Makron yeni alyans yaratmaq istəyir Məqsəd… KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Makron Avropa və Asiyanı yeni alyans yaratmağa çağırıb.
KONKRET.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Avropa və Asiya ölkələrini bölgədə “təzyiq sferaları” yaratmağa çalışan böyük güclərə qarşı birlikdə çıxış etməyə çağırıb.
“Qarşımızda duran əsas çağırış, öz maraqları naminə digər ölkələri sıxışdırmaq və resursları – istər balıqçılıq, istərsə də faydalı qazıntılar olsun – mənimsəmək istəyən revizionist dövlətlərdir. Bu ölkələr təsir zonaları adı altında əslində təzyiq və məcburiyyət sferaları qurmaq niyyətindədirlər”, – deyə Makron bildirib.
Fransa lideri qeyd edib ki, Avropa-Asiya alyansı ortaq dəyərlər və prinsiplər üzərində qurulmalıdır: “Qoşulmama dövrü, şübhəsiz ki, başa çatıb. İndi fəaliyyət koalisiyalarının zamanıdır və birgə hərəkət edə bilən ölkələr bunun üçün lazım olan bütün şərtləri formalaşdırmalıdır”.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 30 May 2025 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















