Icma.az
close
up
RU
“Manatlıq taksi” fəaliyyəti qanunsuzdur? “Əslində, bu təqdir olunmalıdır”

“Manatlıq taksi” fəaliyyəti qanunsuzdur? “Əslində, bu təqdir olunmalıdır”

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ümumiyyətlə, hər hansı bir şəxsin “manatlıq taksi” fəaliyyəti ilə məşğul olmasının mexanizmi yoxdur. İstənilən şəxsin, istənilən yerdə, istənilən vətəndaşı öz şəxsi maşınına mindirmək, aparmaq və gətirmək hüququ var. Bu ki hansısa qanunla qadağan olunmayıb”.

Bu sözləri "Yeni Sabah"a Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib.

O bildirib: "Ola bilər ki, hər hansı bir sürücünün mütəmadi bu işlə məşğul olması hansısa dövlət qurumunun diqqətini cəlb etsin və qurum bu məsələ ilə həmin nəqliyyat vasitəsi üzərində daimi müşahidə apasın, onu qanuni şəkildə fiksasiya etsin. Yalnız bu halda qanunsuz taksi xidməti ilə məşğul olduğu üçün şəxsə inzibati tənbeh cəzası tətbiq edilə bilər. Bunun da sübut mexanizmi yoxdur”. 

İlqar Hüseynli vurğulayıb ki, belə hallarda cərimələnən sürücü, əgər taksi fəaliyyəti ilə məşğul olmursa və yolüstü bir neçə nəfəri götürdüyü üçün ona cərimə tətbiq olunubsa, məhkəmə qaydasında şikayət etməlidir:

“Şəxs əgər pul qazanmaq üçün qanuni olmayan digər yollardan istifadə edirsə, bu vergidən yayınmadır. İnzibati Xətanın müəyyənləşdirilməsi artıq məhkəmə orqanlarının işidir.

“Manatlıq taksi” fəaliyyəti ilə bağlı hər hansı bir hüquqi sanksiya mövcud deyil. İxtiyarım var ki, istənilən şəxsi hər hansı bir yerə aparım. Dünyada "avtostop" deyilən bir ənənə var. Eyni məhəllədən 5 nəfər eyni istiqamətə işə gedirsə, onun hər biri 1 maşında gedib-gələ bilər. Yanacaq puluna kömək edəcəklərsə, bu başqa məsələ. Yaxud yol kənarında dayanan kimisə götürüb lazımi ünvana apara bilərəm. Bu mənim hüququmdur.

Əslində, bu təqdir olunmalıdır. Belə hallarda cərimələnən sürücü əgər taksi fəaliyyəti ilə məşğul olmursa və yolüstü bir neçə nəfəri götürdüyü üçün ona cərimə tətbiq olunubsa, məhkəmə qaydasında müraciət edə bilər”.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 İyun 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri