Icma.az
close
up
RU
Maliyyə naziri Asiya İnkişaf Bankının prezidenti Masato Kanda ilə görüşüb

Maliyyə naziri Asiya İnkişaf Bankının prezidenti Masato Kanda ilə görüşüb

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 14-də maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan bankın prezidenti Masato Kanda ilə görüşüb. Bu səfər prezident Kandanın Azərbaycana ilk rəsmi səfəridir.

Bu barədə “APA-Economics”ə Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, nazir Sahil Babayev AİB ilə uzunmüddətli və səmərəli əməkdaşlığın Azərbaycan üçün əhəmiyyətini vurğulayaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz iqtisadiyyatın şaxələndirilməsi, davamlı inkişaf və regional liderlik hədəflərinə doğru irəliləyir və bu prosesdə beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Nazir AİB ilə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirərək kreditlər, qrantlar və texniki yardım vasitəsilə həyata keçirilən birgə təşəbbüslərin ölkəmizin inkişaf gündəliyinə əhəmiyyətli töhfə verdiyini bildirib.

Azərbaycanın cari iqtisadi vəziyyəti və makroiqtisadi göstəriciləri barədə məlumat verən S.Babayev bildirib ki, ölkə iqtisadiyyatında və xüsusilə qeyri-neft sektorunda müsbət inkişaf dinamikası müşahidə olunur, strateji valyuta ehtiyatları yüksək səviyyədədir və dövlət borcu kifayət qədər aşağı həddədir.

Görüşdə AİB-nin 2025–2029-cu illəri əhatə edən Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlığı Strategiyası da diqqət mərkəzində olub. Yeni strategiya iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı, iqlim dayanıqlığının artırılması, rəqəmsal və yaşıl transformasiya, eləcə də özəl sektorun gücləndirilməsi kimi prioritetləri əhatə edir.

Tərəflər Bakı Metropoliteninin genişləndirilməsi, Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun, içməli su təchizatının, su itkilərinin azaldılması və yağış sularının idarə edilməsi sahələrində həyata keçiriləcək layihələrdə, eləcə də dəmir yolu infrastrukturunun modernləşdirilməsi, dövlət–özəl tərəfdaşlığı layihələri və regional əlaqəlilik təşəbbüsləri daxil olmaqla əsas prioritet əməkdaşlıq istiqamətləri üzrə geniş müzakirələr aparıblar. Bu çərçivədə AİB-nin Orta Dəhliz və Yaşıl Enerji Dəhlizi kimi strateji regional layihələrə inteqrasiyası da diqqət mərkəzində olub.

Görüş zamanı Azərbaycanın AİB-nin yoxsulluğun azaldılması və həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə əsasən aşağı gəlirli ölkələrə dəstək göstərən Asiya İnkişaf Fonduna (AİF) 2021-ci ildən etibarən verdiyi töhfələr yüksək qiymətləndirilib. Vurğulanıb ki, bu dəstək Azərbaycanın ən az inkişaf etmiş ölkələrlə həmrəylik siyasətinin və inklüziv regional inkişafın təşviqinə verdiyi önəmin göstəricisidir.

Prezident Masato Kanda bildirib ki, AİB Azərbaycanı mühüm və etibarlı tərəfdaş kimi yüksək qiymətləndirir və ölkənin inkişaf prioritetlərini dəstəkləməyə, o cümlədən regional əlaqəlilik, rəqəmsal transformasiya, su təsərrüfatı və dayanıqlı infrastruktur sahələrində əməkdaşlığı daha da genişləndirməyə hazırdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Noyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see213

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see160

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see140

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see139

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see137

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see133

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see128

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see126

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see122

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see122

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see122

Saakaşvili xəstəxanadan ÇIXDI

12 Noyabr 2025 21:23see121

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see120

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see120

Ayxan Abbasov Azərbaycan futbolunun qarşısındakı problemlərdən danışıb

12 Noyabr 2025 22:27see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri