Icma.az
close
up
RU
Makronun telefon zəngi sülhə yox, Paşinyana “sərmayə”dir

Makronun telefon zəngi sülhə yox, Paşinyana “sərmayə”dir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Ermənistan baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Hayastan baş nazirinin ofisindən “Armenpress”ə verilən məlumata görə, görüşdə Ermənistan–Fransa ikitərəfli münasibətlərinə, regional və beynəlxalq gündəliyə aid məsələlər müzakirə olunub.

Paşinyan Makrona iki ölkə arasında münasibətlərin inkişafına verdiyi şəxsi töhfələrə görə təşəkkür edib. Tərəflər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı daha da canlandırmaq barədə razılığa gəliblər. Fransa Prezidenti Ermənistanda həyata keçirilən islahatlar proqramını və Paşinyan hökumətinin qəbul etdiyi sülh strategiyasını dəstəklədiyini bildirib.

Bundan sonra həm E.Makron, həm də N.Paşinyan “X” mikrobloqlarında telefon danışığını qiymətləndirən paylaşımlarla çıxış ediblər. Makron telefon danışığını müsbət dəyərləndirdiyini bildirib. O, Ermənistan baş naziri ilə çox yaxşı telefon danışığı apardığını qeyd edib: “Mən Ermənistan demokratiyasını pozmaq cəhdlərinə qarşı mübarizədə Fransanın həmrəyliyini ifadə etdim. Həmçinin onun Azərbaycanla sülhün bərqərar olması və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində göstərdiyi cəsarətli səylərə dəstəyimizi bir daha təsdiqlədim. Sülh və açıq sərhədlər bütün region üçün mühüm hadisə olacaq”.

Telefon danışığının təfərrüatlarını təqdim edən Paşinyan isə bildirib ki, E.Makronla söhbət zamanı ikitərəfli, regional və beynəlxalq gündəliyin əsas məsələləri, o cümlədən sülh strategiyası müzakirə olunub: “Mən ona əlaqələrin möhkəmləndirilməsində şəxsi töhfəsinə görə təşəkkür etdim”.

***

İki ölkə lideri arasında baş tutmuş telefon danışığında bir neçə mühüm nüans diqqəti cəlb edir. Hesab etmək olar ki, bu, təkcə diplomatik protokol qaydasının tələbi olan ikitərəfli münasibətlərin müzakirəsi deyil, həm də Fransanın regiondakı yeni mövqelərinin konturlarının növbəti dəfə cızılmasına cəhddir. Makronun açıqlamasında “Ermənistan demokratiyasını pozmaq cəhdlərinə qarşı Fransanın həmrəyliyi” ifadəsi, əslində, Ermənistandakı daxili qarşıdurmalara və Paşinyanın revanşist müxalifətlə mübarizəsinə birbaşa dəstək kimi səslənir. Bu, Fransanın, faktiki olaraq, Ermənistanın daxili siyasətinə açıq müdaxilə səviyyəsində çıxış etdiyini göstərir. Halbuki əsl demokratiya yalnız hakimiyyətə dəstək verməklə deyil, həm də müxalif fikirlərin sərbəst ifadəsinə şərait yaratmaqla ölçülür.

Telefon danışığında Makronun Azərbaycanla sülh istiqamətində aparılan danışıqlara “dəstək verdiklərini” bildirməsi isə təzadlı görünür. Çünki Fransa Senatının və Milli Assambleyasının bir neçə dəfə Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamələr, eləcə də Fransanın Avropa İttifaqında və BMT-də Bakıya qarşı göstərdiyi açıq təzyiqlər bu “dəstəyin” formal diplomatik cümlədən ibarət olduğunu göstərir. Əgər Fransa həqiqətən də Cənubi Qafqazda sülh istəyirsə, o zaman Ermənistanı destruktiv ritorikadan çəkindirməli və Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası kimi proseslərdə obyektiv mövqe tutmalıdır.

Paşinyanın “Makronun şəxsi töhfəsi” ifadəsi, əslində, Ermənistan–Fransa münasibətlərinin rəsmi formatdan çıxaraq şəxsi münasibətlər səviyyəsində qurulduğunu göstərir. Bu da onu göstərir ki, bir ölkənin siyasi xəttini başqa ölkə liderinin şəxsi iradəsinə bağlamaq ciddi risklər yarada bilər.

Telefon danışığını həm də Fransanın regionda itirdiyi nüfuzunu Ermənistan vasitəsilə kompensasiya etmək cəhdi adlandırmaq mümkündür. Azərbaycan və Türkiyə ilə münasibətləri pozulmuş, Gürcüstanla əlaqələri məhdud olan Makron hökuməti Cənubi Qafqazda “demokratiya qalası” kimi yalnız Paşinyanı görməkdədir. Lakin Fransa bu yolla regionda real sülhə deyil, daha çox Paşinyanın hakimiyyətini qoruma strategiyasına xidmət edir.

Fransa Prezidentinin Paşinyanın “sülh strategiyasına” dəstək verdiyini bəyan etməsi ilk baxışda pozitiv görünsə də, əslində ziddiyyətli yanaşmadır. Çünki bu “sülh strategiyası” hələ də real nəticələr verməyib və Ermənistan tərəfi konkret öhdəliklərdən yayınmaqda davam edir. Makronun bu dəstəyi daha çox Paşinyanın hakimiyyətini gücləndirməyə yönəlmiş siyasi jest kimi görünür. Əgər Fransa həqiqətən islahat və sülh prosesinə töhfə vermək istəyirsə, Ermənistanı öhdəliklərini yerinə yetirməyə təşviq etməlidir. Hazırkı vəziyyətdə isə Makronun bəyanatı Paşinyanın daxili və xarici legitimliyini artırmaq məqsədi daşıyır. Bu, sülhdən çox siyasi manevr və təsir uğrunda mübarizəyə bənzəyir.

***

Paşinyan və Makron bir-birinin ünvanına təriflər yağdırarkən Rusiya–Ermənistan münasibətlərində mövcud böhranın daha da dərinləşdiyi diqqətdən yayınmır. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov dünən Erməni Apostol Kilsəsi ətrafındakı vəziyyəti şərh edərkən “bu münaqişə həll olunmalıdır” - deyib. Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən Lavrov jurnalistlərə deyib: “Rusiya kilsənin əsassız hücumların hədəfinə çevrilməməsində maraqlıdır. Biz Ermənistanda baş verənlərin hər biri ilə bağlı ciddi narahatlığımızı ifadə etmişik. Təbii ki, bu, qonşularımızın daxili işidir, lakin min illər tarixi olan apostol kilsəsinə qarşı hücumlar ciddi narahatlıq yaradır. Kilsə ənənəvi olaraq erməni cəmiyyətinin əsas sütunlarından biri olub və biz onun faktiki olaraq, heç bir ciddi səbəb olmadan əsassız hücumlara məruz qalmasını istəməzdik”.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə rusiyalı həmkarına sərt cavab verib. İrəvanda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla birgə mətbuat konfransında Mirzoyan deyib: “Hörmətli həmkarım Sergey Lavrovun şərhi ilə qısaca tanış oldum. Cənab Lavrovun məlumatları düzgün və dolğun deyil. Səhv etmirəmsə, o, “hakimiyyətin kilsəyə qarşı mübarizəsi” ifadəsini işlədib. Cənab Lavrovun məlumatları həqiqətə uyğun deyil. Ermənistanda hakimiyyətin kilsəyə qarşı hər hansı mübarizəsi yoxdur. Lavrovun nəzərdə tutduqları çox güman ki, bir neçə kilsə xadiminin siyasətə müdaxiləsi və onların qanunsuz çevriliş cəhdlərində iştirakı və ya təşəbbüsü ilə bağlıdır. Bu, hüquqi prosesdir və Ermənistanın daxili işidir. Yaxşı olardı ki, Rusiya XİN Ermənistanın daxili işlərinə və daxili siyasətinə qarışmasın. Rusiyanın rəsmi şəxsləri, parlamentariləri və media ekspertləri Ermənistanın suverenliyinə hörmətlə yanaşmalı və özlərinə bir daha bizim daxili işlərimizə qarışmaq imkanı tanımamalıdırlar”.

Beləliklə, Paşinyan və Makronun qarşılıqlı tərifləri fonunda Rusiya–Ermənistan münasibətlərindəki böhranın dərinləşməsi açıq şəkildə hiss olunur. S.Lavrovun Erməni Apostol Kilsəsi ilə bağlı aparılan istintaqa dair narahatlığı Moskvanın bu institut vasitəsilə Ermənistandakı təsir imkanlarını qorumağa çalışdığını göstərir. Lavrov kilsəni “erməni cəmiyyətinin sütunu” kimi təqdim etməklə, faktiki olaraq, revanşist dairələrin müdafiəsinə qalxır. A.Mirzoyanın sərt reaksiyası isə Kremlin Ermənistanın daxili işlərinə təsir etməsinə qarşı rəsmi İrəvanın getdikcə artan narazılığını əks etdirir. Mirzoyan ilk dəfədir ki, bu qədər açıq və kəskin şəkildə “daxili işlərə qarışmayın!” mesajını verir. Onun kilsə xadimlərini “çevriliş təşəbbüskarları” kimi təqdim etməsi daxildə siyasi qarşıdurmanın nə qədər dərinləşdiyini nümayiş etdirir. Ermənistan rəhbərliyi artıq Rusiyadan gələn təhdidləri “suverenliyə müdaxilə” kimi dəyərləndirməyə başlayıb. Bu, Ermənistanın Qərbə inteqrasiyasının sürətləndiyini və Moskvanın regiondakı təsirini itirdiyini göstərən daha bir bariz nümunədir.

Fərhad MƏMMƏDOV, 
politoloq

– Ermənistanda siyasi proseslər sürətlə inkişaf edir. Paşinyan iqtidarı qəti hərəkətləri ilə müxalifətin istənilən təzahürlərini neytrallaşdırır: Parlament müxalifətinin liderlərinə qarşı cinayət işi başlanıb, kilsə xadimləri saxlanılıb, katolikosa qarşı kampaniya aparılır, Rusiyanın zəngin ermənisi həbs edilib. Rusiyadan gələn xarici təsir prosesin seçkiyə getməsinin qarşısını almağa yönəlib. Paşinyanın sərt reaksiyası da məhz bundan qaynaqlanır.

Əgər Ermənistandakı siyasi proseslərə kənar təsir, yəni Rusiyanın revanşistlərə “stavka” etməsi olmasaydı bu məsələ Azərbaycanda reaksiya doğurmazdı. Bakıda çox yaxşı başa düşürlər ki, “müxalifətçilər” və “ictimai fəallar” adı altında gizlənənlər Moskvanın peşəkar marionetləridir. Ona görə də Azərbaycanın mövqeyi aydındır: Biz hər şeyi görürük, hamını tanıyırıq və hər şeyə hazırıq.

Səxavət HƏMİD 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyul 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri