Icma.az
close
up
RU
Makronun “Hörmüz həmləsi” Tramp və İran Fransanı boğaza buraxacaqmı?

Makronun “Hörmüz həmləsi” Tramp və İran Fransanı boğaza buraxacaqmı?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Xarici siyasətdə yumşaq desək, bəxti o qədər də gətirməyən Fransa Prezidenti Emmanuel Makron “beynəlxalq səylərini” davam etdirir. Bu dəfə o, dünyanın iqtisadi və siyasi xəritəsində ən həssas nöqtələrdən birinə çevrilmiş Hörmüz boğazında “qayda-qanun yaratmağa” girişib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb və onu Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq missiya yaratmaqla bağlı Fransa-Britaniya planını nəzərdən keçirməyə və İranı Hörmüz boğazında naviqasiya təhlükəsizliyini təmin etmək üçün beynəlxalq missiyaya qoşulmağa dəvət edib.

Fransa Prezidentinin sözlərinə görə, missiya çoxmillətli olacaq və müharibə edən tərəflərdən asılı olmayacaq. Bu da gəmi sahiblərinin və sığortaçıların etimadını bərpa etməyə kömək edəcək.

O qeyd edib ki, belə bir missiyanın yaradılması nüvə və raket məsələləri üzrə danışıqlarda, eləcə də regiondakı vəziyyətlə bağlı irəliləyişi asanlaşdıra bilər.

"Mən İran prezidentini bu fürsətdən istifadə etməyə dəvət etdim və bu məsələni Prezident Donald Trampla müzakirə etmək niyyətindəyəm", - Makron deyib.

Fransa Prezidenti həmçinin bütün tərəfləri Hörmüz boğazının blokadasını dərhal və qeyd-şərtsiz ləğv etməyə çağırıb.

Avropa Siyasi Birliyinin sammitində Makron Hörmüz boğazından maneə törədilmiş gəmiləri çıxarmaq üçün ABŞ əməliyyatında iştirak etməmək niyyətində olduğunu açıqlamışdı. Hətta Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün beynəlxalq missiya planları çərçivəsində, “Şarl de Qoll” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi Fransa gəmi qrupu Süveyş kanalından keçərək Qırmızı dənizin cənubuna doğru yola düşüb. Lakin məlum olduğu kimi, Tramp bu əməliyyatı yarımçıq saxladı.

Hazırda Trampın və İranın Makronun “xidmətində” nə dərəcədə maraqlı olduğunu söyləmək çətindir. Xüsusilə də Fransanın da daxil olduğu NATO tərəfdaşlarından gileylənən Ağ Evin Hörmüzdə təşəbbüsü Parisə, yaxud başqa bir Avropa paytaxtına verəcəyi inandırıcı görünmür. Digər yandan, etiraf edilməlidir ki, Makronun və Fransanın nə çəkisi, nə də nüfuzu bu cür qlobal əhəmiyyətli məsələlərin həllində aparıcı rol oynamağa çatacaq qədər deyil…

Xatırladaq ki, Fransa başçısının 3-5 may tarixlərində İrəvanda olarkən 30 ildir bağlı qalan Ermənistan-Türkiyə sərhədini quru yolla keçərək, birbaşa Rəcəb Tayyib Ərdoğanla görüşə getmək, bununla da bir növ “tarixə düşmək” istədiyi məlum olub. O da məlum olub ki, rəsmi Bakı ilə məsləhətləşmədən sonra Türkiyə başçısı bu planı rədd edib.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 May 2026 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri