Icma.az
close
up
RU
Makronun bəyanatı: Avropa hərbi qanadı formalaşır, yoxsa sadəcə siyasi mesajdır?

Makronun bəyanatı: Avropa hərbi qanadı formalaşır, yoxsa sadəcə siyasi mesajdır?

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron “RTL” radiostansiyasına müsahibəsində bildirib ki, bir çox insan Fransanın Ukraynaya qoşun göndərəcəyindən qorxur.

“Düşünürəm ki, fransızlar vahiməyə düşməməlidir. Görürəm ki, bir çox insanlar qorxur ki, biz Ukraynaya qoşun göndərəcəyik. Bu belə deyil”, – o deyib.

Bununla belə, o, döyüş əməliyyatları başa çatdıqdan sonra Ukraynanın təhlükəsizliyini təmin etmək və ordu üçün təlim keçmək üçün planlaşdırılan “çəkindirmə qüvvələri”ndə Fransa qoşunlarının iştirakını istisna etməyib.

Bu, NATO daxilində xüsusi “Avropa qanadı”nın hərbi fəallaşması kimi qiymətləndirilə bilər, yoxsa sadəcə kommunikativ jestdir?

Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya “qoşun göndərməyəcəyik, amma döyüşlərdən sonra mümkün çəkindirmə qüvvələrində iştirak edə bilərik” mesajı əslində Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı iki paralel prosesə işarə edir.

Birinci versiya budur ki, bu, Avropa daxilində NATO-dan qismən müstəqil və ya NATO çərçivəsində daha aktiv “Avropa qanadı”nın formalaşmasına doğru atılan real addımdır.

Digər ehtimal isə bundan ibarətdir ki, Makronun bəyanatı daha çox psixoloji, kommunikativ və siyasi təsir məqsədi daşıyır, real hərbi planın göstəricisi deyil. Bir növ bu cür açıqlama ilə daxili ictimaiyyət sakitləşdirilir. Fransızların böyük qismi müharibəyə hərbi müdaxiləyə kəskin qarşıdır. Makron bir tərəfdən onları sakitləşdirir (“qoşun göndərmirik”), digər tərəfdən siyasi iradə nümayiş etdirir (“amma təhlükəsizlik missiyasında iştirak edə bilərik”).

Bir sözlə, belə demək olarsa, Makronun açıqlaması nə tam hərbi planın açıq elanıdır, nə də sırf kommunikativ jest. Bu, Avropanın gələcək təhlükəsizlik arxitekturası ilə bağlı “psixoloji torpaq hazırlığıdır”.

Elmar

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Noyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri