Icma.az
close
up
RU
Malayziyadan olan professor: Ermənistan kütləvi məzarlıqlar və əsirlər barədə məlumat verməlidir

Malayziyadan olan professor: Ermənistan kütləvi məzarlıqlar və əsirlər barədə məlumat verməlidir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 9 oktyabr, G.Mahmudlu, T.Babayeva, AZƏRTAC

Qarabağ münaqişəsi nəticəsində 4 minə qədər Azərbaycan vətəndaşı itkin düşmüş hesab olunur. 30 ildən çoxdur ki, onların ailələri dözülməz qeyri-müəyyənlik şəraitində yaşayıb, öz fundamental hüquqlarından məhrum olublar. Onlar doğmalarının həyatda olub-olmadığını bilmirlər. Sağdırlarsa, harada saxlanılırlar, onlarla necə rəftar edilir? Həyatda deyillərsə, harada dəfn olunublar? Bu məlumatları təmin etmək beynəlxalq humanitar hüququn, insan hüquqları haqqında konvensiyanın tələbidir. Bu, dövlət məsuliyyəti tələb edir. İtkin düşmüş şəxslərin ailələri ilə əməkdaşlıq etməyənlər beynəlxalq humanitar hüquq qarşısında məsuliyyət daşıyırlar.

AZƏRTAC xəbər verir ki, bunu Malayziyanın Beynəlxalq İslam Universitetinin professoru Məhəmməd Naqib Eyşan Can “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində "İtkin düşmüş şəxslər böhranının həlli üçün əməkdaşlığın gücləndirilməsi" sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan itkin düşənlərlə bağlı fəaliyyəti ilə öz öhdəliyini nümayiş etdirib: "Davamlı olaraq Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məhkəmə-tibbi ekspertizası və müvafiq təhlillərlə bir çox itkin düşmüş şəxsin aqibəti barədə məlumat əldə etmək mümkün olub. Bu, hüquq öhdəliklərinin həyata keçirilməsi və mənəvi ədalətin bərpa olunması deməkdir. Ermənistan da əməkdaşlıq etməli, kütləvi məzarlıqlar, əsirlər barədə məlumat verməlidir. Əks təqdirdə, bu, beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulması mənasına gələcək. Bu da beynəlxalq ictimaiyyət qarşısında məsuliyyətə cəlb olunmaq deməkdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri