Icma.az
close
up
RU
Valideynlərə xəbərdarlıq, ALDANMAYIN! “Məqsəd pul qazanmaqdır” KONKRET

Valideynlərə xəbərdarlıq, ALDANMAYIN! “Məqsəd pul qazanmaqdır” KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Azərbaycanda repetitorluq sistemi təhsilin ayrılmaz hissəsinə çevrilib. Valideynlər və şagirdlər məktəbdə verilən təhsilin kifayət etmədiyini düşündükləri üçün repetitor yanına getməyə məcbur olurlar. Hər il minlərlə uşaq hazırlıqlara gedir. Statistikaya baxanda, 50%-dən çox şagird keçid balını belə toplaya bilmir. Bəs onda bu qədər əziyyət nəyə lazımdır?.

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırlıqlar bu gün real tədris prosesindən çox, kommersiya məqsədinə çevrilib: “Uşaq dərsi mənimsəməsə də, repetitorlar onu saxlayır, çünki hər ay valideyn pul ödəyir. Əgər nəticə olmayacaqsa, niyə valideynin pullarını havaya xərclədirsən?”

Daha sonra, repetitorluğun sosial bəlaya çevrildiyini deyən ekspert əlavə edib ki, problem şagirdlərdə deyil, repetitorluq sisteminin özündədir:

“Məqsəd uşağa bilik vermək yox, qrupa neçə nəfər yığmaq, neçə şagirdlə işləmək və nə qədər çox pul qazanmaqdır. Bu biznes modelinin içində şagirdin uğuru ikinci plana keçir. Əgər hazırlığa getmək mütləqdirsə, məktəblər nə üçündür? Təhsil sistemi niyə uşaqları məktəbdə yox, pullu hazırlıqlarda öyrənməyə məcbur edir?”

İndi hətta birinci sinifə gedən uşaqlarla da repetitor məşğul olur. Bu, əslində valideynlərin məktəbə güvənsizliyindən xəbər verir. Bəs bu qədər güvənsizlik nə ilə bağlıdır?

Ekspertin sözlərinə görə, sistem o qədər iflasa uğrayıb ki, artıq məktəb heç kimə etibarlı görünmür:

“Repetitorlara bu inamsızlıq sərf edir. Bu sistem onların qazanc mənbəyidir. Hər ay pul ödəməyə məcbur edilən valideynlər nəticədə övladlarının uğur qazanmamasına baxmayaraq, heç bir tələb irəli sürə bilmir. Nəticə olmayacaqsa, uşağı yükləməyin, valideynin pulunu almayın, repetitorluğu biznes kimi deyil, tədris prosesi kimi görün”.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Mart 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri