Mançester aeroportu güclü qar səbəbindən uçuşeniş zolaqlarını bağlayıb AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 6 yanvar, AZƏRTAC
Böyük Britaniyanın Mançester şəhərinin beynəlxalq aeroportu güclü qar səbəbindən uçuş-eniş zolaqlarını müvəqqəti olaraq bağlamaq qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə hava limanının sosial mediada yayımlanan bəyanatında deyilir.
Eyni zamanda, Lids şəhərində yerləşən “Leeds Bradford” Beynəlxalq aeroportu da kəskin hava şəraiti ilə bağlı hava nəqliyyatında gözlənilən problemlər barədə xəbərdarlıq edib.
Yanvarın 5-də Böyük Britaniyanın bəzi bölgələrinə 10 santimetrdən çox qar yağıb. Ölkənin meteorologiya xidməti güclü qar və buzlaşma səbəbindən demək olar ki, bütün ölkə ərazisində “sarı” hava xəbərdarlığı elan edib. Sky News telekanalı intensiv yağıntının ölkənin bəzi hava limanlarının uçuş-eniş zolaqlarının bağlaması ilə nəticələndiyini bildirib. Məlumata görə, əlverişsiz hava şəraiti bir çox aviareyslərin gecikməsinə və istiqamətlərinin dəyişdirilməsinə səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 06 Yanvar 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















