Icma.az
close
up
RU
MALBI trans ın rəhbəri: Məqsədimiz Orta Dəhlizdə Avropa yüklərinin həcmini artırmaqdır

MALBI trans ın rəhbəri: Məqsədimiz Orta Dəhlizdə Avropa yüklərinin həcmini artırmaqdır

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çexiyanın "MALBI-trans" şirkəti Azərbaycanda birgə müəssisə yaratmaq imkanını nəzərdən keçirir.

Bunu "Report"a şirkətin baş direktoru Liliana Krutonoq Bakıda keçirilən "Qara dəniz-Xəzər logistika forumu 2025: dəhlizlər, yüklər, infrastruktur" konfransı çərçivəsində bildirib.

O, xatırladıb ki, şirkət bu yaxınlarda Orta Dəhlizin inkişafı çərçivəsində Rumıniyanın "Carpatica Feroviar" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Sənəd yeni müntəzəm xidmətlərin istifadəyə verilməsini nəzərdə tutur.

"Razılaşmanın məqsədi Konstansa limanının yükünü artırmaqdır. Biz artıq bu dəhlizdə işləyən tərəfdaşlarımızın mövcud xidmətlərini inkişaf etdirmək niyyətindəyik və birbaşa əlaqəni təmin etməklə həm öz yükümüzü, həm də tərəfdaşlarımızın yüklərini daşımaq üçün Konstansa limanına marşrutları genişləndirmək istəyirik", - L.Krutonoq qeyd edib.

Onun sözlərinə görə, şirkət Azərbaycan tərəfi ilə birgə müəssisə yaratmaq üçün bir neçə təklif alıb.

"İndi hər şeyi diqqətlə təhlil etmək istəyirik, ola bilsin, müsbət qərar verərik. Bu, ilk addımdır. İkinci addım forumun yeni iştirakçıları ilə aktiv danışıqlardır: bu il burada çoxlu yeni şirkətlər və oyunçular var. O cümlədən bir neçə Qazaxıstan şirkəti əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Ümumilikdə, əsas məqsədimiz Orta Dəhliz üzrə Avropa yüklərinin həcmini maksimum dərəcədə artırmaqdır. Bunun üzərində işləyirik. Avropada olduğumuzdan biz, təbii ki, Çindən idxal edirik, lakin prioritet Avropa məhsullarının Orta Dəhliz vasitəsilə Çin, Qazaxıstan və Mərkəzi Asiya ölkələrinə ixracıdır", - "MALBI-trans" rəhbəri əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə vasitəsilə Avropaya uzanan beynəlxalq nəqliyyat marşrutudur.

Rəsmi məlumatlara əsasən, 2024-cü ildə Orta Dəhlizlə yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə bu göstəricinin 5,2 milyon tona yüksələcəyi proqnozlaşdırılır. Bunun 4,2 milyon tonu marşrut iştirakçısı ölkələrin ərazisindən keçəcək, 2,5 milyon tonu quru yüklərin (96 min TEU), 1,7 milyon tonu isə neftin payına düşəcək.

Proqnozlara görə, 2027-ci ilə qədər Orta Dəhlizin illik buraxılış qabiliyyəti 10 milyon tona çata bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 Sentyabr 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri