Maliyyə Nazirliyi ölkənin müdafiə xərclərini açıqladı KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
2025-ci ilin yanvar-mart aylarında Azərbaycan müdafiə qabiliyyətini və milli təhlükəsizliyini gücləndirmək üçün dövlət büdcəsindən 2,028 milyard manat (cari məzənnə ilə 1,19 milyard dollar) vəsait ayırıb.
KONKRET.az “Interfax”a istinadla xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Hesabat dövründə bu xərc maddəsinin maliyyələşdirilməsi planı 120,8 faiz yerinə yetirilib.
“Ümumilikdə, 2025-ci ilin yanvar-mart aylarında müdafiə və milli təhlükəsizlik xərclərinin payı rübün bütün büdcə xərclərinin 25%-ni təşkil edib”, – deyə Maliyyə Nazirliyi vurğulayıb.
Azərbaycanın 2025-ci il dövlət büdcəsində 2025-ci il üçün müdafiə və milli təhlükəsizlik xərcləri 8,555 milyard manat (cari məzənnə ilə 5,032 milyard ABŞ dolları) və ya bütün xərclərin 20,7 faizi səviyyəsində nəzərdə tutulub.
2024-cü ildə bu məqsədlər üçün büdcə xərcləri 6,562 milyard manat (3,86 milyard dollar) təşkil edib ki, bu da 2023-cü ilin göstəricisindən 12% çoxdur.
Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, Ermənistanın fəal hərbiləşdirilməsinə cavab olaraq müdafiə xərclərini artırmağa məcburdurlar.
Aprelin 18-nə olan rəsmi məzənnə 1,7 manat/$1 təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 19 Aprel 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















