Icma.az
close
up
RU
WSJ: “İqtisadçının sözləri Si Cinpini

WSJ: “İqtisadçının sözləri Si Cinpini

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The Wall Street Journal (WSJ)” qəzetinin yazdığına görə, Çinin lideri Si Cinpin Pekinin ölkənin iqtisadi artım məlumatlarını şişirtdiyini iddia edən çinli iqtisadçı Qao Şanvenin sözlərindən qəzəblənib.
Mənbələrin dediyinə görə, Si Cinpin Çində son illərdə real ÜDM-in artım templərinin rəsmi qiymətləndirmələrdən iki dəfədən çox aşağı olması ehtimalını səsləndirən iqtisadçının cinayət məsuliyyətinə cəlb olunmasının əmr edib.
“Çin iqtisadiyyatının real artımının dəqiq göstəricilərini bilmirik. Təxmin edirəm ki, real ÜDM artımı son iki-üç il ərzində orta hesabla təxminən 2% təşkil edib, baxmayaraq ki, rəsmi rəqəm 5%-ə yaxındır”, - Qao Şanvenin ötən ilin dekabrında Vaşinqtonda keçirilən forumda iddia edib.
ÇXR-in sədrini daha da qəzəbləndirən məqamın isə Qaonun Çin rəhbərliyinin iqtisadi artımı stimullaşdırmaq üçün zəruri addımları atmaq qabiliyyətini şübhə altına alması olduğu bildirilir. Ekspert Pekinin bununla bağlı səylərini “opportunizm” addımlar kimi qiymətləndirib.
- Düşünmürəm ki, onlar vəd etdiklərini inamla yerinə yetirə bilərlər”, - çinli iqtisadçı deyib.
WSJ qeyd edir ki, Çin hakimiyyətinin iqtisadi siyasəti tənqid edən və ya ölkə iqtisadiyyatındakı problemləri göstərənlərə qarşı bu cür hərəkətləri ilk dəfə deyil. Məsələn, keçən il iqtisadçı Çju Henpen özəl çat söhbətində Si Cinpinin iqtisadiyyatda atdığı addımlarla bağlı tənqidi mesajlara görə istintaqa cəlb olunub.
“Çin iqtisadiyyatı həddən artıq izafi güc və zəif tələblə üzləşir. Bu isə şirkətlərin qiymətləri azaltmasına, investisiyaları təxirə salmasına və işçilərini ixtisar etməsinə səbəb olur. Belə siyasət xərcləri daha da azaldır və alıcıların qiymətlərin daha da aşağı düşməsini gözləyərək satınalmalarını gecikdirməsini şərtləndirir”, - WSJ keçən ilin dekabrında yazmışdı.
“Associated Press” agentliyi, öz növbəsində, xəbər verir ki, Çin yeni ildə iqtisadi artımı stimullaşdırmaq üçün bir sıra tədbirlər görüb. Bunlara köhnə avtomobillər, məişət texnikası və smartfonlar üçün təkrar emal proqramlarının genişləndirilməsi; yerli məmurlar tərəfindən sahibkarlıq subyektlərinin “özbaşına yoxlamaları”na qarşı mübarizənin gücləndirilməsi, sahibkarlıq subyektlərinə münasibətdə vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması; dollara münasibətdə yuanın məzənnəsinin zəifləməsi kursunun dəstəklənməsi və bu kimi addımlar daxildir.
ABŞ hakimiyyətinə yaxınlığı ilə seçilən WSJ-nin ÇXR-in sədri Si Cinpinin guya çinli iqtisadçının “obyektiv” qiymətləndirməsindən qəzəbləndiyi və onun barəsində istintaqa başlanması əmrini verdiyini iddia etməsi böyük şübhə doğurur. Belə ki, ABŞ-nin gələcək prezidenti Donald Trampın Çinə qarşı iqtisadi savaşa hazırlaşması fonunda rəsmi Pekinin iqtisadi kursunu şübhə altına qoyan iddiaların dərc edilməsi hibrid müharibələrin çox vacib tərkib hissəsi rolunu oynayır.
Yeri gəlmişkən, son vaxtlar Amerikanın bəzi KİV-ləri, o cümlədən da WSJ dəfələrlə yalan xəbərlər, amerikalı yüksək vəzifəli məmurların və ya özlərinin təxəyyüllərinin məhsulunu həqiqət kimi tirajlamaqda olunublar.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://azvision.az
archiveBu xəbər 09 Yanvar 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see738

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see543

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see305

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see287

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see274

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see271

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see267

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see267

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see259

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see223

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see191

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see186

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see175

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri