Icma.az
close
up
RU
Maldiv adalarında gənclərin ekoloji hərəkatı geniş vüsət alır

Maldiv adalarında gənclərin ekoloji hərəkatı geniş vüsət alır

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 10 avqust, AZƏRTAC

Maldiv adalarında gənc ekologiya fəalları təbii ekosistemlərin məhv edilməsinə və iqlim dəyişikliyinin təsirlərinə qarşı çıxış edərək ətraf mühit təşəbbüslərini gücləndirirlər.

AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, bu yaxınlarda bir qrup gənc UNESCO biosfer qoruğunda qorunan manqrov bataqlıqları yaxınlığında torpaqların meliorasiya layihələrinə etiraz etmək üçün qayıqlarla dənizə çıxıb. Fəallar bu cür layihələrin ətraf mühitə təsirlərini, o cümlədən manqrov ekosistemlərinə, mərcan riflərinə və sahil ərazilərinə yaratdığı təhlükəni vurğulayıblar.

“Mən və ətraf mühit” adlanan qeyri-kommersiya təşkilatı ekologiya məsələləri ilə məşğul olan gənc fəalları bir araya gətirir. Onlar iqlim böhranının cənubdakı Addu şəhərində bataqlıq ərazilərə və mərcan riflərinə təsirini sənədləşdirirlər. Paytaxt Male və qonşu Hulhumaledə gənclər təşkilatları plastik çirklənmə probleminə diqqət yetirirlər. Onlar müntəzəm olaraq çimərlikləri və ictimai yerləri təmizləyir, könüllülərlə birlikdə mərcan riflərini balıq ovu torları və plastik tullantılardan təmizləmək üçün çalışırlar.

Fəallar hesab edirlər ki, gənclərin ətraf mühit təşəbbüslərində iştirakı ölkənin gələcəyi üçün məsuliyyət hissini artırır.

Eyni zamanda, gənc ətraf mühit fəalları yaşlarına görə tənqidlərlə üzləşirlər. Onların sözlərinə görə, hökumət rəsmiləri və digər müxaliflər tez-tez gənclərin qərar qəbuletmədə iştirak etmək üçün təcrübələrinin olmadığını iddia edirlər. Fəallar isə ölkənin bütün ətraf mühit problemlərini təkbaşına həll edə bilmədiklərini etiraf edirlər, lakin təcili hərəkətə keçməyin zəruri olduğuna inanırlar.

Maldiv adaları dünyanın dəniz səviyyəsinin yüksəlməsinə ən çox həssas olan yerlərindən biridir. Mütəxəssislər iqlim dəyişikliyinin ada dövləti üçün yaxın onilliklərdə ciddi nəticələrini proqnozlaşdırırlar. Bu təhdidlər fonunda ölkə hakimiyyəti infrastruktur və digər inkişaf layihələrinin həyata keçirilməsinin zəruriliyini bəyan edir, ətraf mühit təşkilatlarını uzunmüddətli ekoloji təsirləri nəzərə almağa çağırır. Gənc fəallar hesab edirlər ki, ətraf mühitin mühafizəsi gündəlik həyatın bir hissəsinə çevrilməli və ekoloji təhsil gələcək nəsilləri bu vacib problemin həllinə hazırlamaq üçün vasitə olmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Avqust 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see369

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see285

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see274

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see261

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see259

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see245

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see241

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see236

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see236

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see232

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see232

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see224

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see224

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see223

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see212

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see211

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see209

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see202

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see200

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri