Icma.az
close
up
RU
Məzarlıqlar, əsirlər və mina xəritələri...

Məzarlıqlar, əsirlər və mina xəritələri...

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması


Erməni cinayətlərinin qaranlıq səhifələri Haaqa Məhkəməsində açılmalıdır 


Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən erməni separatçıları, o cümlədən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Ötən məhkəmə prosesində şahidlərin ifadələri dinlənilib. 

Hər bir şahid danışdıqca erməni separatçılarının ərazilərimizi işğal altında saxladıqları 30 ilə yaxın müddətdə törətdikləri qanlı cinayətlər, bəşəri dəyərlərə sığmayan hərəkətləri, məhz etnik mənsubiyyətinə görə azərbaycanlıları işgəncələrə məruz qoymaları təsdiqlənir. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Məhkəmə prosesində Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət hadisələri zamanı zərər çəkənlər, habelə zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər. Əvvəlcə zərərçəkmiş şəxs Sərxan Köklərovun hüquqi varisi qismində tanınan qardaşı Absaləddin Köklərov ifadə verib. O, qardaşının Ağdərədə Ermənistan ordusunun qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını, 5 gün sonra hospitalda dünyasını dəyişdiyini deyib. Hüquqi varis qismində tanınmış Tahir Qasımov ifadəsində övladı Hacıəli Qasımovun Xankəndi şəhəri yaxınlığında snayperlə vurulduğunu, Respublika Neyrocərrahiyyə Xəstəxanasında koma vəziyyətində qaldığını, 4 ay sonra vəfat etdiyini söyləyib. Zərərçəkmiş şəxs Mirzəhəsən Səfərəliyev Ağdamda düşmən tərəfindən odlu silahdan açılmış atəş nəticəsində güllə yarası aldığını bildirib.  


Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında isə o qeyd edib ki, həmin vaxt yaxınlığındakı 5 nəfər də yaralanıb, bir nəfər isə snayper atəşi nəticəsində həlak olub. Zərərçəkmiş şəxs Asiman Cəfərov da Ağdamda snayper gülləsindən xəsarət aldığını bildirib. Zərərçəkən Sənan Hüseynov isə dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında qeyd edib ki, Ağdam rayonunda düşmən tərəfindən açılmış atəşlər nəticəsində o və yanındakı bir neçə şəxs yaralanıb, bir neçə nəfər isə həlak olub. Digər zərərçəkmiş şəxs Xəqani Abbasov Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib. Zərərçəkmiş Eltun Məmmədov ifadəsində Ağdam rayonunun Xanabad kəndi istiqamətində düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralandığını söyləyib. İbrahim Hüseynov ifadəsində Xocavənd rayonunda düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində qəlpə yarası aldığını söyləyib. Zərərçəkmiş Ərəsdun Müftəliyev Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində xəsarətlər aldığını deyib. İfadə verən Elçin Pıçaxov Xocavənd istiqamətində odlu silahdan açılmış atəş nəticəsində yaralandığını, müalicəsinin hələ də davam etdiyini diqqətə çatdırıb. Zərərçəkmiş Rəşad Əliyev ifadəsində Xocalı istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində yaralandığını, həmin vaxt Toğrul Osmanlının və Altay Əhədovun da düşmən atəşi nəticəsində xəsarət aldıqlarını söyləyib. Həmzə Mahmudov Xocalıda olan zaman artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını bildirib. Digər zərərçəkmiş Azad Məmmədov isə dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında deyib ki, o, Şuşa rayonunun Xəlfəli kəndində minaatan mərmisinin partlaması nəticəsində yaralanıb. Zərərçəkmiş şəxs Tural Əliyev Kəlbəcərdə qumbaraatan mərmisinin partlaması nəticəsində yaralandığını deyib. O, aldığı xəsarətlərə görə 6 ay yataq xəstəsi olduğunu qeyd edib. Zərərçəkmiş Zülfü Qasımov Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələrinin genişmiqyaslı təxribatı nəticəsində Kəlbəcər istiqamətində yaralandığını bildirib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında deyib ki, həmin vaxt düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Zərərçəkmiş Sənan Mehdiyev erməni hərbçilərinin açdıqları atəş nəticəsində xəsarət aldığını deyib. Nurlan Zeynalov Xocalıda düşmənin atdığı atəş nəticəsində sol ayağından yaralandığını söyləyib. Şəmsi Nəbiyev ifadəsində Xocavənddə artilleriya atəşi nəticəsində yaralandığını vurğulayıb. Digər zərərçəkmişlər Rahid Cəfərov, Samir Novruzov, Asiman Məmmədrzayev, Ceyhun Batıyev, Məmmədtağı Rüstəmov, Aydın Tanrıvediyev, Valeh Mirzəliyev ifadələrində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində xəsarət aldıqlarını bildiriblər. Zərərçəkmiş Rahid Cəfərov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında qeyd edib ki, o, Ağdərə rayonunun Canyataq kəndi ərazisində snayper atəşi nəticəsində xəsarət alıb. Güloğlan Əmiraslanov ifadəsində Xocavənd rayonunda düşmən tərəfindən atılmış “Faqot” tank əleyhinə idarə olunan raketin partlaması nəticəsində yaralandığını söyləyib. Zərərçəkmiş Kamran Həsənov ifadə verib ki, Ağdam rayonunun Əliağalı kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində yaralanıb. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualını cavablandıran zaman o qeyd edib ki, hadisə zamanı yanında olan Allahverdi Səfiyev və Elnur Kərimov həlak olublar. Zərərçəkmiş İftixar Abdullayev ifadəsində Kəlbəcər rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib. Rahib Məmmədov Kəlbəcərdə düşmənin ağır artilleriyadan açdığı atəş nəticəsində xəsarətlər aldığını söyləyib. İfadə verən digər zərərçəkmiş şəxslər Rahil Xəlilov, Tural Səmədov, Yamin Məmmədov, Elgün Musayev Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin müxtəlif istiqamətlərdə açdığı atəş nəticəsində yaralandıqlarını söyləyiblər. Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in bir çox maddələri ilə - təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini deportasiya etmə və məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, həmçinin qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik yaratma, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə və daha bir neçə cinayət əməlinə görə müvafiq maddələrlə ittiham olunur. 


Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, cinayətkar Ermənistanın və dəstəklədiyi cinayətkar separatçı rejimin insanlıq əleyhinə cinayətləri bir-bir üzə çıxır: 

- Məhkəmədə şahidlər danışdıqca, erməni cinayətkarlarının xalqımızı necə ağır işgəncələrə, əsirlik, köçkün həyatına məruz qoyduqları, ən adi insani haqlarının tapdalandığı təsdiqini tapır. Biz bunları bilirdik. Geniş tərkibli məhkəmənin keçirilməsi bu həqiqətlərin dünyaya çatdırılmasını təmin edir. Azərbaycan dövlətinin nail olduğu bu ədalət məhkəməsində təsdiqini tapan faktlar, bütün dəlil və sübutlar Beynəlxalq Cinayət  Məhkəməsinə - Haaqa Məhkəməsinə təhvil verilməli və Ermənistan dövləti, vaxtilə Qarabağda yuva salmış erməni separatçıları alman faşistləri kimi beynəlxalq Haaqa Məhkəməsinə çıxarılmalıdır. Onların 30 il müddətində Azərbaycanın suveren ərazisi olan Qarabağ və ətraf bölgələrdə törətdiyi cinayətlər təkcə azərbaycanlılara qarşı deyildi, bütün bəşəriyyətə qarşı idi. Məsələ təkcə insan tələfatıyla məhdudlaşmır. Onların törətdiyi milli, irqi ayrı-seçkilik, soyqırımı, maddi-mənəvi sərvətlərin məhv və talan edilməsi kimi bəşəri cinayət əməlləridir. Bunu da qeyd etməliyəm ki, Azərbaycanın insan hüquqları üzrə ombudsmanı İkinci Qarabağ müharibəsi dövründən başlayaraq, Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən cinayətlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində geniş fəaliyyət həyata keçirir, bu mövzu ilə əlaqədar hesabatlar hazırlayaraq insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara ünvanlayır. Ombudsman tərəfindən Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər və beynəlxalq hüququn pozulması faktlarını özündə ehtiva edən geniş hesabatlar hazırlanaraq yerli ictimaiyyətin və aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin, eyni zamanda beynəlxalq humanitar hüququn pozulması hallarının sübutu yalnız şahid ifadələri deyil, həm də Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərdə aşkarlanan kütləvi məzarlıqlardır. Bu məzarlıqlarda azərbaycanlılara məxsusluğu təsdiq olunmuş insan qalıqlarının qeyri-insani formada dəfn edildiyi bilinir. Ermənistan itkin düşmüş soydaşlarımızın taleyinə hələ də aydınlıq gətirmir, əsirlikdə, girov saxlananların, hələ də sağ qalan azərbaycanlıların təhvil verilməsi, qətlə yetirilənlərinsə kütləvi dəfn olunduğu yerlər barədə məlumatları təqdim etmir. Piyada əleyhinə minaların basdırıldığı ərazilərin dəqiq xəritələrini də verməkdən boyun qaçırır. Bunlar Ermənistan siyasi rəhbərliyinin riyakarlığının, insanlıq əleyhinə cinayətləri davam etdirdiyinin sübutudur. Bizim  üzərimizə düşən vəzifə budur ki, bununla bağlı hüquqi məsuliyyət tədbirlərinin görülməsi üçün bütün dəlil-sübutlar toplanaraq Beynəlxalq İnsan Haqları Məhkəməsinə təqdim edilsin və dünya ictimaiyyətinə çağırış edilsin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 İyul 2025 08:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri