Icma.az
close
up
RU
Maliyyə İnvestisiya Forumu uğurla yekunlaşıb

Maliyyə İnvestisiya Forumu uğurla yekunlaşıb

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkənin ən böyük maliyyə tədbirlərindən biri olan Maliyyə İnvestisiya Forumu bu il "İnvestor olmaq asandır" konsept mesajı ilə 23 may tarixində Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA) və "Facemark" şirkətinin birgə təşkilatçılığı ilə yekunlaşıb.

Tədbirin keçirilməsində məqsəd yerli maliyyə bazarının beynəlxalq təcrübəyə uyğunlaşdırılması və investorlar üçün daha əlverişli mühitin formalaşdırılmasıdır. Bu təşəbbüs, həm vətəndaşların maliyyə biliklərinin artırılmasına, həm də investisiya imkanlarının genişləndirilməsinə xidmət edir.

Tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin və Admedia şirkətinin təşkilati dəstəyi, "CFİ Financial" İnvestisiya Şirkətinin baş sponsorluğu, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tədbirin partynorluğu, "PAŞA Kapital" İnvestisiya Şirkəti, "İnvest-AZ" və "Assist Finance" İnvestisiya şirkətlərinin sponsorluğu, eyni zamanda, Bakı Fond Birjası və "ABB-İnvest" İnvestisiya Şirkətinin dəstəyilə keçirilib.

Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə rəsmi olaraq açıq elan edilib. Açılış mərasimində çıxış edən Azərbaycan Mərkəzi Bankının direktoru Tərlan Rəsulov, Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mürsəqulov və Azərbaycan Kapital Bazarları Assosiasiyasının (AKBA) Direktorlar Şurasının sədri Orxan Bağırov iştirakçıları salamlayaraq forumun əhəmiyyəti və məqsədləri barədə fikirlərini bölüşüblər.

Dövlət qurumlarının nümayəndələri, aparıcı maliyyə institutları, banklar, investisiya şirkətləri, fond birjası, sahibkarlar və media təmsilçiləri iştirak edərək geniş fikir mübadiləsi aparıblar

Tədbir çərçivəsində "İnvestisiyanın gücü" və "Uğurlu investisiya qərarları" mövzularında iki panel müzakirəsi keçirilib. Bununla yanaşı, müxtəlif aktual mövzulara dair faydalı çıxışlar da təqdim olunub. Kapital bazarlarının inkişafı, şirkətlərin IPO vasitəsilə maliyyələşmə imkanları, yeni texnologiyaların və rəqəmsallaşmanın investisiya sektoruna təsiri kimi aktual mövzular müzakirə olunub. İnvestorlar üçün şəffaflığın və hesabatlılığın əhəmiyyəti, risklərin idarə olunması və qlobal maliyyə bazarlarına çıxış imkanları tədbirin əsas müzakirə mövzuları sırasında yer alıb.

Tədbirin sonunda lototron üsulu ilə müsabiqə təşkil olunub və iştirakçılar sponsorlar tərəfindən təqdim olunan dəyərli hədiyyələr qazanıblar. Eyni zamanda, forum iştirakçılarına sertifikatlar təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 May 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri