Icma.az
close
up
RU
“Azadlıq təhlükədədir, Avropa güclənməlidir” Emmanuel Makronun xəbərdarlığı

“Azadlıq təhlükədədir, Avropa güclənməlidir” Emmanuel Makronun xəbərdarlığı

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Paris, 14 iyul, AZƏRTAC

Dövlət maliyyəsinin çətin vəziyyətdə olmasına baxmayaraq, Fransa Prezidenti Emmanuel Makron Respublika Günündən əvvəl Silahlı Qüvvələrlə bağlı ənənəvi çıxışını edib. Onun çıxışı sərtləşən təhdidlər və artan beynəlxalq gərginlik qarşısında tələb olunan müdafiə səyləri ilə bağlı olub.

AZƏRTAC xəbər verir ki, Fransa Prezidenti çıxışında 1945-ci ildən bəri Avropanın və azadlığın heç vaxt bu qədər təhdid altında olmadığını vurğulayıb. “Biz tarixi bir dönüş nöqtəsində yaşayırıq. Azadlıq heç vaxt bu qədər təhlükə altında olmayıb,” – deyə o bildirib. Onun sözlərinə görə, qaydaların yoxa çıxdığı bir dünyada güclünün qanunu hökm sürür və bu, Avropanın gələcəyi üçün ciddi risklər yaradır. Onun çağırışı aydın olub: Avropalılar artıq öz təhlükəsizliyini özləri təmin etməlidirlər. O, bu çağırışla Qərb dünyasının, xüsusilə Avropa İttifaqının müdafiə məsələlərində daha sərt, daha çevik və müstəqil davranmasının vacibliyinə diqqət çəkib.

Fransa Prezidenti birbaşa ad çəkmədən, dövlət kimi davranmaq istəyən internet texnologiya şirkətlərinə, xüsusilə də GAFAM-a (Google, Apple, Facebook, Amazon, Microsoft) eyham vurub. Bu tendensiyanın dövlət suverenliyinə təhdid olduğunu bildirib.

O, çıxışında Rusiyadan gələn hərbi təhlükəni, sürətlə inkişaf edən süni intellekti, texnoloji yarışları və Yaxın Şərqdəki münaqişələri (İsrail-İran, Hindistan-Pakistan) qeyd edərək dünyada geosiyasi gərginliyin artdığını, tarixin sürətlə dəyişməyə başladığını qeyd edərək deyib ki, artıq nə arxa cəbhə var, nə də ön cəbhə.

Onun fikrincə, azad olmaq üçün qorxulu görünmək, qorxulu görünmək üçün isə güclü olmaq lazımdır. Bu səbəbdən də millət daha güclü olmalıdır. Müdafiə yalnız büdcə göstəricisi deyil, həm də milli ruh və birlik məsələsidir.

Makron Fransa ordusunun daha hücumçu bir mövqe sərgiləyəcəyini və bu strategiyanın uzunmüddətli olacağını deyib. O, keçmiş hökumətlərin müdafiə xərclərini azaltmasını sərt tənqid edərək, 2017-ci ildən etibarən müdafiəni prioritetə çevirdiyini vurğulayıb. Ehtiyatların artırılmasını və ordu modelinin gücləndirilməsini əsas istiqamətlər kimi göstərib. O, müdafiə büdcəsinin 2030-cu ilə qədər deyil, artıq 2027-ci ilə qədər ikiqat artırılacağını elan edib. 2026-cı ildə əlavə 3,5 milyard avro, 2027-ci ildə isə 3 milyard avro müdafiəyə ayrılacağını deyərək, bu artımın dövlət borcu hesabına deyil, real və planlı maliyyə ilə təmin olunacağını bildirib.

“Fransalılar, 5 martda sizə dedim ki, vətənin sizə ehtiyacı var. İndi deyirəm: həmin an yetişib”, – deyə Makron xalqa müraciət edib.

O, Fransanın heç vaxt müharibə görməmiş nəsli olduğunu xatırladaraq, sülhün əvvəlki kimi təmin olunmadığından söz açıb. “Sülhün gətirdiyi rahatlıq artıq bitdi,” – deyə o, sərt şəkildə xəbərdarlıq edib.

Fransa Prezidenti müdafiə sənayesinin əməkdaşlıqla inkişaf etdirilməsinin suverenliyə zərər vermədiyini, əksinə, onu gücləndirdiyini bildirib. O, Avropa gücünün ən yaxşı qalxan olduğunu deyərək, nüvə silahının azadlığın qarantiyası olduğunu vurğulayıb. “Bu, təhlükəli və qeyri-müəyyən dünyamızda təhlükəsizliyimizin sarsılmaz dayağıdır”, - deyə o bildirib.

“Ordularımızı müdafiə edək, çünki onlar bizim azadlığımızı qoruyurlar”, - deyə o nitqini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyul 2025 22:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri