Icma.az
close
up
RU
Makronun Azərbaycan nifrətinin əsas SƏBƏBİ

Makronun Azərbaycan nifrətinin əsas SƏBƏBİ

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Bu gün dünya siyasi orbitində Emmanuel Makron Fransasının tutduğu mövqe əsrlər boyu bu ölkə tərəfindən yürüdülən ikiüzlü siyasətin məntiqi nəticəsi sayılmalıdır”. 

Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri Novruz Novruzov “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, bir sıra Qərb ölkəsi kimi Fransanın da çiçəklənən dövrü müstəmləkəçilik siyasətinə borcludur: 

“Bu dövlət inkişaf etməmiş zəif ölkələrin işğalı ilə həmin ərazilərdə yaşayan əhalini istismar edib, böyük maliyyə resursları toplayıb. Bir neçə əsr davam edən bu proses fransızlarda ölçüyəgəlməz özünəvurğunluq yaradıb. Bu münasibət siyasətdə də özünü göstərib və fransız siyasətçilər yürütdükləri siyasətin dominantlığına inanmağa başlayıblar. Düzdür, sadə xalqla varlı simalardan formalaşmış siyasi toplumu bir tutmaq olmaz. Ancaq nə edəsən ki, ölkənin siyasətini sadə adamlar müəyyənləşdirmir. 

Müstəmləkəçilik siyasətinin pik nöqtəsində, təxminən 250-300 il əvvəl fransızlar Qafqaza nüfuz etməyə çalışıblar. Təbii ki, onlar bura əvvəlcə iş adamları qiyafəsində təşrif buyurublar. Təsadüfi deyil ki, Laçın rayonunun yüksək dağlıq ərazisində o dövrün izi kimi “fransız yolu” adlanan cığır mövcuddur. Lakin o vaxtlar müstəmləkəçilər Azərbaycanda ciddi bir qənimət əldə edə bilməyiblər. Həmin dövrün siyasi ab-havası buna imkan verməyib”. 

Həmsöhbətimiz qeyd edib ki, Rusiyanın bu torpaqları işğalı etməsində ermənilərin oynadığı əlaltı rol fransızların diqqətini cəlb edib: 

“Nə qədər ki, Qafqaz Rusiyanın nəzarəti altında idi, Qərb ölkələri bu yerlərə ayaq basa bilmirdilər. SSRİ imperiyası dağıldı, Rusiya getdikcə zəifləyir, buna görə də Qafqaza göz dikənlərin sayı artır. Fransa da ermənilərin satqın xarakterinə, qucaqdan-qucağa asanlıqla atıldıqlarına görə onların yaxasından yapışıb. 

Məlum məsələdir ki, bu prosesdə “insan hüquqları”, “millətlərin öz müqəddəratını təyin etmək” kimi mücərrəd ittihamlardan istifadə var. Halbuki, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsində Fransadan olan muzdlu döyüşçülər, snayperlər, hətta Kəlbəcərin işğalında fransız helikopteri iştirak edib və bu faktları fransız “hüquq müdafiəçiləri” görməyiblər. Fransa Prezidenti Emmanuel Makron da öz xələfləri kimi siyasətdə ayaqlarının ölçüsündən xeyli böyük olan ayaqqabı geyinib və buna görə də addımlayanda səntirləyir. 

Ötən əsrin sonlarında Fransanın siyasi ekspertləri “Rusiya ilə birlikdə Böyük Avropa” ideyasını ortaya atmışdılar. Özünəvurğunluq ambisiyası onlara aşılamışdı ki, nəhəng Rusiyanı öz qəliblərinə sala biləcəklər. Ancaq göründüyü kimi, ruslar indi fransızlara lağ edib gülürlər. 

Necə ki, Fransa rəhbərləri ABŞ-yə buynuz göstərən kimi, okeanın o tayından dərhal “Unutmayın ki, sizi almanların əlindən biz qurtarmışıq” mesajı gəlir”. N.Novruzov diqqətə çatdırıb ki, Makronun türklərə, eyni zamanda milli köklərinə görə azərbaycanlılara genetik nifrəti Fransanın Qafqaz siyasəti ilə uzlaşır: “Makronun siyasətindən aydın görünür ki, Fransa Ermənistanı himayəçilik pərdəsi altında işğal etmək istəyir. Lakin Makronun ağlı kəsmir ki, birincisi, Ermənistan Rusiyanın himayəsindədir və onu ondan qoparmaq hələlik mümkün deyil. 

İkincisi, Cənubi Qafqazda Azərbaycan artıq söz sahibinə çevrilib və siyasi bölgənin siyasi oriyentasiyası xeyli dərəcədə ondan asılıdır. Üçüncüsü, Türkiyə kimi sanballı beynəlxalq oyunçunun qulağının dibində “at oynatmaq” Fransadan güclü dövlətlərə də nəsib olmayıb. Məqsədinə nail olmaq üçün Makron nişangahda Azərbaycanı görür və buna görə də böyük səhv edir.

Münasibətlərin pisləşməsinin baçlıca səbəbi də budur. İndi Azərbaycan Makron Fransasına hücum edərək onun riyakar siyasətini və müstəmləkəçilik ambisiyalarını başına vurur. Bu günlərdə Fransanın işğalı altında olan Mayot adasını güclü Şido qasırğası vurub və əhalinin bir hissəsi evsiz-eşiksiz, ərzaqsız qalıb. Xeyli sayda itkin düşənlər var. Lakin Fransanın hakimiyyət orqanların məzlum adamların köməyinə çatmağa tələsmir. Gördüyü işlər də alayarımçıqdır. Camaat açlıq çəkir. Azərbaycan da bu cür neokolonialist fəaliyyəti ifşa etməklə Fransanı yerində oturdur”. 

Onun sözlərinə görə, Makron Ermənistan üzərindən Cənubi Qafqazda Azərbaycanı müharibəyə çəkmək üçün cəhdlər edir: 

“Onun məqsədi bu yolla həm Ermənistanı özünün əlaltı dövlətinə çevirmək, həm də Ukrayna ilə müharibə aparan Rusiyanı daha da zəiflətməkdir. 

Ermənipərəst prezident məqsədlərinə çata bilməyəcək. Çünki Cənubi Qafqazın siyasi və iqtisadi sahədə öz yiyələri var və bu zonaya kənar qüvvələrin daxil olması mümkün deyil. Fransanın siyasəti qarşısında Rusiya ilə yanaşı Türkiyə-Azərbaycan tandemi var. Makron hansı ağılla bu siyasəti yürüdür, yəqin ki, onun özündən başqa heç kim bilmir. Azərbaycanla münasibətlərin pisləşməsi də bu cür məkrli siyasətə görədir. Parisdən gələn bu siyasəti Azərbaycan nəinki rədd edir, hətta əks zərbə ilə Fransanın özünü çətin vəziyyətə salır. 

Prezident İlham Əliyevin ədalətə söykənən və neokolonialist siyasətə qarşı duran siyasi gedişləri Fransanın müstəmləkələrini ayağa qaldırıb və onların azadlıq uğrunda mübarizəsinə yeni stimul verib. Münasibətlərin pisləşməsi bu istiqamətdə atılan addımların nəticəsidir. Prosesdə kimin haqlı, kimin haqsız olduğu aşkar görünür”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Dekabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri