəni parlamenti kənarda qoyaraq xüsusi Konstitusiya maddəsindən istifadə etməklə qəbul etdirməkdən imtina edib.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Oktyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri