Icma.az
close
up
RU
Dilqəm Əhməd: Əslində Milli Mətbuat Günü 3 avqustda qeyd olunmalıdır

Dilqəm Əhməd: Əslində Milli Mətbuat Günü 3 avqustda qeyd olunmalıdır

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yazıçı, publisit Dilqəm Əhməd ilk mətbu orqanımız olan “Əkinçi” qəzetinin yaranma gününün 22 iyulda deyil, 3 avqustda keçirilməli olduğunu deyib.

Gununsesi.info xəbər verir ki, Dilqəm Əhməd Teleqraf-a açıqlamasında bildirib ki, əvvəllər xristian dünyasında Yuli təqvimi istifadə olunurdu: “Bu təqvim Roma dövrünə aiddir və Yuli Sezarın adı ilə bağlıdır. Lakin 1582-ci ildə Papa XIII Qriqori bu təqvimi islah edərək yeni bir təqvim – Qriqori təqvimini yaratdı. Hazırda Azərbaycan Respublikasında rəsmi olaraq bu təqvimdən istifadə olunur. Dünyanın müxtəlif ölkələri bu təqvimə tədricən keçiblər. Məsələn, çar Rusiyası Qriqori təqviminə 1918-ci ildə keçib. Azərbaycanda isə bu keçid 1918-ci ilin 1 may tarixindən etibarən baş verib o zaman Zaqafqaziya Demokratik Federativ Cümhuriyyəti vardı. Qriqori təqviminə keçidlə bağlı əsas fərqlərdən biri də budur: əgər hadisə Yuli təqvimi ilə 1900-cü ildən əvvəl baş vermişdisə, həmin tarixə 12 gün əlavə olunur, əgər 1900-cü ildən sonradırsa, 13 gün əlavə edilir. Daha qədim dövrlərə aid hadisələrdə bu fərq 10-11 günə qədər azalır. Amma bizi əsas maraqlandıran dövr XIX və XX əsrlərdir”.

Dilqəm Əhməd əlavə edib ki, sovet dövründə insanlar bu təqvim fərqini yaxşı bilirdilər: “Məsələn, Oktyabr Sosialist İnqilabı Yuli təqviminə görə 25 oktyabrda baş vermişdi, lakin Sovet İttifaqında bu hadisə 7 noyabrda qeyd olunurdu. Çünki 25 oktyabrın üzərinə 13 gün əlavə etdikdə 7 noyabr alınırdı. Başqa bir misal: ermənilərin törətdiyi mart soyqırımı Yuli təqvimi ilə 18 martda olub. Qriqori təqvimi ilə 31 marta düşür və biz 31 mart olaraq qeyd edirik. Və ya “Leyli və Məcnun” operası Yuli ilə 12 yanvardır, amma biz haqlı olaraq 25 yanvarda qeyd edirik. Amma təəssüf ki, bütün önəmli hadisələrdə buna əməl etməmişik. Məsələn, “Molla Nəsrəddin” jurnalı Yuli təqvimi ilə 7 apreldir, əslində 20 apreldə qeyd etməliyik. Bu baxımdan Azərbaycan mətbuatının yaranma günü kimi qeyd etdiyimiz 22 iyul 1875-ci il də Yuli təqvimi ilədir. Bu tarixə 12 gün əlavə edilməlidir və nəticə 3 avqust 1875-ci il olur. Yəni əslində mətbuat gününü indi istifadə etdiyimiz Qriqori təqvimi ilə 3 avqustda qeyd etməliyik”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 İyul 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri