Icma.az
close
up
RU
Mamana Demə, Çini Çaydan... Xalq bayağı mahnıları niyə trendə çevirir? AÇIQLAMA

Mamana Demə, Çini Çaydan... Xalq bayağı mahnıları niyə trendə çevirir? AÇIQLAMA

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son dövrlər ölkəmizdə bayağı mahnılara maraq olduqca artıb. Belə ki, Məmişcanın "Mamana Demə" bəstəsi 1 ay ərzində 5.5 milyon baxış ilə Azərbaycan gündəminin noyabr ayı üzrə ən çox danışılan musiqi mövzusu olub. "Çini Çaydan" ilə gərgin rəqabətdə olan bu parça hələ 1.6 milyon da dinlənilməlidir ki, Kəmalə Günəşliyə çatsın. 

Maraqlıdır, ölkədə bu tipli mahnılara marağın artmasına səbəb nədir? Bu dəyişikliyin milli mentalitetimizə hansı təsirləri var? 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən kulturoloq Aydın Xan Əbilov bildirib ki, akademik musiqiyə, Avropa bəstəkarlığı ənənələrinə və Azərbaycan klassik musiqi məktəbinin nümayəndələrinin yaradıcılığına maraq azalıb: 

"Azərbaycan incəsənətində baş verən mürəkkəb proseslər çox maraqlıdır. Çağdaş sənətdə müşahidə olunan hadisələr təkcə sənətçiləri deyil, kulturoloqları və mədəniyyətşünasları da düşündürür. Hər bir dövrün özünəməxsus musiqi janrları, formaları və üslubları olur. Bu gün də Azərbaycan musiqisi axtarışdadır. Bu axtarışlar çərçivəsində yerli musiqilər, retro musiqilər, bəstəkarlıq nümunələri və bəstəkar mahnıları diqqət çəkir. Tez-tez qonşu xalqların – xüsusən də Türkiyə, Rusiya və Şərq xalqlarının, eləcə də İranın Cənubi Azərbaycan muğamlarının təsiri ilə yeni istiqamətlər formalaşır. Bu təsirlərdən doğan mahnılar həm televiziya kanallarında, həm də "YouTube" və digər rəqəmsal platformalarda geniş dinləyici auditoriyası qazanır və trendə çevrilir. 

Xüsusən 30-40 milyon azərbaycanlının yaşadığı Cənubi Azərbaycandan gələn musiqilər bizim mədəniyyətimizin ayrılmaz bir hissəsidir. Şərq mədəniyyətinin, xüsusən də musiqisinin zənginliyini Azərbaycan çağdaş musiqisində hiss etmək mümkündür. Azərbaycan milli musiqisi, eyni zamanda Şərq musiqisinin təsiri ilə Avropa bəstəkarlığı ənənələri arasında bir körpü yaratmağa çalışır. Burada həm türk, həm fars, həm də ərəb üslublarının birləşdiyini müşahidə etmək mümkündür. Bu inteqrasiya Azərbaycan musiqisinin zənginliyini və dinamikasını qoruyub saxlayır".

Yazıçı qeyd edib ki, bu tipli şən musiqilərə cəmiyyətdə ehtiyac var: 

""Mamana Demə" və "Çini Çaydan" tipli musiqilər əyləncə xarakterli musiqilərdir. Əslində Cənubi Azərbaycandan olan Məmişxanın özünün də dediyi kimi, bunlar əyləncə xarakterli, humoristikdir, keçmişdə buna “şən mahnılar” deyirdilər. Amma nəyə görəsə bizdə buna ehtiyac var idi. Çünki Qarabağ müharibəsindən sonra bir gərginlik var idi. Qarabağ müharibəsi ilə yanaşı pandemiya oldu. Daha sonra ağır günlər keçdi, dünyada baş verən ekoloji problemlər və s. insanlar arasında bir gərginlik yaratdı. Ümumi psixoloji vəziyyət yarandı. Bu ictimai-sosial psixoloji vəziyyəti azaltmaq, yüngülləşdirmək üçün şən musiqilərə ehtiyac var. 

Əvvəl bizim "Sarı Gəlin" və bir çox mahnılar ifadə edən, əslində İrandan, Cənubi Azərbaycandan olan sənətçilərimiz var idi. Onların mahnıları bir müddət dəbə girdi. Ondan sonra Araşın mahnıları dəbə gəldi. Hətta Araş Avroviziyada Azərbaycanı da təmsil etdi. İndi isə bu cür şən musiqilərə ehtiyac var. Buna görə də bu musiqilər məclislərdə, tədbirlərdə, toylarda tələb olunan musiqilərdir. Rəqs ritmləri bunun təcrübəsindədir. Ona görə də bu tipli musiqilərin trendlərə düşməsi normaldır". 

Onun sözlərinə görə, hər bir şeyin həddindən artıq olması mənfilik yaradır: 

"Musiqimizdə də belədir, səhnəmizdə də belədir, musiqi sənətimizdə də belədir. Hər hansı bir janrın daha çox üstünlük təşkil etməsi digər janrların inkişafına mənfi təsir göstərir. Məhz həmin janrda, yəni bəstəkar musiqilərində və ya klassik Avropa bəstəkarlıq məktəbi janrında əsərlər yaradan sənətçilər də toy-bazar üçün şən musiqilər bəstələməyə başlayırlar. 

Təəssüf ki, "YouTube" və digər video paylaşım platformalarında, "TikTok" platformasında daha çox yeni nəsil nümayəndələri, gənclər istifadə edirlər. Onlar üçün bu cür şən musiqilər daha maraqlıdır. Çünki artıq klassik musiqilərə maraq azalıb. Bir qismi meyxanalara, bir qismi repə yönəlir. İndi isə bu cür şən musiqilər, yəni bir az sintetik, bir az janrları qarışdıran, bir az humoristik, insana xoş ovqat verən musiqilər diqqət mərkəzindədir. Bu da təbii ki, həmin musiqilərin baxış sayını artırır". 

A.X.Əbilov vurğulayıb ki, çağdaş estrada musiqimiz, səhnəmiz yalnız şəhər mahnılarına köklənməməlidir: 

"Burada ideoloji mahnılar da olmalıdır, vətənpərvərlik mövzulu mahnılar da yer almalıdır. Məsələn, Qarabağ müharibəsi zamanı bizdə çox gözəl vətənpərvər mahnılar yaradıldı. Demək olar ki, bütün sənətçilər – meyxanaçılardan tutmuş klassik musiqi ifaçılarına və estrada janrında çıxış edən müğənnilərə qədər – bu mövzuda mahnılar ifa etdilər. Onlar indi də dinlənilir və aktualdır. 

Ancaq bu cür şən mahnıların da yeri var. Biz heç bir janrın həddindən artıq üstünlük qazanmasının tərəfdarı deyilik. Hər bir janr, hər bir istiqamət paralel şəkildə inkişaf etməlidir. Lakin bu, digərlərinin, xüsusən də ciddi sənət nümunələrinin məhv olmasına gətirib çıxarmamalıdır. Bu janrları həddindən artıq reklam etməyə də ehtiyac yoxdur. Bir kanalda çıxan bir populyar mahnı digər kanallarda da yayımlanır və nəticədə bu, trendə çevrilir. İnternet mədəniyyətində buna "mem" deyilir. Belə mahnılar virus kimi yayılır və geniş auditoriya tərəfindən dinlənilir. 

Məsələn, Nadir Qafarzadənin "Maral Maral" mahnısı və ya Rusiyada məşhurlaşan "Qara Gözlər" mahnısı buna misaldır. Lənkəran zonasında çıxış edən bir musiqiçi həmin mahnını oxuyurdu və milyonlarla baxış sayı əldə etdi. Bu, müəyyən qədər kreativ bir hadisədir, amma hər şey öz yerində olmalıdır. Sənətçilər çalışmalıdırlar ki, ciddi yanaşmanı itirməsinlər. Bu tipli mahnıların həddindən artıq populyarlaşmasının qarşısını almaq və digər janrları inkişaf etdirmək üçün balans qorunmalıdır. 

Telekanallar daha çox akademik, xalq musiqilərinə, balet və opera sənətinə yer ayırmalıdır. Modern üslubda balet və operalar səhnələşdirilməli, yeni bəstəkarlar təşviq edilməli və onların əsərləri səhnəyə çıxarılmalıdır ki, gənclərimiz müxtəlif janrları tanıyıb dinləsinlər və estetik zövqləri korlanmasın". 


Firuzə Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Dekabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri