Icma.az
close
up
RU
Makronun Si Cinpini G7 yə dəvəti: Fransanın diplomatik balans oyunu

Makronun Si Cinpini G7 yə dəvəti: Fransanın diplomatik balans oyunu

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Fransa Prezidenti Emmanuel Makron 2026-cı ildə Fransada keçiriləcək G7 sammitinə Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpini dəvət etməyi planlaşdırır.

“Bloomberg”in məlumatına görə, Makron bu addımla “səssizliyə batmaqda olan G7”-ni yenidən aktivləşdirmək istəyir. Bildirilir ki, Si Cinpinə dəvət gərginliyə səbəb ola bilər.

Bəs görəsən, bu addım Fransa üçün hansı diplomatik qazanc və ya riskləri daşıyır?

Ümumi götürsək, Makron uzun müddətdir ki, Fransanı ABŞ ilə Çin və Rusiya arasında balans yarada bilən güc mərkəzi kimi təqdim etməyə çalışır. Si Cinpini G7-yə dəvət etməklə, o, həm Fransanı dialoq təşəbbüskarı kimi önə çıxarır, həm də Avropa İttifaqına diplomatik müstəqillik imici qazandırır. Üstəlik, ABŞ-dən fərqli olaraq, “qarşıdurma yox, danışıq” siyasəti yürütmək istədiyini göstərir.

Bu da Fransa üçün həm qlobal reputasiya qazanmaq, həm də Avropa diplomatiyasını yenidən aktivləşdirmək şansı deməkdir.

Ancaq burada başqa bir məqam var. Belə ki, bu dəvət Vaşinqton və Tokioda narazılıq doğura bilər. Çünki ABŞ Çinlə rəqabəti strateji prioritet hesab edir, Yaponiya isə Çinlə Tayvan və dəniz sərhədləri məsələsində ciddi gərginlik yaşayır. Bu baxımdan, Makronun addımı Qərb birliyində çatlar yarada bilər.
Vaşinqton bunu Fransa tərəfindən “strateji xəttdən yayınma” kimi qavraya bilər.

Nəticə olaraq onu demək olar ki, Makronun bu addımı Fransa üçün “çox incə diplomatik balans oyunu” deməkdir Əgər uğurlu alınsa, Fransa qlobal vasitəçi kimi yeni status qazanacaq. Uğursuz olarsa, həm ABŞ ilə münasibətləri gərginləşdirəcək, həm də G7-nin birliyini zədələyə bilər.

Afət

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Noyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri