Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Maliyyə İnvestisiya Forumu keçiriləcək

Maliyyə İnvestisiya Forumu keçiriləcək

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

Ölkənin ən böyük maliyyə tədbirlərindən biri olan Maliyyə İnvestisiya Forumu bu il "İnvestor olmaq asandır” konsept mesajı ilə mayın 23-də keçiriləcək.

Forum “Facemark” və “AFBİA” şirkətlərinin birgə təşkilatçılığı ilə Gülüstan sarayında təşkil ediləcək.

Tədbirdə "İnvestisiyanın Gücü və Yeni Trendlər", "Uğurlu İnvestisiya Qərarları" panelləri və Məruzəçilərin çıxışlarından ibarət panel üzrə müxtəlif mövzular müzakirə ediləcək.

Tədbirin təşkilatçıları ilə müsahibəni təqdim edirik.

Rafiq Hunaltay – “Facemark” şirkətinin təsisçisi

- Bu il ölkəmizdə Maliyyə İnvestisiya Forumu keçirilir və maliyyə sektoru üçün strateji əhəmiyyət daşıyan platforma rolunu oynayır. Forumun əsas mövzusu və ya şüarı nədir?

- Maliyyə İnvestisiya Forumu "İnvestor olmaq asandır" konsept mesajı ilə keçiriləcək. Bu şüar, forumun əsas məqsədini – investisiya proseslərini daha əlçatan və başa düşülən etmək əks etdirir. Forum, investorların qarşılaşdığı çətinlikləri aradan qaldırmaq və investisiya mühitini daha şəffaf və cəlbedici etmək üçün nəzərdə tutulmuşdur.

- Builki tədbirin məzmun və spiker seçimi nələri əhatə edəcək?

-Builki forumda məzmun baxımından daha geniş və dərin müzakirələr planlaşdırılır. Kapital bazarlarının inkişafı, şirkətlərin IPO vasitəsilə maliyyələşmə imkanları, yeni texnologiyaların və rəqəmsallaşmanın investisiya sektoruna təsiri kimi aktual mövzular gündəmdə olacaq. Spiker seçimi baxımından isə, həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış ekspertlər və sektor liderləri dəvət olunub. Təşkilati baxımdan isə forum daha interaktiv formatda keçiriləcək, panel müzakirələri, seminarlar və şəbəkələşmə imkanları ilə zənginləşdiriləcək.

-Tədbir iştirakçılar üçün hansı yeni imkanlar, bilik mübadiləsi və əməkdaşlıq perspektivləri təqdim edəcək? Forumun nəticələrinin sektorda real təsirləri necə proqnozlaşdırılır?

Forum iştirakçılara bir sıra yeni imkanlar təqdim edəcək. Bunlar arasında investorlar və şirkətlər arasında birbaşa əlaqələrin qurulması, bilik və təcrübə mübadiləsi, həmçinin potensial əməkdaşlıq perspektivlərinin müzakirəsi yer alır. Forumun nəticələrinin sektorda real təsirləri arasında isə investisiya mühitinin daha da inkişaf etdirilməsi, yeni maliyyə alətlərinin tətbiqi və investorların maarifləndirilməsi gözlənilir. Bu, ümumilikdə ölkənin iqtisadi inkişafına və maliyyə sektorunun güclənməsinə töhfə verəcək.

Orxan Bağırov - AKBA-nın Direktorlar Şurasının sədri

-Yerli və regional səviyyədə kapital bazarlarının inkişafı ilə bağlı hansı dövlət və özəl sektor nümayəndələrinin iştirakı gözlənilir?

-Kapital bazarlarının davamlı və dayanıqlı inkişafı həm dövlət, həm də özəl sektor nümayəndələrinin fəal və uzlaşdırılmış əməkdaşlığını tələb edir. Bu baxımdan, yerli səviyyədə ilk növbədə Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, eləcə də Azərbaycan İnvestisiya Holdinqi və Azərbaycan Dövlət Neft Fondu kimi strateji dövlət qurumlarının iştirakı xüsusi əhəmiyyət daşıyır. Regional müstəvidə isə Türkiyə, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri (xüsusilə Dubay) və digər qonşu ölkələrdən beynəlxalq maliyyə institutlarının nümayəndələrinin tədbirdə fəal iştirakı planlaşdırılır. Kapital bazarının yerli infrastrukturu çərçivəsində Bakı Fond Birjası, Milli Depozit Mərkəzi, kommersiya bankları, investisiya və sığorta şirkətləri mühüm rol oynayan özəl sektor nümayəndələri sırasında yer alır. Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası olaraq, biz bu tərəfdaşlarla qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, dialoq platformalarının yaradılmasına və ortaq təşəbbüslərin həyata keçirilməsinə hər zaman açığıq. İnanırıq ki, müxtəlif maraqlı tərəflərin birgə fəaliyyəti sayəsində kapital bazarımız daha da güclənəcək, regional inteqrasiya isə yeni mərhələyə qədəm qoyacaqdır.

-AFBİA olaraq təşkil etdiyiniz bu forumun məqsəd və nəticələri barədə nə düşünürsünüz? Təşkilatçı olaraq forumdan hansı uğurları gözləyirsiniz?

-Forumun əsas məqsədi bir tərəfdən kapital bazarlarından maliyyə vəsaiti cəlb etmək istəyən şirkətlərə, digər tərəfdən isə investisiya edərək gəlir əldə etmək istəyən fərdi və institusional investorlar üçün bu prosesin ən effektiv yollarını təqdim etməkdir. Biz forumda peşəkarların praktiki təcrübələrini birbaşa iştirakçılara çatdırmaqla bazarın hər iki tərəfində olan iştirakçılar üçün bilik platforması yaratmağı hədəfləmişik. Ən böyük uğur kimi, iştirakçıların kapital bazarları haqqında maariflənməsi, investisiya proseslərini daha aydın və özünəinamla başa düşmələri və nəticədə əməli qərarlar verməyə başlamaları hesab olunur. Xüsusilə, forumun şirkət rəhbərləri və maliyyə direktorları üçün faydalı olacağına inanırıq. Onların investisiya şirkətləri ilə ilk təmas quraraq, forumdan sonra konkret danışıqlara başlaması və kapital bazarları vasitəsilə maliyyə strategiyalarını həyata keçirməsi gözlənilir.

-İnvestisiya proseslərində qarşıya çıxan çətinliklər və risklər barədə forumda hansı müzakirələr keçiriləcək?

-İnvestisiya qərarları, təbii olaraq, risklər fonunda formalaşır və bu riskləri düzgün tanımayan və ölçə bilməyənlər üçün proses çətin görünə bilər. Forumda əsas müzakirə mövzularından biri də məhz bu olacaq, yəni investisiya mühitində rast gəlinən çətinliklərin və risklərin təhlili. Eyni zamanda, iştirakçılara bu riskləri necə daha obyektiv qiymətləndirmək və idarə etmək yolları təqdim ediləcək. Məqsədimiz bu prosesi qorxulu bir mərhələ kimi deyil, düzgün məlumat və alətlərlə asanlıqla öhdəsindən gəlmək mümkün olan bir imkan kimi göstərməkdir. Forum, maliyyəsini daha şüurlu idarə etmək və sərbəst vəsaitlərini iqtisadi baxımdan məqsədyönlü şəkildə yönləndirmək istəyən hər kəs üçün açıq və faydalı olacaq.

Pərvanə Qasımova - CFI Financial İnvestisiya Şirkətinin direktoru

-Maliyyə və İnvestisiya Forumu kimi strateji bir tədbirə sponsorluq etməyinizin əsas səbəbləri nələrdir? Bu forumun sizin şirkətin dəyərləri və strategiyası ilə necə uzlaşdığını düşünürsünüz?

-CFI Azerbaijan İnvestisiya Şirkəti olaraq belə bir strateji tədbirin baş sponsoru olmaq bizim üçün həm qürurvericidir, həm də böyük məsuliyyətdir. Biz inanırıq ki, bu kimi forumlar cəmiyyətin maliyyə savadlılığının artırılmasında mühüm rol oynayır. İnvestisiya sahəsinin təmsilçisi kimi hesab edirik ki, vətəndaşlarımızın yalnız pul xərcləmə deyil, həm də investisiya etmə mədəniyyətini mənimsəməsi ölkənin iqtisadi inkişafına birbaşa töhfə verir. Bu baxımdan, Maliyyə və İnvestisiya Forumu bizim strateji məqsədlərimiz – maliyyə maarifləndirilməsi, dayanıqlı inkişaf və investor düşüncəsinin təşviqi ilə tam uzlaşır. Biz bu platformanı həm də bilik və təcrübə mübadiləsi, həmçinin peşəkar əlaqələrin qurulması üçün dəyərli fürsət kimi görürük.

-Sizcə, bu kimi platformalar vasitəsilə özəl sektorun kapital bazarlarına töhfəsi və investorlarla əlaqəsi necə inkişaf etdirilə bilər?

-Əslində, belə platformalarda müzakirə olunmalı əsas məsələ – kapital bazarlarının özəl sektor üçün əhəmiyyəti və onun inkişafına verdiyi töhfədir. Çünki sirr deyil ki, özəl sektor daim sərbəst vəsaitə ehtiyac duyur, lakin ənənəvi maliyyə mənbələri, xüsusilə bank kreditləri, bu ehtiyacı tam qarşılamır. Kapital bazarları isə daha çevik və uzunmüddətli maliyyələşmə imkanları təqdim edir. Lakin bu imkanlardan faydalanmaq üçün şirkətlər düzgün şəkildə hazırlaşmalı, şəffaflığa və korporativ idarəetməyə ciddi yanaşmalıdırlar. Biz inanırıq ki, yaxşı hazırlıq görmüş şirkətlər İPO vasitəsilə istədikləri həcmdə vəsait cəlb edə bilər. Keyfiyyətli və şəffaf məhsulun isə bazarda hər zaman alıcısı olacaq. Bu forumun da əsas üstünlüklərindən biri odur ki, burada həm şirkətlər, həm investorlar, həm də dövlət nümayəndələri arasında açıq dialoq üçün münbit zəmin yaradılır.

-Şirkət olaraq maliyyə və investisiya sahəsində hansı innovativ məhsul və ya xidmətləri təqdim edirsiniz və bunları forum çərçivəsində paylaşmağı planlaşdırırsınızmı?

CFI Azerbaijan olaraq daim yenilikçi həllərlə çıxış edirik və bazarın ehtiyaclarına uyğun məhsullar təqdim etməyə çalışırıq. Xüsusilə fərdi və institusional investorlar üçün sərmayə portfellərinin formalaşdırılması, risklərin idarə olunması, eləcə də kapital bazarlarına çıxış imkanlarının genişləndirilməsi sahəsində bir sıra rəqəmsal və analitik alətlər tətbiq edirik. Forum çərçivəsində həm bu xidmətlər haqqında məlumat verməyi, həm də  potensial investorlar və tərəfdaşlarla əməkdaşlıq imkanlarını müzakirə etməyi planlaşdırırıq. Əsas məqsədimiz investorların etimadını qazanmaq, onları düzgün və effektiv investisiya qərarlarına yönəltməkdir.

Qeyd edək ki, tədbirdə indiyədək 250+ spiker, moderator və 3000+ şirkət əməkdaşı iştirak edib. Sahə üzrə ən son yeniliklərdən xəbərdar olmaq və sektorda lider mövqeyə yüksəlmək istəyənlər üçün Maliyyə və İnvestisiya Forumu əvəzolunmaz bir platforma rolunu oynayacaq.

Tədbirə bilet əldə etmək və ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (https://financeandinvestmentforum.az/) keçid edə və sosial media hesablarını izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/fifbaku.az

Instagram: https://www.instagram.com/financialinvestmentforum/

Linkedln: https://www.linkedin.com/company/fifbaku-az/?viewAsMember=true

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 24 Aprel 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see568

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see293

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see202

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri