Maldiv Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və rəsmi şəxslər qarşılayıblar.

AZƏRTAC

Maldiv Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib
12 Noyabr 2024 14:48

