Icma.az
close
up
RU
“Ermənistan kartı”, Makronun “cığallığı” və “qaz savaşı”

“Ermənistan kartı”, Makronun “cığallığı” və “qaz savaşı”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci il yanvarın 1-dən etibarən Ukrayna ərazisindən Avropaya Rusiya qazının nəqli dayandırılıb. 

Rəsmi versiyaya əsasən, Rusiya qazının Ukrayna vasitəsilə Avropa İttifaqına tədarükü ilə bağlı beşillik müqavilənin müddəti başa çatıb. Halbuki "Qazprom"un bir sıra Avropa alıcıları ilə uzunmüddətli razılaşmaları var.

"Qazprom" şirkəti bildirib ki, "Kiyev tərəfdaşları" dəfələrlə bu razılaşmanı uzatmaqdan imtina ediblər. Nəticədə Rusiya şirkəti 2025-ci il yanvarın 1-dən etibarən Ukrayna ərazisi vasitəsilə qaz tranziti üçün texniki və hüquqi imkanlardan məhrum olub.

Qeyd edilib ki, 2025-ci il yanvarın 1-də 2019-cu il dekabrın 30-da imzalanmış sənədlərin – Rusiya qazının Ukrayna ərazisi vasitəsilə nəqli ilə bağlı "Qazprom" ASC və "Naftoqaz Ukrayna" Milli Səhmdar Cəmiyyəti arasında bağlanmış razılaşmanın, həmçinin Rusiya və Ukraynanın qaz nəqliyyat sistemlərinin operatorları – "Qazprom" ASC və "Ukraynanın qaz nəqliyyat sistemi operatoru" MMC arasında əməkdaşlıq sazişinin müddəti başa çatıb.

Artıq Avstriyanın ən böyük qaz qovşağı olan Baumgarten vasitəsilə Rusiya qazının nəqli saatda təxminən 0,03 milyon kubmetrə qədər azalıb. Əvvəl bu göstərici saatda təxminən 0,5 milyon kubmetr idi.

Kim  nə itirdi?

Qeyd edək ki, "Qazprom" şirkəti Ukrayna vasitəsilə Avropaya qaz ixracından hər il 5–6 milyard dollar qazanırdı. Ukraynanın tranzitdən əldə etdiyi gəlir isə təxminən 1 milyard dollar təşkil edirdi.

Pul bəlkə də çox böyük məbləğ deyil, xüsusilə də hərbi xərclər miqyasında. Lakin bu qərar Avropanı ildə 15 milyard kubmetr qazdan məhrum edir ki, bu da Rusiya qazından asılı olan Avropa ölkələri üçün ciddi problemlər yaradır. Qeyd etmək lazımdır ki, Rusiya qazının əsas istehlakçıları Avropa İttifaqı və NATO üzvləri olan Slovakiya, Macarıstan və Avstriya idi.

Avropanın ümumi istehlakı 500 milyard kubmetr qaz təşkil edir və 15 milyard kubmetr bu rəqəmlə müqayisədə çox görünməyə bilər. Amma tək bir ölkənin, xüsusilə də Slovakiya kimi kiçik bir ölkənin miqyasında bu, kritik itki deməkdir.

Təbii ki, bu vəziyyət Avropa birjalarına da təsir edib. London ICE Futures birjasının 31 dekabr tarixli məlumatına əsasən, təbii qazın qiyməti 27 noyabr 2023-cü ildən bəri ən yüksək həddə çataraq min kubmetrə görə 536 dollar oldu. 2024-cü ilin son günündə qaz qiymətlərində artım 4 faizdən çoxdur.

Proses Avropa üçün nəticələrsiz keçmədi: qaz qiymətləri hələ də müharibədən əvvəlki dövrlə müqayisədə yüksəkdir. Sənaye sektoru zərərlə üzləşir və Aİ dünyanın iki böyük iqtisadiyyatı - ABŞ və Çinlə rəqabətdə geri qalır. Nəticədə gəlir artımı ləngiyir, əhalinin narazılığı artır, eləcə də Rusiyayla dostluq etməyi və Ukraynaya dəstəyi dayandırmağı tələb edən ultra-sağçılar populyarlaşır.

Belə bir fonda Ukraynanın energetika naziri Herman Qaluşenkonun tranzitin dayanması ilə bağlı verdiyi təəccüblü sevinc dolu bəyanatı Avropadakı əhval-ruhiyyə ilə ziddiyyət təşkil edir. O, bu qərardan məmnunluğunu gizlətməyərək, "Bu, tarixi bir hadisədir, Avropa artıq Rusiya qazından imtina etmək qərarı verib",- deyib.

Bu sevinc haradan gəlir? 

 Ukrayna iqtisadiyyatı təxminən 1 milyard dollar itirib və ən əsası, onun Avropalı tərəfdaşları zərər görür. Problem necə həll ediləcək?

Yay boyunca bu müqavilənin uzadılması ilə bağlı danışıqlar aparılıb və Ukrayna hakimiyyət orqanları ən azı iki dəfə müqavilənin uzadılacağını bəyan ediblər.

Slovakiya və Macarıstanın qaz alıcıları ilin sonuna qədər tranzit sazişinin müddəti başa çatdıqdan sonra qaz tədarükünün davam etdirilməsi ilə bağlı danışıqlar aparırdılar. Təkliflərdən biri Azərbaycan və Rusiya arasında qaz mübadiləsini nəzərdə tuturdu. 

Hətta Azərbaycan Prezidenti sentyabr ayında İtaliyanın Baş Naziri Corcia Meloni ilə Romada görüşərək, Rusiya və Ukrayna arasında gedən son müzakirələrə dair  nikbinliyini ifadə etmişdi.

"RBK-Ukrayna" nəşri həmin dövrdə öz mənbələrinə istinadən bildirmişdi ki, Kiyev Azərbaycanın və Slovakiyanın – tranzit məsələsində əsas tərəfdaşlarının – Rusiyadan Ukraynanın qaz infrastrukturu obyektlərinə hücumların qarşısının alınmasına dair razılaşma əldə edəcəyini gözləyirdi. Bu tələb Rusiya tərəfindən Ukraynanın qaz anbarlarına dəfələrlə hücumların edilməsindən sonra yaranmışdı və bu, Avropa ticarətçilərinin narahatlığına səbəb olaraq qazın qiymətlərinə təsir etmişdi.

Burada bu mövzunun "şişirdilməsi" qeyd olunmalıdır. Çünki 2022-ci ildə hərbi əməliyyatlar başladıqdan sonra "Naftoqaz" qazın Rusiya nəzarətinə keçmiş iki qazpaylayıcı məntəqədən birini qəbul etməkdən imtina etmişdi. 2024-cü ilin yayında isə "Sudja" adlı ikinci məntəqə Kurks vilayətindəki hücumdan sonra Ukraynanın nəzarətinə keçdi. Buna baxmayaraq, "Qazprom" qazın ötürülməsini dayandırmadı və bu, bir daha sübut etdi ki, Avropaya qaz tədarükü Ukraynadan daha çox Rusiyaya lazımdır.

Ukrayna vasitəsilə tranzit dayandırıldıqdan sonra "Qazprom"un Avropaya qaz tədarükü üçün yalnız bir marşrutu qalır - "Türk axını" qaz kəməri. Bu kəmər vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə hər il təxminən 17 milyard kubmetr qaz ötürülür. Məsələn, bu kəmər vasitəsilə Macarıstana qaz tədarük ediləcək.

Bundan başqa, "Qazprom" Avropaya sıxılmış təbii qaz (STQ) ixrac etmək imkanına da malikdir. Nəticədə keçən il Rusiya qaz nəhənginin Avropa bazarındakı payı 20 faizdən çox idi.

Ukraynanın bu addımlarından ən çox narazı qalan ölkələr isə Macarıstan və Slovakiya oldu. Slovakiya qazı məhz 1 yanvar tarixində bağlanmış Ukrayna tranzit qaz kəməri vasitəsilə alırdı. 

Slovakiyanın Baş Naziri Robert Fitso hətta Moskvaya Putinlə görüşə gedərək, Ukraynaya elektrik enerjisi satmaqdan imtina etməklə hədələmişdi.

İndi tranzitin bağlanması, çox güman ki, Macarıstan və Slovakiya hakimiyyət orqanlarının Avropa İttifaqının digər ölkələri ilə mübahisələrini gücləndirəcək. Ukraynaya yardımın davam etdirilməsi və Rusiyaya qarşı sanksiyaların uzadılması məsələlərinin təsdiqlənməsini də çətinləşdirəcək.

Düzdür, Ukrayna hakimiyyətinin qərarı Slovakiyanı tamamilə alternativsiz vəziyyətə salmadı. Bratislava qonşu Avropa ölkələrindən qaz ala bilər, lakin daha yüksək qiymətlərlə. Bu isə Slovakiya iqtisadiyyatına əlavə yüz milyonlarla avroya başa gələ bilər.

Bəs Ukrayna niyə bu qədər prinsipial mövqe sərgiləyərək tranzitdən gələn pullardan imtina etdi? 

Niyə Aİ-yə inteqrasiya və NATO məsələlərində səsverməyə təsir edən tərəfdaşlarını özünə qarşı çevirdi?

İmtinası mümkün olmayan təklif

Bu suala cavab tapmaq üçün dekabr ayında Fransanın paytaxtında baş verən hadisələrə qayıtmaq lazımdır. Həmin görüşü saray elan etmiş, Zelenski və Trampı Parisdə Notr-Dam kilsəsinin açılış mərasiminə dəvət etmişdi. Bu görüşdə, Fransa Prezidentinin fəal vasitəçiliyi ilə, Ukraynanın təhlükəsizliyi və Rusiya ilə müharibədə atəşkəs mövzusu müzakirə edilmişdi.

Lakin Tramp Zelenskinin cəbhə xəttindəki "uğurları" haqqında təqdim etdiyi məlumata aşkar şəkildə narazılıqla yanaşmışdı. Çünki Tramp əlində olan dəqiq məlumatlara əsaslanaraq, onu aldadılmağa çalışdıqlarına görə qəzəblənmişdi. Görünür, bu zaman Zelenski Makronun təkidi ilə elə bir təklif irəli sürdü ki, mafiya haqqında çəkilmiş filmlərdə deyiiyi kimi, ondan imtina etmək mümkün deyildi.

Zelenski bəyan edib ki, Ukrayna ərazisindən keçən Rusiya qazının Avropaya tranzitini dayandırmaq qərarına gəlib. Bu qərar Avropanın Rusiya qazından asılı olan ölkələrinə ildə 15 milyard kubmetr qaz itkisiylə böyük problemlər yaradır. Ukrayna tranzitdən ildə təxminən 1 milyard dollar itirsə də, ABŞ-nin dostluğu və üstünlüklərini qazanır.

Donalt Tramp isə ABŞ-də bütün qaz layihələrinin açılacağını və Avropada yeni qaz alıcılarının tapılmasının vacibliyini bəyan edib.

Bu qərar ABŞ üçün sərfəlidir, çünki amerikalılar Avropa qaz bazarında yaranan boşluğu dolduraraq böyük gəlir əldə edə biləcəklər. Hətta Amerika sıxılmış təbii qazı (STQ) Rusiya boru qazından xeyli baha olsa belə, qışın ortasında Avropa üçün başqa çarə yoxdur, və təklif olunan qazı almağa məcbur olacaq.

Ki, konkret olaraq Kiyevə verilən vədlər barədə detallar açıqlanmasa da, ABŞ-dən Ukraynaya maliyyə yardımı, hərbi dəstək və təhlükəsizlik zəmanətləri kimi böyük dəstəklərin göstəriləcəyini düşünmək çətindir. Çünki Tramp bütün bu yükü Avropanın üzərinə qoymağa çalışır. 

Çox güman ki, müzakirələr daha çox hərbi əməliyyatların sona çatmasından sonra Zelenskinin gələcəyi ilə bağlı olub. Çünki Ukraynanın Rusiyaya ciddi müqavimət göstərməsi üçün tələb olunan hərbi yardım Zelenskinin Trampa təklif etdiyi 15 milyard kubmetr qaz itkisi ilə Avropa büdcəsində yaranan "boşluqdan" dəfələrlə böyükdür.

Bəs niyə Fransa Prezidenti Makronu Avropa birjasını alt-üst edən bu sövdələşmə maraqlandırırdı? Burada Fransanın Azərbaycana elan etdiyi "informasiya müharibəsini" də unutmamaq lazımdır. Xatırladaq ki, tranzitin uzadılması ilə bağlı danışıqlar zamanı Azərbaycan öz qazını Rusiya xətti ilə Avropaya ötürməyi təklif etmişdi. Bununla əlaqədar olaraq, Macarıstan və Slovakiya prezidentləri də Bakıda olub, digər məsələlərlə yanaşı qaz təchizatını müzakirə etmişdilər.

Masadakı “Ermənistan kartı”

Təbii ki, Fransanın Afrikada, keçmiş müstəmləkələrində, öz qoşunlarını və nümayəndəliklərini çıxarmaq tələbiylə üzləşdiyi itkilərdən sonra Makron Cənubi Qafqazda möhkəmlənmək və “Ermənistan kartı”nı oynamaq istəyir. Beləliklə, Avropanı çətin vəziyyətə salmaq bahasına olsa belə, Azərbaycanın Avropa İttifaqı ölkələri ilə daha bir qaz müqaviləsi bağlamasına mane olmaq üçün hər şeyə hazır idi.

Beləliklə, qlobal geosiyasətin arxasında yalnız şəxsi maraqların gizləndiyini görürük. Zelenski öz gələcəyini düşünür, Makron isə Azərbaycana qarşı mübarizəni.  Bu mübarizənin isə Fransanın iqtisadiyyatı ilə heç bir əlaqəsi yoxdur. Donalt Trampın isə öz məqsədi var-Amerikanı yenidən böyük etmək. Hətta bu, onun strateji tərəfdaşı olan Aİ və NATO hesabına olsa belə, Tramp israrlıdır.

Ona görə də nə qədər banal səslənsə də, bütün bu beynəlxalq siyasət sadəcə şəxsi biznesdir və başqa heç nə. İndi kim düşünə bilər ki, dünyanın güclü liderləri insanlar üçün narahatdırlar?

Yuri Boçarov,
İsrailli politoloq, siyasi elmlər namizədi, Aziznews.com saytının redaktoru 

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri