Manat əmanətləri ilə bağlı rəsmi məlumat
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu ilin martın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 17,209 milyard manat təşkil edib.
Axar.az Mərkəzi Banka istinadən xəbər verir ki, əmanətlərin həcmi bir ay əvvələ nisbətən 542,7 milyon manat və ya 3,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,4 milyard manat və ya 16% artıb.
Bu ilin martın 1-nə fiziki şəxslərin milli valyuta (manat) ilə əmanətlərinin həcmi 11,943 milyard manat, xarici valyuta ilə isə 5,267 milyard manat təşkil edib.
Milli valyuta ilə əmanətlərin həcmi əvvəlki ayla müqayisədə 466,9 milyon manat və ya 4,1%, illik müqayisədə isə 2 milyard manat və ya 20,2% artıb.
Xarici valyuta ilə isə bu göstərici bu ilin fevralın 1-nə olan göstəriciyə nisbətən 75,9 milyon manat və ya 1,5%, illik nisbətdə isə 363,5 milyon manat və ya 7,4% artıb.
Beləliklə, bu ilin martın 1-nə fiziki şəxslərin milli valyuta ilə əmanətləri xarici valyutadakını 6,433 milyard manat və ya 2,3 dəfə üstələyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 03 Aprel 2026 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















