“Mançester Siti” 75 milyon avroya qapıçı alır
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İngiltərənin “Mançester Siti” klubu portuqaliyalı qapıçı Dieqo Kostanın transferi ilə bağlı “Porto” ilə fəal danışıqlar aparır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın BBC telekanalı məlumat yayıb.
Məlumata görə, “Mançester Siti” 25 yaşlı qolkiperin müqaviləsində nəzərdə tutulan məbləği ödəməyə hazırdır. Bu, 75 milyon avrodur.
Digər tərəfdən, Kostanın özünün də transferə yaşıl işıq yandırdığı qeyd edilir. Qapıçının agenti Xorxe Mendes bu müqaviləni bağlamaqda israrlıdır.
Qeyd edək ki, ötən mövsüm portuqaliyalı 43 oyun keçirib, 45 qol buraxıb. Eyni zamanda, Dieqo 19 matçda qapısını toxunulmaz saxlayıb.
Xatırladaq ki, Kostanın “Porto” ilə müqaviləsi 2027-ci ilə qədərdir.
“Transfermarkt” internet portalının məlumatına görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:“Mançester Siti” portuqaliyalı qapıçı alır İdmanXəbər
20 Yanvar 2025 14:46
Mançester Siti gənc yarımmüdafiəçini 75 milyon avroya transfer etdi
07 Yanvar 2026 10:17
“Mançester Siti”də yeni qapıçı
25 İyul 2025 16:40
“Mançester Siti” yeni qapıçı aldı
08 Avqust 2026 14:58
Mançester Siti misirli üçün 75 milyon avro ödəyəcək
23 Yanvar 2025 13:08
Baxış sayı:151
Bu xəbər 03 İyul 2025 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















