Icma.az
close
up
RU
​Dağılan Paris və Makronun “son rəqsi” Fransanı ağuşuna alan xaosun detalları

​Dağılan Paris və Makronun “son rəqsi” Fransanı ağuşuna alan xaosun detalları

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransada davam edən etiraz aksiyaları həm bu ölkəni, həm də bütövlükdə Avropanı düşündürən bir sualı önə çıxarıb: yeni sosial hərəkat yaranır?

Bu, 1968-ci ilin mayında başlanan və təkcə Fransada yox, Avropada sosial, siyasi və mədəni dəyişiklik dalğasına çevrilən etirazlara istinadən ortaya çıxan sualdır, lakin cavabı hələlik birmənalı deyil. Çünki 58 il öncəki hadisələrlə bu gün baş verənlər arasında oxşarlıqlar olduğu kimi, fərqlər də var. 1968-ci il etirazlarından fərqli olaraq, indi Fransadakı etirazlar hələki uzunmüddətli prosesə çevrilməyib, iqtisadiyyatın əsas sahələrinin fəaliyyətinə çətinliklər yaranmayıb, eyni zamanda, ortada vahid təşkilatlanma və proqram yoxdur. Etirazçıları birləşdirən son 8 ildə getdikcə kəskinləşən sosial problemlər və onların həll edilməməsidir. Hərçənd, aksiyalarda 58-ci il öncəki tətillərlə paralelik aparmağa imkan verən səbəblər də az deyil.

- 1968-ci ilin may aksiyası Nanter, ardınca Sorbonna universitetində tələblərin etirazları ilə başlanmışdı, 58 il sonra Paris ətrafındakı məktəblərdə şagirdlərin və müəllimlərin etirazı başlanğıc oldu.
- Hər iki dövrdə gənclərin tələbləri arasında bənzərlik var: 58 il öncə fransalı gənclər təhsil sistemindəki məhdudiyyətlərdən, çətinliklərdən narazı idilər, indi də məktəblərdə müəllim çatışmazlığı, şagird sayının çox olması, təhsil müəssisələrindəki vəziyyət, universitetə qəbulda problemlər etirazlara səbəb oldu.
- Hər iki dövrün aksiyasında polisin müdaxiləsi etirazların kütləviləşməsinə zəmin yaradıb.
- 58 il öncə də tələbələrin aksiyası fəhlələrin dəstəyi ilə kütləviləşdi, indi də məktəblilərin etirazları digər sosial təbəqələrin dəstəyi ilə böyüyüb.

Və ən mühüm məqamlardan biri 1968-ci il etirazlarının Avropada yaratdığı dəyişiklik dalğasının yenidən təkrarlanma ehtimalıdır. İtaliya, İspaniya, Belçika və Albaniyadakı sosial etirazlar hələki lokal xarakter daşısa da, Fransa nümunəsinin bütün qitəyə yayılması mümkün ssenarilərdən biri kimi qiymətləndirilir.

Fransada baş verənlərdə əsas diqqətçəkən məqamlardan biri sosial problemlərin nəsildən nəsilə keçməsidir. “Le Monde” nəşrinin Bezanson şəhərində Vuillaume ailəsindən hazırladığı reportaj mövcud mənzərəni izah edən ən real nümunələrdən hesab edilə bilər.

55 yaşlı Fred 2018-ci ildən “Sarı jiletlilər” hərəkatının iştirakçıdır. O, həyat yoldaşı Stefani ilə 2019-ci ildə “Sarı jiletlilər”in aksiyasında tanış olub. Stefaninin oğlu Leonun həmin vaxt 13 yaşı vardı. Hazırda 19 yaşlı Leo tələbədir. Fredin proqramçı olan 25 yaşlı oğlu Kilian isə işini yeni itirib. Nəşr ailəni Fransadakı narazıların birləşməsinin simvolu adlandırır: “Sarı jiletli” olan valideynlər, təhsil sistemindən və əmək bazarındakı problemlərdən əziyyət çəkən övladlar.

Bu, Fransadakı sosial narazılığın bir təbəqənin, yaxud bir nəslin problemi olmadığını göstərir. Eyni zamanda, məktəblərdən başlanan etirazlara digər sosial qrupların qoşulmasının və aksiyanın genişlənməsinin səbəblərini də ortaya çıxarır.

- Təhsil sistemindəki problemlər;
- İşsizlik və əmək bazarındakı çətinliklər;
- Yaşayış xərclərinin artması və s.

Vuillaume ailəsinin üzləşdiyi bu məsələlər əslində Fransada etiraz edən kütlənin problemidir. Bu problemlər Emmanuel Makronun hakimiyyətə gəldiyi 2017-ci ildən sonra tədricən kəskinləşən sosial çətinliklərin davamı hesab oluna bilər. 2018-ci ildən günümüzə qədərki aksiyaların ardıcıllığı da bunu göstərir.

2018-ci il: yanacaq qiymətlərinin artmasına etiraz olaraq başlanan aksiyalar qısa müddətdə hökumətin sosial-iqtisadi siyasətinə qarşı mübarizə aparan “Sarı jiletlilər” hərəkatına çevrildi. Nəticədə yanacaq vergisinin artırılması qərarı təxirə salındı.
2019-cu il: hökumətin pensiya islahatlarına qarşı ümumxalq etirazları keçirildi. Genişmiqyaslı etirazlar fonunda hökumət islahatları təxirə salmalı oldu.
2020-ci il: COVİD-19-a görə tətbiq edilən məhdudiyyətlər etirazların kütləviliyini azaltsa da, səhiyyə işçilərinin maaş tələbləri, polis zorakılığı və irqi ayrı-seçkilik, pandemiya dövründə iş yerlərinin qorunması və sosial təminat kimi məsələlərə görə nümayişlər davam etdi.
2021-ci il: COVİD pasportu və məcburi peyvənd etirazlara səbəb oldu.
2022-ci il: enerji qiymətlərinin artması, inflyasiya və yaşayış xərclərinin yüksəlməsi sosial narazılığı yenidən gücləndirdi.
2023-cü il: pensiya islahatlarına qarşı kütləvi etirazlar keçirildi. Bu, milyonlarla insanın iştirak etdiyi ən böyük etirazlardan biri kimi tarixə keçib. Həmin il 17 yaşlı əlcazairli Nahel Merzokun polis tərəfindən güllələnərək, öldürülməsinə qarşı da genişmiqyaslı etirazlar oldu.
2024-cü il: yanacaq və gübrələrin qiymətinin artması fermerlərin kütləvi etiraz aksiyalarına səbəb oldu.
2024-cü ilin iyun-iyul ayları: Avropa Parlamentinə seçkilərdə sağçıların uğur qazanmasından sonra Fransa prezidenti Emmanuel Makronun növbədənkənar parlament seçkiləri təyin etməsi solçuların aksiyalarla müşahidə edilən etirazlarına yol açdı.
2025-ci il: hökumətin büdcə kəsirini azaltmaq, dövlət xərclərini məhdudlaşdırmaq və bir sıra sosial xidmətləri təxirə salmaq qərarı küçə etirazlarını yenidən körüklədi.

Və nəhayət, 2026-cı ilin sentyabr-oktyabrında məktəblərdən başlanaraq, kütləviləşən etiraz aksiyaları Fransanı ağuşuna alıb.

2018-ci ildən etibarən keçirilən etirazlarda səbəblər və tələblər, eləcə də iştirakçı kontinenti müxtəlif olub. 17 oktyabr aksiyası isə narazı təbəqələrin küçəyə çıxması ilə Fransada son 8 illik dövrdəki sosial etirazın birləşmə nöqtəsi hesab olunur. Bu etirazların 1968-ci ildə başlanan prosesin təkrarı olub-olmayacağını hadisələrin inkişafı – narazı təbəqələrin vahid proqram ətrafında birləşməsi və təşkilatlanma bacarığı müəyyənləşdirəcək. Çünki son 8 illik dövrün aksiyaları nə qədər kütləvi olsa da, sosial hərəkata çevrilə bilməyib.

Baş verənlərin siyasi nəticələrinin olacağı isə qaçılmaz görünür, xüsusilə prezidentlik dövrünün son aylarını keçirən Makron üçün. Çünki 2027-ci ildə postunu təhvil verəcək Makronu təkcə opponentləri yox, tərəfdarları da günahkar elan edir. Misal üçün, Makronun düşərgəsindən olan keçmiş deputat Loik Kervran bildirib ki, prezident 2024-cü ildə parlamenti buraxmaqla bağlı absurd qərar verməklə ölkəni iflic vəziyyətinə saldı. “Bu, Beşinci Respublikanın tarixində verilən ən pis qərardır”, - o bildirib.

Makron 2024-cü ildə Avropa Parlamentinə seçkilərdə ultra sağçıların mövqelərinin güclənməsindən sonra Milli Assambleyaya növbədənkənar seçkilərin keçirilməsi qərarını verməklə “əlini gücləndirmək” istəyirdi. Seçkinin nəticəsində nə öz komandası, nə sağçılar, nə də solçular parlament çoxluğunu qazana bilmədi. Fransada 2025-ci il dövlət büdcəsinin müəyyənləşməsi zamanı yaranmış böhranın səbəbi də bundan qaynaqlanır. Çünki parlament çoxluğunun olmaması hökumətin qərarlarının qəbul edilməsində əsas maneəyə çevrilib. Hərçənd, Makronun səhvləri bununla yekunlaşmır.

Fransada rifahın təmin edilməsi vədi ilə hakimiyyətə gələn Makron aşağı təbəqənin maraqlarını nəzərə almamaqda, əvəzində varlı təbəqəyə xidmət etməkdə ittiham olunur. 2018-ci ildə varlıların maraqlarına uyğun olan sərvət vergisinin ləğv edilməsi belə qərarlardan biridir. Makronun 2024-cü ildə Konstitusiyanın 49,3-cü maddəsindən (hökumətin qanun layihəsini parlamentə təqdim etmədən qəbul etməsi) istifadə edərək, pensiya yaşını 62-dən 64-ə qaldırmaq qərarı da xalqın mövqeyini nəzərə almamaq kimi qəbul edilir.

Emmnuel Makron kütləvi etirazlarla yadda qalan 10 illik hakimiyyətini bir neçə ay sonra təhvil verəcək. Lakin özündən sonra həm lideri olduğu mərkəzçi qüvvələr, həm də Fransa üçün ağır miras qoyduğu məlumdur.
Nəriman

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Oktyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri