Rusiya Müdafiə Nazirliyi ilk dəfə müharibə xərclərini açıqladı
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Dövlət büdcəsinin “xüsusi hərbi əməliyyatla birbaşa əlaqəli” xərcləri 2025-ci ildə Rusiyanın ÜDM-nin 5,1%-ni təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə nazirliyin kollegiya iclasında çıxışı zamanı ölkənin müdafiə naziri Andrey Belousov deyib.
Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin 2025-ci il üçün proqnozlaşdırdığı ÜDM-in 217,3 trilyon rubl olacağını nəzərə alsaq, müharibə xərclərini 11,1 trilyon dollar həcmində qiymətləndirmək olar.
“Faridaily” nəşrinin məlumatına görə, Müdafiə Nazirliyi ilk dəfədir ki, müharibə xərclərini açıqlayır. Əvvəllər yalnız “Milli Müdafiə” kateqoriyası üzrə xərc məlumatları dərc olunurdu ki, bura təkcə cari xərclər deyil, həm də tikintiyə, yeni silahların hazırlanmasına və digər xərclərə investisiyalar daxildir.
2025-ci ildə “Milli Müdafiə” kateqoriyası üzrə ümumilikdə 13 trilyon rubl xərclənib. Bu, “Sosial siyasət” kateqoriyası (6,9 trilyon) və “Milli iqtisadiyyat” kateqoriyası (4,4 trilyon) üzrə birgə xərclərdən çoxdur.
Bu mövzuda digər xəbərlər:Maliyyə Nazirliyi ölkənin müdafiə xərclərini açıqladı KONKRET
19 Aprel 2025 11:54
Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi itkilərini açıqladı
13 İyul 2026 18:03
Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb...
21 Noyabr 2024 21:21
Rusiya Müdafiə Nazirliyi yalan danışır..?
29 Sentyabr 2026 18:28
Baxış sayı:162
Bu xəbər 17 Dekabr 2025 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















