Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Malakanın “qaqaları”, Tarqovının “gözəlləri”… Bakı gecələrindən REPORTAJ

Malakanın “qaqaları”, Tarqovının “gözəlləri”… Bakı gecələrindən REPORTAJ

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Orhan Pamuk deyir, şəhərlər də insanlar kimidir: Gecə özlərinə qapanır, gündüz insanlara açılır.

Gecə 12-dən sonra Bakı gecələri miskin və tənha bir halətə bürünür - istər işıqlı şəhər mərkəzi, istər qaranlıq küçələr. Lent.az-ın əməkdaşı zülmət küçəmizdə tindən ümid kimi burulan maşın işığını görən kimi siqaret yandırmağına peşman olur. 
Səbəbini özü açıqlayır: 
Sifariş verdiyim taksi gəlir. Maşın mənə çatanacan dayanmadan 4-5 qullab alıb siqareti yarımçıq söndürürəm.

Gecə sürücüləri

Gecənin taksi sürücüləri də özlərinə qapanıq olur. Gündüz sürücüləri kimi, əslində, Oksford məzunu olduğunu və "Google" şirkətindən iş təklifi aldığını, lakin atası xəstə olduğu üçün gedə bilmədiyini demirlər. Gecə sürücüləri Vivaldi, Şopen dinləməsələr də,  tam səslə "Balaəli qırğın deyişmə"yə, "Pərviz Bülbülə popuri"ə də qulaq asmırlar. Sakit "Play list"ləri olur. Azneft meydanına çatırıq. Ödənişi verirəm. Gündüz sürücüləri kimi ödəniş vaxtı "yoxundursa, qalsın, xaloğlu" da demir, sakitcə pulu alıb maşının sürət ötürücüsünün yanına qoyur.

Buranın öyrəşdiyim qələbəliyi, dairədən dönən maşınların siqnalları, daimi olaraq burada dayanan yol polisi yoxdur. Azneft meydanından üzüyuxarı - İçərişəhər metrosuna tərəf qalxıram. Gecələr həm də Bakının arınıb təmizlənmə anıdır. Pis qoxu insanları narahat etməsin deyə, gecələr çalışan zibil maşınları öz işlərini görür - gündüzdən qalma üfunəti təmizləməklə məşğuldur. 

İçərişəhər metrosuna çatıram. Ətraf restoranlardan çıxan tək-tük müştərilər bahalı maşınlarına oturub uzaqlaşırlar. Buradan Tarqovıya tərəf getdikcə, elə bil, səs bir az artır, gecə nisbətən canlanır. Nizami küçəsi.

Burada həmişəki rəsm sərgisinin yanına gəlirəm. Mənə elə gəlir ki, buradakı rəsmlərin yerinə məhz Nizami küçələrindəki fraqmentləri rəsmə çəkib burada nümayiş etdirsəydilər, daha maraqlı və dərin bir şey olardı.

Demək olar ki, milli restoranların hamısı bağlıdır. Yalnız klublar və "Pub"lar açıqdır. Bəzi cütlüklər pubların qarşısında dayanıb siqaret çəkir, nəsə danışıb qəhqəhə atırlar. Rəsm sərgisinə daxil edəcəyim rəsmlərdən biri də bu mənzərə olardı: “Pub”un qarşısında siqaret çəkə-çəkə qəhqəhə atan sevgililər”.

Klublar içəridəki gur səsi, mahnını çölə yansıtmamaq üçün dizayn olunduğuna görə, yaxınlığına gedənə qədər mahnının səsini eşitmirsən. Klubun qapısını azca aralayan kimi isə gurultudan adamın qulaqları batır.

"Malakan" bağı "qaqa"ları

Nərimanov parkı, Axundov bağı və Malakan bağı - Bakıda gecələr "qaqa"ların ən çox yığışdığı yerlədən üçüdür. "Çeçenka" saçlı, balağı dar şalvarlı, ayağında "makasin", əynində dəri kurtka, əlində təsbeh, iri dəmirli bel kəməri olan "qaqa"ların gecə cənnətidir buralar. 4-4, 5-5 yığışıb yüksək səslə danışa-danışa gəzir, kimlərəsə söz atırlar. 

Saat 02:45. Arxa "amartizatorları" kəsilmiş, neon işıqlı "Niva" markalı maşın son səs meyxana ilə, pəncərələri açıq yoldan keçib bir anlıq gecənin sükutunu pozur. İçərisində 4 nəfər "qaqa" hər biri barmağında siqaretlə əlini pəncərədən bayıra çıxarıb.

3 nəfər "qaqa" mənə yaxınlaşır:
- Salam, qaqa.
- Salam.
- Qaqa, bizə nə "jest" eliyə bilərsən? İmkan var adama bir dənə "..." (Spirtli enerji içkisi adı çəkir) alasan?
Polis əməkdaşı yaxınlaşır:
- Nə məsələdir?
- Heç nə, rəis, elə-belə söhbət edirik.
- Gözləyin burada - polis əlini çiynimə qoyub məni kənara çəkir - bunlara fikir vermə, avaradılar, bayaqdan baxıram, sən yolunla gedirdin, bunlar yaxınlaşdı. Sən çıx get, mən özüm lazım olanı edəcəm. 

Polis əməkdaşı "qaqalara" yaxınlaşıb onlarla danışır. Mənsə oradan uzaqlaşıram. Kənardan səsləri eşidilir:
- Rəis, yox...
- Rəis, vallah, söhbət edirdik...
- Anamın canı, yox...

Bu mənzərə də Tarqovıdakı sərgiyə qoyacağım mənzərələrdən olardı: “Özlərini təmizə çıxarmaq üçün yalandan analarının canına and içən “qaqalar”

Ara küçələr

Tarqovının ara küçələrinə gəlirəm. Gecələr burada 2-2, 3-3 yol kənarında gəzən fahişələri də görmək mümkündür. Arada bir maşın yaxınlaşır, maşından düşmədən elə pəncərədən "razılaşırlar" və maşına oturub gedir... Küçənin sol tərəfində 3 qadın və yanlarında bir 4-5 yaşlı uşaq var.

Yanlarında uşaq olduğu üçün onların "digər" qadınlardan olduğu ağlıma belə gəlmir. Yanlarında bir maşın saxlayır. Uşağının əlindən tutmuş qadın yaxınlaşır pəncərəyə, nəsə danışırlar. Qadın digər "iş yoldaşlarına" dönür:

- Lala, Niko sənə əmanətdi, mən gələcəm.
Lala "Nikonun" əlindən tutur:
- Gəl xalanın yanına, mama birazdan gələcək...
Qadın maşına oturub gedir. Əlimdə olsaydı, bu mənzərəni də rəsm əsərinə çevirib Tarqovıdakı o sərgidə nümayiş etdirərdim: “Müştərisini yola salmaq üçün uşağını rəfiqəsinə əmanət edən fahişə”.

Bakı gecələrini turistlərsiz, daha doğrusu, ərəblərsiz görmək mümkün deyil. Gündüzlər ailələri ilə gördüyümüz ərəb turistləri, gecələr tək və ya 1-2 nəfərlə gözə dəyir. Gündüzlər həyat yoldaşlarını gəzdirirlər, gecələr isə özləri "gəzirlər". 

Hava yavaş-yavaş aydınlanır. Qumrular küçəyə uçuşub gecədən çırtlanıb yerə atılmış tumları dənləyirlər. Təmizlikçi xanımlar isə gecənin bütün çirkabını süpürüb şəhəri yeni bir günə hazırlayırlar...
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 Aprel 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri