Azərbaycanda “Rəqabət Məcəlləsinə uyğun maliyyə sanksiyalarının hesablanması Qaydaları” təsdiqlənib
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Nazirlər Kabineti “Rəqabət Məcəlləsinə uyğun olaraq maliyyə sanksiyalarının hesablanması, tətbiqi meyarları və Qaydaları”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Məcəllədə nəzərdə tutulan maliyyə sanksiyalarını yüngülləşdirən amillər olduğu halda, qanun pozuntularına görə maliyyə sanksiyası aşağıdakı qaydada tətbiq edilir:
- Məcəllədə müəyyən edilmiş qanun pozuntusuna görə sanksiya məbləği ümumilikdə 65 %-dən çox olmamaq şərtilə, Məcəllənin 79.1.1-ci, 79.1.5-ci və 79.1.6-cı maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 10 % məbləğində, 79.1.2-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 20 % məbləğində, 79.1.3-cü maddəsi ilə müəyyən edilmiş amil üzrə 25 % məbləğində və 79.1.4-cü maddəsi ilə müəyyən edilmiş amil üzrə 15 % məbləğində azaldılır;
- Məcəllənin 77.1.2-ci maddəsi ilə müəyyən edilmiş qanun pozuntusuna görə sanksiya məbləği ümumilikdə 70 %-dən çox olmamaq şərtilə Məcəllənin 79.1.1-ci, 79.1.4–79.1.6-cı maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 10 % məbləğində, 79.1.2-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 20 % məbləğində və 79.1.3-cü maddəsi ilə müəyyən edilmiş amil üzrə 15 % məbləğində azaldılır;
- Məcəllənin 77.1.3-cü maddəsi ilə müəyyən edilmiş qanun pozuntusuna görə sanksiya məbləği ümumilikdə 75 %-dən çox olmamaq şərtilə Məcəllənin 79.1.1-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 10 % məbləğində, 79.1.2-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 25 % məbləğində, 79.1.3-cü maddəsi ilə müəyyən edilmiş amil üzrə 20 % məbləğində, 79.1.4-cü maddəsi ilə müəyyən edilmiş amil üzrə 15 % məbləğində, 79.1.5-ci və 79.1.6-cı maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 5 % məbləğində azaldılır;
- Məcəllənin 77.1.4-cü maddəsi ilə müəyyən edilmiş qanun pozuntusuna görə sanksiya məbləği ümumilikdə 90 %-dən çox olmamaq şərtilə Məcəllənin 79.1.1-ci, 79.1.5-ci və 79.1.6-cı maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 10 % məbləğində, 79.1.2-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 20 % məbləğində, 79.1.3-cü maddəsi ilə müəyyən edilmiş amil üzrə 25 % məbləğində və 79.1.4-cü maddəsi ilə müəyyən edilmiş amil üzrə 15 % məbləğində azaldılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 11 Mart 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















