Icma.az
close
up
RU
Makronun ucuz populizmi və Ermənistan üçün ən doğru yol

Makronun ucuz populizmi və Ermənistan üçün ən doğru yol

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa Prezidentinin dedikləri, demək istəmədikləri və deyə bilmədikləri

Fransa Prezidenti Emmanuel Makronun Ermənistandakı nitqi hay elektoratına ünvanlanmış və onu qarşıdan gələn parlament seçkilərində Baş nazir Nikol Paşinyan iqtidarına etimad göstərməyə çağıran təntənəli manifestdir. Bu manifestin “artıq” və əskik tərəflərindən söz açacağıq.

Aydındır ki, Makronun çağırışında sadə erməniləri “Rusiya imperializminin cəngindən” xilas yolunu müəyyənləşdirməyə səsləyən motiv var. Maraqlı məqam mövcud xüsusda bəzi reallıqların diqqətə çatdırılmasıdır. Bəzi məqamlar da var ki, Fransa prezidentinin həmin məqamların üzərindən keçməsi qeyri-müəyyənlik yaradır və bu, istər-istəməz, onun dediklərinin səmimiyyət yükünü azaldır.

Məsələn, Makron 2020-ci ilin 44 günlük müharibəsindən söz açarkən bildirir ki, Rusiya savaşda erməniləri tək qoydu. Sən demə, Fransa əlindən gələni edibmiş, amma yekunda bir nəticə hasil olmayıbmış. Doğrudur, Paris Ermənistanın işğal olunmuş torpaqları əldən verməməsi, ümumən, Qarabağı itirməməsi naminə hər yola, hətta, hər cür həyasızlığa əl atdı. Yenə Avropa Parlamentinin timsalında “köhnə qitə”nin bir sıra təsisatlarının Qarabağ ermənilərinin geri qayıdışı hüququndan dəm vurduqlarını görürük və bütün bunlar avantüra keçmişinin xiffətindən qaynaqlanır.

Yəni Fransanın imkanı olsa, Qarabağ münaqişəsinə rəvac verər. Amma baxın ki, Makron hazırda İrəvanda sülhdən və barış içərisində yaşamaqdan danışır. Halbuki bu məqama o, daha əvvəldən gəlsəydi, səmimi görünərdi. İndiki mənzərə isə Fransa dövlət başçısının miskinlik və acizlik səhnəsindən başqa bir şey deyil.

Əslində, məsələyə mövcud kontekstdən yanaşsaq, erməni elektoratı üçün Makronun sülh manifesti qıcıq doğurmalıdır. Axı, səmimiyyət yükü olmayan hər şeydə qıcıq təmayülü var. Ümid edirik ki, Fransa Prezidentinin dedikləri sadə ermənilərdə əks-effekt yaratmayacaq. Həm də ona görə ümid edirik ki, hazırda Bakı-İrəvan sülhü də böyük ölçüdə, hansısa kənar qüvvənin deyil, Ermənistan iqtidarının öz iradəsinin məhsulu, nəhayət, reallıqları görmək qabliyyətinin nəticəsidir. Makronların ümidinə qalsaydı, reallıqlar hələ də məchulluq girdabında boğulurdu.

Deməli, Makronun Ermənistanda bildirdikləri onsuz da gedilən sülh yoluna, bir növ, ortaqlıqdır. Onun dilə gətirdiyi fikirlər ölkəsini Ermənistan vasitəsilə Cənubi Qafqaz siyasi coğrafiyasına pərçimləməkdir. Baxın, iş o yerə çatıb ki, Fransa kimi böyük ölkənin rəhbəri bu məqsədlə, loru dildə desək, Ermənistana yaltaqlanır. Hər halda, Paşinyanın seçki qalibinə çevrilməsindən Makronun da gələcəyinin asılılığını bildirməliyik. Amma olsun, buna bir sözümüz yoxdur. Çünki bəzən siyasət rolları dəyişdirir.

Hazırda İrəvanın, böyük anlamda, Parisə heç ehtiyacı yoxdur. Ermənistanın ehtiyac duyduğu öz qonşularıdır: Azərbaycan, Türkiyə, Gürcüstan, İran və müəyyən mənada Rusiya. O ölkələr ki, tarixən regionla bağlıdırlar. Qalır erməni ictimai rəyinin bu bağlılığı səmimi-qəlbdən qəbul edib adekvat davranması, konkret desək, ermənilərin yaxın qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşamağı öyrənmələri. O şərait ki, həm də böyük və davamlı rifah vəd edir.

Əlbəttə, Fransa Prezidentinin fikirlərində ancaq qeyri-səmimi çalarlar axtarmaq məramından uzağıq. Bəlkə, o, ermənilərə fransızca olsa da, başa düşdükləri qaydada nələrisə anlatdı. Məsələn, Makron, faktiki olaraq, Azərbaycanın güclü dövlət olduğunu etiraf etdi. Ancaq Azərbaycan həm də o səbəbdən güclüdür ki, onun rəhbərliyinin illərdir səsləndirdiyi fikirlər bu gün gerçəyə çevrilməkdədir.

Makron bildirir ki, Ermənistan seçdiyi sülh yolunun doğru olduğunu və bu yolla çiçəklənən ölkə quruculuğunun mümkünlüyünü sübuta yetirdi. Bu kimi pafos dolu deyimlərdən, eləcə də Fransa Prezidentinin digər oxşar fikirlərindən gəlinən növbəti qənaət budur ki, Paris Ermənistanı Qərbin Cənubi Qafqazdakı anti-Rusiya qalası kimi təsəvvürə gətirir. Makron məhz bunun təbliğatını aparır. Halbuki belə yanaşma zərərlidir. Axı Ermənistanın Rusiya ilə tarixi bağlılığı da var və Kremldə qıcıq yaratmaq cəhdi yolverilməzdir. Elə təəssürat formalaşmamalıdır ki, əvvəllər Rusiyanın forpostu olan Ermənistan hazırda Qərbin boyunduruğu altındadır. Ermənistan və erməni xalqı keçmişin təzahürlərindən xilas olmağı düşünürsə, məsələnin bu cür qoyuluşu ilə də razılaşmamalıdır.

Fikrimiz ifadə baxımından nə qədər qəribə səslənsə də, İrəvanın Bakının illər əvvəl start verdiyi yolla getməli olduğunu deməliyik. Bu gün Ermənistana təriflər yağdıran Makron bilməlidir ki, Cənubi Qafqaz regionunda müstəqil, bərabərtərəfli, keçmişin müstəmləkəçilik meyillərindən uzaq siyasətin əsasını qoyan Azərbaycandır. Məhz Azərbaycan Heydər Əliyevin müdrikliyinin sayəsində ilk dəfə bu coğrafiyanı dünya üçün açıq qapıya çevirdi. Halbuki tarixin heç bir dövründə belə bir durum yaşanmamışdı. Ulu öndərin diplomatik məharətinin nəticəsi idi ki, regiona Qərb kapitalı ayaq basdı.

Bəli, Qərb dünyası Cənubi Qafqazla heç vaxt indiki qədər sıx təmas və əməkdaşlıq şəraitində olmayıb. Bu durum isə Makronun dediyi kimi, heç də 2018-ci ildə Ermənistanda Baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsini doğuran inqilabın yox, Heydər Əliyev şəxsiyyəti tərəfindən müəyyənləşdirilmiş kursun və həmin kursun Prezident İlham Əliyev tərəfindən böyük məharətlə davam etdirilməsinin və zənginləşdirilməsinin nəticəsidir.

Bu gün Ermənistan, əslində, illər ərzində hansı böyük düzəndə təmsilçilikdən məhrum vəziyyətə düşdüyünün və nə üçün düşdüyünün, işğalıçılıq siyasətinin, kinin, nifrətin və qəzəbin ölkəni inkişafdan geridə qoyduğunun fərqinə varmalıdır. Yəni, sadə ermənilər Makronun ağzını köpükləndirərək dilə gətirdiklərini deyil, vurğuladığımız məqamı əsas götürməlidirlər. Əsas götürülməli, sülh yolunda irəliləməli, barış mühitinin qərarlaşmasına çalışan qüvvəni – hazırkı Paşinyan iqtidarını dəstəkləməli, onu seçki qalibinə çevirməlidirlər. Erməni xalqı Fransa Prezidentinin alayarımçıq diqqətə çatdırdığı reallıqları deyil, məhz bu düşüncəni rəhbər tutub revanşist və şovinistlərin yenidən hakimiyyət kürsüsünə qalxmasına yol verməməli, onlara “yox” deməlidir.

Ə.RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2026 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri