Makrondan İrana gözlənilməz DƏSTƏK
Sfera.az saytına istinadən Icma.az xəbər verir.
İran prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.
Sfera.az xəbər verir ki, telefon söhbəti zamanı Pezeşkian bildirib ki, İran dialoqa hazırdır, lakin təcavüz davam edəcəyi təqdirdə, ölkəsinin cavabı daha dağıdıcı olacaq.
“Biz dinc nüvə fəaliyyətləri sahəsində etimadı gücləndirmək üçün dialoqa və əməkdaşlığa hazırıq, lakin nüvə fəaliyyətlərinin sıfıra endirilməsini qəti şəkildə qəbul etmirik”, – deyə İran prezidenti vurğulayıb.
Fransa prezidenti Makron isə öz növbəsində Pezeşkiana bildirib ki, Paris İrana qarşı zərbələrin əleyhinədir.
“Fransanın bütün səyləri hərbi münaqişələrin dayandırılmasına və gərginliyin azaldılmasına yönəlib”, – deyə Makron əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 21 İyun 2025 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















