Icma.az
close
up
RU
Menu

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

Ter Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri avantüradır Politoloq

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

Müharibə riski ciddi olaraq qalır

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

Tahir İmanov sosial şəbəkələrdə yayılan erotik şəkillərindən danışdı (FOTO)

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

Nurşən Quliyevə ağır itki

Cabir İmanovun əleyhinə statuslar Öldüyü gündə nə baş verir?

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

139 ÖLKƏ ARASINDA 103 CÜ və 94 CÜ YERLƏR... “Bu qurumlar məsuliyyət daşıyır”

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

Makronun valideynləri: Emmanuel Bricitə aşiq olanda şoka düşmüşdük! FOTOLAR

Makronun valideynləri: Emmanuel Bricitə aşiq olanda şoka düşmüşdük! FOTOLAR

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

2017-dən prezident seçilən Emmanuel Makron Fransanın hazırkı lideri kimi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüfuzlu siyasətçilərdəndir. Analitiklərin fikrincə, Makronun xarakterində həm liderlik gücü və reformist yanaşma, eyni zamanda, xalqla əlaqədə çətinliklər və mərkəzləşdirilmiş idarəetmə elementləri var.
Fransa lideri mərkəzçi siyasət yürüdərək həm sol, həm sağ qanadın ideyalarını birləşdirməyə çalışır.
E.Makron nitq qabiliyyəti və ünsiyyət bacarığı ilə də seçilir, beynəlxalq arenada Fransa adından fəal çıxış edir.
O, Fransada iqtisadi və sosial sahələrdə bir sıra islahatlar həyata keçirməyə çalışıb (pensiya islahatı, əmək bazarının liberallaşdırılması və s.). Lakin bu islahatlar zamanı müəyyən sosial narazılıqlar yaşanıb, zorakılıqla müşayiət olunan kütləvi etiraz aksiyaları keçirilib.
Makron Avropa İttifaqının gücləndirilməsinin tərəfdarıdır və beynəlxalq əməkdaşlığa üstünlük verir. Bu da onu qlobal liderlər arasında mühüm fiqura çevirir.
Bununla yanaşı, o, bəzi çıxışları və qərarlarına görə əhali tərəfindən “xalqdan uzaq siyasətçi” kimi qəbul olunur.
Bəzi tənqidçilər onun qərarvermə prosesində çox mərkəzləşdirilmiş yanaşma göstərdiyini deyirlər. Onun “yuxarıdan-aşağıya” idarəetmə tərzi Fransa kimi demokratik ölkədə bəzən sərt tənqid olunur.
Makronun Fransadakı populyarlığı tez-tez enib-qalxır. Bu, onun xalq arasında stabil dəstəyə malik olmadığını göstərir.
Fransa prezidentinin həyatına yön verən, xarakterinin formalaşmasında mühüm rol oynayan əsas simalar arasında şübhəsiz ki, onun valideynləri də var. Bəs onlar kimdirlər?
Modern.az saytı "Liderlərin valideynləri" rubrikasında bu dəfə Emmanuel Makronun ata-anasından bəhs edir.

Emmanuel Makron 21 dekabr 1977-ci ildə Fransanın şimalındakı Amyen şəhərində həkim ailəsində anadan olub. Ondan əvvəl doğulan bacısının erkən ölümü valideynləri üçün çətin bir təcrübə olmuşdu.

Bu səbəbdən də Emmanuel doğulanda valideynləri onun üstündə necə deyərlər, əsirdilər
Makronun valideynləri tibb sahəsində tələbə ikən tanış olub, sonra evləniblər.
Prezidentin atası Jan-Mişel Makron 1950-ci ildə Fransanın Amyen şəhərində dünyaya gəlib. Jan-Mişel tanınmış nevroloq həkimdir. Onun həkimlik fəaliyyəti yalnız diaqnoz və müalicə ilə məhdudlaşmayıb. Jan-Mişel pasiyentlərinə həm şəfa, həm də dinlənmək və anlamaq imkanı verib. Onun iş otağında kitablardan ibarət divarboyu rəflər olub – tibb, fəlsəfə, klassik ədəbiyyat...
Nevrologiya professoru olan Jan-Mişel Makron əyalətdə yerləşən Pikardiya Universitetində dərs də deyib.
Emmanuel Makronun anası Fransuaz Noges də həkim, tibb elmləri doktorudur. O, vaxtilə sosial sahədə çalışan psixoterapevt idi.
Ancaq Emmanuelin özünün xatırladığı kimi, onu 5 yaşından böyüdən, kitablara, klassik musiqiyə və pianoya məhəbbət aşılayan ana nənəsi Mannette olub.
Prezident öz tərcümeyi-halında yazıb: "Mən nənəmlə onun ölümünə qədər çox yaxın idim. O, kollec direktoru idi. Əgər mənim əqidəmin və siyasi baxışlarımın mənbəyi varsa, o da nənəmdir". Məhz nənəsi Emmanuelə ədəbiyyat və fəlsəfə bilikləri, solçu baxışlara qiymət verməyi aşılayıb. Qadın 2013-cü ildə vəfat edib.
Nənəsinin himayəsində olmasına baxmayaraq, gələcək prezidentin valideynləri də uşaqlarına xüsusi diqqət yetiriblər. Onların ailəsində üç uşaq vardı - iki oğlan, bir qız: Emmanuel (1977), Loran (1979), Estel (1982).

Valideynləri xatırlayırlar ki, Emmanuel həmişə problemsiz uşaq olub. Məktəbdə əla oxuyub, daim ata-anasını sevindirib.

Bu xəbər ilə bağlı

Ərdoğanın valideynləri: “Anamın duaları, atamın sərt intizamı ilə böyüdüm” - FOTOLAR

Xəbəri oxu
Emmanuel 16 yaşı olanda özündən 24 yaş böyük fransız dili müəlliməsi Bricit Tronyeyə aşiq olanda, bu “sirri” ilk dəfə nənəsinə açıb söyləmiş, qadın isə onu dəstəkləmişdi. Fransa prezidentinin hazırkı həyat yoldaşının sözlərinə görə, “nənənin köməyi olmadan heç nə alınmazdı”.
Prezidentin anası Fransuaz isə nənənin bu hərəkətindən incimişdi. “Təəssüf ki, övladları üçün belə bir vəziyyətə heç vaxt icazə verməyən anam nəvəsinin sevgi münasibətlərində daha açıq və tolerant olduğunu göstərdi”, - deyə o, mətbuata açıqlamasında bildirib.
Göründüyü kimi, Emmanuelin anası oğlunun özündən 24 yaş böyük qadınla evlənməsini istəməyib.
Makronun anası Fransuaz Noges pasiyentlərinə həmişə qayğıkeşliklə yanaşan həkim-psixoterapevt olub. Bu da ondan irəli gəlib ki, madam Fransuaz həyatın çətinliklərini erkən yaşda - uşaqlıq illərində görmüşdü.

Makron ailəsinin evi tipik burjua evi deyildi. Orada zənginlik mebellə ölçülmürdü. Ailənin evindəki ən dəyərli şeylər kitablar idi. Emmanuel bu evdə Volterlə, Russo ilə, Kamyu ilə tanış olmuşdu. Anası ona deyirdi: “Kitab oxumaq – özünü başqa bir insanın ruhuna qonaq aparmaqdır”. Bu ifadə Emmanuelin yaddaşında o qədər dərin iz buraxıb ki, prezident kimi bir neçə çıxışında onlardan istifadə edib.

Fransuaz və Jan-Mişel tez-tez evdə dostları ilə fəlsəfi söhbətlər aparar, oğulları Emmanuel isə bu müzakirələri ya qapı arxasından dinləyər, ya da bir guşədə kitab oxuyaraq, diqqətini yayındırmadan hər şeyi yaddaşına yazardı.

Emmanuel orta təhsilini əyalət xristian məktəbində alıb. Daha sonra 1999-cu ildə Paris Nanter Universitetinin Fəlsəfə fakültəsini bitirib, ardınca Fransanın siyasi elitasının məktəbi adlandırılan Siyasi Araşdırmalar İnstitutunda (2001-ci ildə məzun olub) və Strasburqdakı nüfuzlu Milli İdarəçilik Məktəbində (2004-cü ilə məzun olub) oxuyub.
Gələcək prezidentin rəsmi karyerası İqtisadiyyat Nazirliyində (2004-2008) maliyyə müfəttişi vəzifəsində başlayıb.
Emmanuel Makron siyasətə 2006-cı ildə Sosialist Partiyasına üzv olmaqla atılıb. 2011-ci ildə isə sosialistlərdən prezidentliyə namizəd Fransua Ollandın seçki qərargahına qoşulub və proqramın iqtisadi hissəsinin hazırlanmasında iştirak edib.
Dostları gələcək prezidentin atası Jan-Mişel Makronu “susqun intellektual” adlandırırdılar. O, oğlunun siyasətlə maraqlanmasına əvvəlcə skeptik yanaşsa da, sonra anlayıb ki, Emmanuelin yolu fərqlidir.
“Onda qəribə bir cazibə və inad vardı. Elə bil fikirlərini beyninin dərinliyindən yox, ruhunun içindən çıxarırdı”, - Jan-Mişel müsahibələrinin birində oğlu haqqında danışarkən deyib.


Emmanuel Makronun valideynləri oğullarının öz müəlliməsi Bricit Tronye ilə olan münasibətini öyrənəndə, bunu çox sərt qaşılayıblar. Onlar bu sevginin həm yaş fərqi, həm də ictimai normalar baxımından qeyri-adi olduğunu düşünürdülər. Hətta Emmanuelin Parisə oxumağa göndərilməsinin arxasında bu münasibəti uzaqlaşdırmaq arzusu dururdu. Lakin zaman keçdikcə, Fransuaz və Jan-Mişel başa düşdülər ki, oğullarının seçimi qarşısında dura bilməyəcəklər. Nəticədə onlar bu evliliyi qəbul etməli oldular - çünki yaxşı bilirdilər ki, Emmanuel öz qərarlarında qətiyyətlidir.

Jan-Mişel və Fransuaz heç vaxt oğullarının karyerasına açıq şəkildə müdaxilə etməyiblər.

Qeyd edək ki, Emmanuel Makronun valideynləri 1980-ci ildə boşanıblar, lakin hər ikisi oğulları ilə münasibətlərini qoruyub saxlayıblar. Onların hər biri daha sonra yenidən ailə həyatı qurub. Emmanuel Makronun həm ata, həm də ana tərəfdən ögey qardaş-bacıları da var.

Neyrologiya üzrə professor Jan-Mişel Makron hazırda aktiv tibbi fəaliyyətdə deyil, təqaüddədir. Oğlunun siyasi karyerasına qarışmasa da, nadir hallarda mediada çıxış edir. 74 yaşlı keçmiş nevroloq hələ də əyalət şəhərində - Amyendəki köhnə ailə evində yaşayır.

Prezidentin anası da həyatdadır, təqaüdə çıxan Fransuaz Noges son illərdə daha çox ailəsinə və şəxsi həyatına diqqət ayırır.

Mətbuata sonuncu açıqlamasında ata Makron Fransadakı hazırkı siyasi vəziyyətlə bağlı fikirlərini bildirib, oğlunun bütün hərəkətlərindən 80 faiz razı olduğunu deyib: “Emmanuelin heç bir böyük səhvə yol verdiyini düşünmürəm”.
Eyni zamanda, o, Fransa prezidenti olan oğlu ilə çox nadir hallarda ünsiyyət qurduğunu da etiraf edib. “Keçən bazar günü mənim ad günüm idi və o, məni heç təbrik də etmədi”.


Prezidentin anası Fransuaz Noges “Le Point” qəzetinə müsahibəsində deyib ki, oğlu 16 yaşındaykən müəlliməsinə aşiq olması ilə onu şoka salmışdı:
“O zaman oğlum müəlliməsi Bricit Tronyenin evinə tez-tez qonaq gedirdi. Onda biz elə dünürdük ki, Emmanuel Bricitin qızı Lorenslə görüşür, çünki onlar həmyaşıd idirlər. Lakin biz yanıldıq”.
Valideynləri oğullarının Bricitə ciddi şəkildə aşiq olduğunu başa düşdükdə qadınla görüşməyə qərar veriblər. Onlar Biricit Tronyedən Emmanueli rahat buraxmasını istəyib, ona bu münasibətlərin qeyri-mümkün olduğunu izah ediblər.

"Ancaq o, bizə heç nə vəd edə bilməyəcəyini söylədi",- deyə Emmanuel Makronun anası xatırlayır.
“Yekunda ondan xahiş etdiyimiz yeganə şey oğluma təhsil almaq imkanı vermək və karyerasına mane olmamaq idi”.


Bricit bu xahişlə razılaşıb və gənc sevgilisinə universitetə ​​hazırlaşmağa icazə verib. 17 yaşlı Emmanuel isə orta məktəbi bitirib doğma Amyen şəhərini tərk edəndə müəlliminə söz verib ki, 30 yaşı tamam olanda qayıdıb onunla evlənəcək.
Emmanueli Bricitin yaşı, ərli və üç övladının olması narahat etmirdi. O, sözünün üstündə durdu - cütlük 2007-ci ildə evləndi. Onda Bricit artıq bir il idi ki, əvvəlki ərindən boşanmışdı. Evlilik Emmanuelin 30, Bricitin isə 54 yaşı olanda baş tutdu.
Prezidentin anası deyir ki, ötən illər ərzində oğlu ilə gəlininin münasibətlərini qəbul etməli olub: “İndi mən hesab edirəm ki, Bricit gəlinim deyil, daha çox dostumdur. Eyni maraqlarımız, eyni prioritetlərimiz var və hər şeyi paylaşırıq".
Madam Fransuaz deyir ki, hər bir ana kimi onun üçün də övladlarının xoşbəxt olması vacibdir:
"Bir müddət oğlumun heç vaxt öz övladları olmayacaq deyə narahat oldum. Dörd övladı olan qardaşı Lorenə baxıram və Emmanuelin atalıq sevincindən məhrum olmasına inana bilmirəm".
Bricit Makronun birinci ərindən üç övladı var: oğlu Sebastyan (1975-ci il təvəllüdlü, hazırda mühəndis), qızları Lorens (1977-ci il təvəllüdlü, kardioloq) və Tiffani (1984-cü il təvəllüdlü, hüquqşünas). 72 yaşlı Bricit artıq yeddinci dəfə nənə olub.

Xarici mətbuat yazır ki, artıq Bricit 48 yaşlı Emmanueldən uşaq doğmağı planlaşdırmır. Bunun zatən mümkün olmadığı da bildirilir. Ümumiyyətlə, xarici media Fransanın hazırkı birinci ledisinə birmənalı yanaşmır. Zaman-zaman onun haqqında xoşagəlməz yazılar dərc olunur – bəzi iddialara görə, Bricit Makron cinsini dəyişmiş transgenderdir. Fransa prezidenti və xanımı isə dəfələrlə bu iddiaları təkzib etməli olublar. İş hətta məhkəməyə də gedib çatıb.
Emmanuel Makron lider kimi bəzən tənqidlərə məruz qalsa da, onun müasir Fransanın mürəkkəb siyasi mənzərəsində tutduğu yer inkarolunmazdır. Makron siyasətçi kimi XXI əsrin Avropasında diqqət çəkən simalardan biri olaraq qalır. Onun siyasi səhnəyə gətirdiyi dəyişiklik çağırışları Fransada yeni bir dövrün başlanğıcı oldu. Zaman göstərəcək ki, bu çağırışlar necə xatırlanacaq...


Ə.Qafarlı
 

Həmçinin oxu:
Zelenskinin valideynləri: “Onun prezident olmağını istəmirdik”

Trampın valideynləri - ABŞ lideri: “Anam cənnətdədir, atam haqda isə buna əmin deyiləm"

Putinin valideynləri - “Atamı heç vaxt sərxoş görmədim, anam isə bircə dəfə də söyüş söymədi”

Meloninin valideynləri: “Hər şeyi anama borcluyam, atama isə nifrət etmək istərdim” 
Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb 
Pezeşkianın valideynləri: 7 bacı-qardaşın 5-cisi: “Atam da türkdür, anam da!” 
Ərdoğanın valideynləri: “Anamın duaları, atamın sərt intizamı ilə böyüdüm”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Oktyabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see350

Ter Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri avantüradır Politoloq

29 Sentyabr 2025 17:52see343

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

29 Sentyabr 2025 15:02see240

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see228

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see209

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see190

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

30 Sentyabr 2025 13:31see172

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see161

Tahir İmanov sosial şəbəkələrdə yayılan erotik şəkillərindən danışdı (FOTO)

29 Sentyabr 2025 14:35see158

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see158

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see145

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see144

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

30 Sentyabr 2025 13:49see142

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see138

Nurşən Quliyevə ağır itki

29 Sentyabr 2025 14:51see136

Cabir İmanovun əleyhinə statuslar Öldüyü gündə nə baş verir?

29 Sentyabr 2025 23:47see136

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see136

139 ÖLKƏ ARASINDA 103 CÜ və 94 CÜ YERLƏR... “Bu qurumlar məsuliyyət daşıyır”

29 Sentyabr 2025 17:19see135

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

30 Sentyabr 2025 13:29see132

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri