Malayziya müdafiə naziri: Trampın rüsumları qlobal ticarət müharibəsinə səbəb ola bilər
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın əksər ölkələrə rüsum tətbiq etmək qərarı dünyanı qeyri-müəyyənliyə sürükləyəcək və qlobal ticarət müharibəsinə səbəb ola bilər.
Oxu.Az "The Star" nəşrinə istinadən xəbər verir ki, bu açıqlama ilə Malayziyanın müdafiə naziri Məhəmməd Xalid Nordin çıxış edib.
"Birləşmiş Ştatlar dünyaya azad ticarət ideyasını irəli sürdü və onu müdafiə etdi, lakin indi özünün tətbiq etdiyi sistemdən imtina etdi. Bu səbəbdən dünya qeyri-müəyyənlik vəziyyətindədir. Bu, qlobal ticarət müharibəsinə səbəb ola bilər və biz bunun nə ilə nəticələnəcəyini bilmirik", - deyə Malayziyanın müdafiə naziri vurğulayıb.
Aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkənin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Həmin ölkələrin içində Malayziyanın da adı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 07 Aprel 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















